Güneyin Çağdaş Ozanları

1980. ildә Xiyav şәhәrindә, ortabab bir ailәnin sәkkiz uşağından biri kimi dünyaya gözlәrini açan әziz şairәmiz Solmaz Mәhәmmәdrzai

Güneyin Çağdaş Ozanları

Güneyin Çağdaş Ozanları

1980. ildә Xiyav şәhәrindә, ortabab bir ailәnin sәkkiz uşağından biri kimi dünyaya gözlәrini açan әziz şairәmiz Solmaz Mәhәmmәdrzainin altı bacısı, iki qardaşı var, Allah hamısını saxlasın, bәxtlәrini yeyin, uğurlarını avand, qazanclarını bol elәsin inşallah. Onun ata vә anasına halal olsun ki, millәtimizә sәkkiz әsgәr yetirib, bu da indiki çağda sözün әsl mәnasında qәhrәmanlıqdır. 

Gözәl şairәmiz Solmaz xanımın gözәl bir şeiri:

Sәn getmәdәn!

Sәn getmәdәn

Odamın pәncәrәsindәn anlamsız

Krismıs qarı yağırdı.

On beş dәrәcә sıfır altına sığınır

İsinirdik yanvarın sevincindә,

Qaçırdıq bir birimizin ardınca

Böyüyürdük qar topularımızla!!!

Ax!

Yumurta yanımın ağrısı tutdu.

Qırılmadı

Әllәrimin qәndillәri.

Sәn getmәdәn

Qara paltununla

Bәndi qırılmış potunların getdi

İsinәmәdi tapançam!

Filim sona çatdı demәk...

Sәn getdikdә

Qar topu oynadırdıq:

Mәn qar

Ürәyim adam

Dәyirdik bir-birimizә.

Lap ağlımız çaşırdı reklam qadınların paltununda.

Yan-var

Yanırdı potunlarının gülüşlәrindә.

Görsәn,

De bir daha qayıtmasın.

Sayammırıq, ancaq izlәrini!

Sәn getdikdә

Qar topu oynayırdıq:

Mәn qar

Ürәyim adam

Unutduq qar adamına dil öyrәdәk...!

Gözәl şairәmiz Solmaz Mәhәmmәdrzai iptidai vә orta mәktәbi Xiyav şәhәrindәki Sümәyyә adına mәktәbdә bitirib. Ali tәhsilini isә Әrdәbil’dә geoloji üzrә alıb. İndi Xiyav şәhәrindә yaşayır.

Solmaz xanım әdәbiyyata gәlişi ilә bağlı bunları deyir: “Öncәlәri şeir vә әdәbiyata heç maraq duymazdım. Fars dilindәki şeirlәri isә başa da düşmürdüm. Türk әdәbiyyatı ilә ilk tanışlığım Әliağa Vahid vә Daşqın’ın şeirlәri vasitәsilә oldu. Daşqının şeirlәrini isә sevә-sevә oxuyardım. Onun, “O Mәni Gözlәyir” adlı şeirini yaddaşıma hәkk etmişdim. Onun bir bәndi belәdir:

Mәnim addımlarım böyükdür uca

Onun addımları kiçik balaca

Dayanıb yol üstә kürәk ağaca

O mәni gözlәyir, mәni gözlәyir!

