Türkiyәnin İqtisadi Perspektivlәri 29/2018

Yaxın şərq dünya iqtisadiyyatını  istehsalın ən mühüm parçası olan neftlә tәmin etsә dә, bubölgәdә yaşanan  siyasi qeyri-sabitlik dünyanın diqqәt mәrkәzindәdir.

Türkiyәnin İqtisadi Perspektivlәri 29/2018

Yaxın şərq dünya iqtisadiyyatını  istehsalın ən mühüm parçası olan neftlә tәmin etsә dә, bu bölgәdә yaşanan  siyasi qeyri-sabitlik dünyanın diqqәt mәrkәzindәdir.

ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniyalarda vәd etdiklәrini yerinә yetirmәyә başlayıb.

Donald Trampın İsrail yönümlü siyasәti mövcud  vәziyyәti daha da hәssaslaşdırıb.

Trampın seçkiqabağı kampaniyalarda Yaxın Şәrqlә bağlı vәd etdiklәrini hәyata keçirmәyә başlaması bölgәdә onsuz da mövcud olmayan sabitliyi daha da zәiflәdib.

ABŞ-ın İranla әldә olunan  nüvə müqaviləsindən geri çəkilməsi ilә  başlayan proses  Səudiyyə Ərəbistanının daxildə yaşadığı taxt-tac oyunları ilә davam etdi.

Trampın ölkәsinin Təl-Әvivdәki sәfirliyini Qüdsә köçürmә qәrarı və İranda son aylarda tez-tez müşahidə olunan etiraz aksiyaları mövcud vəziyyətin daha da ağırlaşdığının göstəricisidir.

İranın pul vahidi uzun müddətdir ki, tətbiq edilən embarqolar sәbәbindәn dəyər itirir. Halbuki nüvə müqaviləsinin yaratdığı  müsbət atmosferlə birlikdə qlobal kapital İrana şans vermişdi. Xüsusilə aviasiya və avtomobil sektorunda investisiyalar ciddi artım göstərmişdi. İran iqtisadiyyatı aldığı dəstəklə 2016-ci ildə 6 faiz artmışdı. Makroiqtisadi göstəricilərinin düzəlməyə başladığı bu proses  təəssüf ki, Trampın xarici siyasəti ilə qarşılaşdı.

Digər tərəfdən, dolların tәminatını öz üzәrinә götürәn Səudiyyə Ərəbistanı  həm ölkənin tarazlığını yenidәn tәmin etdi, hәm dә Trampa Yaxın şәrqin bu mәsәlәlәrdә nә dәrәcәdə mәsuliyyәt daşıdığını göstәrdi.

Kral Salman  ölkə daxilindəki nüfuzunu möhkəmləndirsә dә,  başda İran olmaqla  bir çox Yaxın Şərq ölkəsi  ilə mənfi siyasi dialoq aparıb.

Sәudiyyә Әrәbirtanı vә İran arasındakı gәrginlik bölgә ölkәlәrini balans siyasәti yürütmәyә mәcbur edib.

Donald Tramp  rəhbərliyinin İrana qarşı  olan mövqeyi  isə Səudiyyə Ərəbistanını münasib bir müttəfiq durumuna gətirib.

Tramp  rəhbərliyinin  verdiyi son açıqlamada müttəfiqlərindən İrandan neft idxalını dayandırmasını istәmişdi.

Müttəfiqlərinə alternativ neft idxalçısı ölkə kimi məsləhət verməkdən də çəkinməyən ABŞ,  müttəfiqi Səudiyyə Ərəbistanının  neft qiymətləri məsələsində güzəşt edəcəyini önə sürmüşdü.

Baş verən bütün bu proseslər neft qiymətlərinin artmasına sәbәb olur. 80 dollara çatan  neft qiyməti xüsusilə inkişaf etməkdə olan ölkələrdә inflyasiyaya sәbәb olur. Türkiyə kimi enerji idxalçısı olan ölkələr üçün isə enerji təhlükəsizliyi  iqtisadi təhlükəsizliyin ən mühüm hissəsini təşkil edir.

Aİ-nin bu prosesә necə münasibət göstərəcəyi, İranla münasibətlərinə Trampın tövsiyələrini tәtbiq edib-etmәyәcәyi  maraq mövzusudur.

Trampın "tarixin ən pis müqaviləsi" kimi səciyyələndirdiyi NAFTA müqaviləsini yenidən imzalayıb imzalamayacağını öyrənmək üçün Senatın keçirәcәyi  seçkiləri  gözlәmәli olacağıq.  Yenə də Tramp rəhbərliyinin proteksionist ticarət siyasətlərinə nə qədər əhəmiyyət verdiyini nәzәrә aldıqda  Avropa ölkələrinin İran məsələsində Trampın tövsiyələrinə asanlıqla tabe olacağını düşünmək düzgün olmaz.

Qarşıdakı dövr üçün Trumpın İrana tətbiq etdiyi neft qərarının Latın Amerikası ölkələrinə də şamil olunması ehtimallar arasındadır. Belə addım  neft qiymətini rekord səviyyəyə çıxararkәn qlobal etimad və sabitlik, ciddi mənada zədələnmiş olacaq.



Әlaqәli Xәbәrlәr