Gәnc şairәmiz Solmaz Xanım şeir yazmağa on beş yaşında başlayıb. İlk şeirini dә elimizin mәnәvi arxası Savalan dağına yazıb. Әdәbiyyatımızı axtarsanız görәrsiniz ki, şairlәrimizin әn gözәl ilham mәnbәi dağlar, ulduzlar, göy vә Ulu Tanrının göyә yerlәşdirdiyi varlıqlar olub. Dilimizi axtarsanız görәrsiniz ki, onlarla bağlı nә qәdәr atalar sözlәrimiz, zәrbmәsәllәrimiz, deyimlәrimiz vardır. Bunlardan da aydın olur ki, ulu babalarımız göy vә yerdә olan bәzi varlıqlara müqәddәs atributlar kimi yanaşıblar, onlara ayrı-ayrı mәnalar yüklәyiblәr. Mәsәlәn Tanrı dağları, Savalan, Qazlıq dağı, Qafqazlar, Orxun, Yenisey kimi çaylar, günәş, ay vә qütb ulduzunun mәdәniyyәtimizdә xüsusi mövqeyi vardır. Babalarımızın fikrincә onların hәr biri özünә mәxsus ilahi bir gücә-qüdrәtә malikdilәr. Bu sәbәblә hәmin varlıqlar vә malik olduqları ilahi qüdrәt, tarix boyu şairlәrimizin ilham mәnbәinә çevrilib. Solmaz xanımın da ilk şeirini Savalana hәsr etmәsi, tәrtәmiz bir Türk balası kimi onun qan yaddaşı ilә bağlıdır.

Solmaz xanımın daha bir şeiri:

Saçlarının soyuğu

Qışı çox erkәn çırpırdı pәncәrәmizә

Vә ürәyinin qızcığazı

Çalaya dolmuş suyun üzündәki şәkilimә

Hey daş atırdı!

Balıq daşlar,

Üzürdü içimdә

Batırdı gün batımının dәrinliyinә...

Odamın pәncәrәsini silirәm,

Avucumda boğulmuş darıxmaları

Vә arzular böcәyi

Hey uçur duvardakı qadın şәkilindәn!

Saçlarımın vәhşiliyinә...

Mәndәn aslanan gәrginliyi boş ver...

Solmaz Mәhәmmәdrzai hәr Türk evladı kimi göy rәngini çox sevdiyini deyir. Mәn bu sevgini tәbii qarşılayıram. Biz millәt olaraq tarixin әn qәdim çağlarından tutmuş digәr xalqlardan daha artıq göylә vә yerlә maraqlanmışıq. Nәsrәddin Tusi, Uluğ Bәy kimi astronomiya alimlәrimizin sәviyyәsinә Qәrb dünyası neçә әsr sonra çatmışdı, sadәcә olaraq bu faktı nәzәrә alsaq nә demәk istәdiyim yaxşı başa düşülәr. Tәәssüf ki, o vaxtlarda elmә vә elm yolundakı ixtiralara verdiyimiz önәmi daha sonraları davam etdirә bilmәdik, teokratiyanın әzbәrçi bataqlığına sonqulub qaldıq, hәlә dә ondan yaxamızı qurtara bilmәmişik, hәlә dә elm vә texnoloji sahәsindә öz sözümüzü deyә bilmәmişik. Artıq yeni nәsillәrimiz, millәtimizin gәlәcәyi xatirinә bu haqda daha çox fikirlәşmәli vә daha artıq işlәmәlidir.

 Solmaz xanıma sual veriblәr ki, әn çox sevdiyin şairlәr kimlәrdir, o da cavabında deyib: Nazim Hikmәt, Atilla İlhan, Yusuf Hayaloğlu,  Camal Süreyya, Bәxtiyar Vahabzadә, Nüsrәt Kәsәmәnli, Nәrmin Kamal, Pablo Neruda, Söhrab Spehri, Şәms Lәngәrudi.

Gәnc şairәmiz Solmaz Xanım, әbәbiyyatımıza öz nәfәsini hopdurur. Şairlәr, bir millәtin danışan dili, düşünәn beyni, döyünәn ürәyidir. Dilimizin, әdәbiyyatımızın, mәdәniyyәtimizin inkişafı yolunda Solmaz Mәhәmmәdrzai’yә uğurlar arzulayırıq. Onun uğurları әdәbiyyatımızın, dilimizin, millәtimizin uğurudur. Uğurun avand, yolun açıq olsun gözәl şairәmiz, Tanrı sizlәri qorusun.

 

Bütün planetlәri yerә sәrib

Üstündә fırlanırıq.

Gülürsәn!

Unutmusan

Qahqahalarının gürültüsünü göydәn qoparasan,

İçim kimi üşüyürsәn.

Yağış bu gün sәnsiz yağır...



Әlaqәli Xәbәrlәr