Türkiyәnin iqtisadi perspektivlәri 27/2018

Şәrgi Aralıq dәnizi son illәrdә zәngin tәbii qaz ehtiyatları ilә ön plana çıxır.

Türkiyәnin iqtisadi perspektivlәri 27/2018

Türkiyәnin iqtisadi perspektivlәri 27/2018

Geniş tәbii qaz ehtiyatlarına malik olan Misir hazırda  dünyanın әn böyük tәbii qaz yatağı hesab edilәn Noor sahәsindә kәşfiyyat fәaliyyәtlәri aparır.

Bu günə qədər Şərqi Aralıq dənizində kəşf edilən bütün tәbii qaz yataqlarından әn böyüyü  olan Noor yatağı Şәrqi Aralıq dәnizindә enerjinin istiqamәtini  dәyişdirә bilәcәk potensiala malikdir.

Şərqi Aralıq dənizi son illərdə xüsusilə İsrail, Misir və Kıbrıs (Kipr) sahillәrindәki  tәbii  qaz ehtiyatlarının kәşf edilmәsi ilә qlobal enerjinin aparıcı güvvәlәrinin diqqәt mәrkәzindәdir.

Beynəlxalq enerji şirkətlərinin bölgədə apardığı kәşfiyyat işlәri ilә Şərqi Aralıq dənizinin təbii qaz potensialı ortaya çıxdı vә bu  hövzə  qlobal enerjinin önәmli bir parçasına çevrildi.

Bu gün İtaliyanın ‘‘Eni’’ şirkətinin Şərqi Aralıq dənizdə apardığı kәşfiyyat işləri zamanı Misir sahillәrindә  ortaya çıxan  Noor yatağının  2 trilyon 550 milyard kubmetrlik tәbii qaz ehtiyatına malik olduğunu bütün dünya bilir.

Noor yatağının  yaxın günlәrdә dünyanın әn böyük tәbii qaz yataqları siyahısına da daxil edilmәsi gözlәnilir.

Açığı Misirin Noor yatağınının  kәşf edilmәsindәn sonra Şәrqi Aralıq dәnizindә enerji mәnasında üstün rola malik olduğunu deyә bilәrik.

İsrail, Cәnubi Kipr və Misir öz regionlarındakı tәbii  qaz ehtiyatlarını bazara çatdırmaq üçün   birdən çox razılaşma әldә edәrәk  fərqli transfer yolları üzərindən strategiyalar inkişaf etdirirdilər.

Bu transfer yollarının ən populyarı Şərqi Aralıq dənizindəki qaz ehtiyatlarını Aralıq dənizdən Avropaya nәql etmәyi hәdәflәyәn East-Med layihəsidir.

Noor yatağının kәşf edilmәsi  ilә İsrailin öz yataqlarındakı tәbii qazı  Misirə satacağı müqavilə gündəmin mәrkәzinә yerlәşdi.  Hətta  Təl-Әviv birjasında İsrail sahillәrindә  tәbii qaz fәaliyyәtlәri aparan şirkətlərin səhmlərində düşmә müşahidә olundu. Bu vəziyyət hər nə qədər İsrail-Misir enerji əlaqələrində qısa müddətli qeyri-müəyyənliklər yaratma potensialına malik olsa da, uzun perspektivdə iki ölkənin bu mәsәlә ilә bağlı razılıq әldә edәcәyi gözlәnilir.

Misir  regionun əhali baxımından ən böyük ölkələrindən biridir. Misir enerji istehlakı hәr ötәn gün  artan və xüsusən son illərdə istehsalın enerji tələbatını ödəyә bilmәyәn  bir ölkədir.

2012-ci ildə ‘‘Ərəb Baharı’’nın təsiri ilә  hərbi çevrilişinin baş verdiyi Misirdə siyasi qarışıqlıq iqtisadiyyata də əks olunmuş və ölkənin neft və qaz ixracı dayanmışdı.

Misir enerji tәdarükündәki kәsrini  idxail ilә odәyir. Bu sәbәbdәn yeni yataqların kәşfi әlbәtdә qarşıdakı prosesdә Misirә ümid vәd edir.  850 milyard kubmetrlik  tәbii qaz hәcminә  malik Zohr vә Noor yataqlarının  Misirin oz istehlakına  daxil olması ilә bu ölkәni  təbii qaz idxalına son verib yenidən qaz ixracatçısı  mövqeyinə  gәtirә bilәr.

Bu vәziyyәt sadecә Misirin deyil eyni zamanda regiondakı ölkәlәrin xeyrinә dә ola bilәr.

Misirin ixracatçı ölkə mövqeyinə gəlməsi ilә bölgədəki ehtiyat sahibi digər ölkələr də hərəkətə keçərək öz qazlarını Misir üzərindən ixrac etmə yolları taba bilәrlәr.

Misirin Aralıq dənizi sahilində yerləşən İdku və Damietta tәbii qazı mayeləşdirmə terminalları bu çərçivədə istifadə edilər.

Bazara açılma məsələsində  mayeləşdirilmiş tәbii  qaz  ticarəti Misir üçün olduqca əlverişli idi.

Görәk Şərq Aralıq dənizinin ən zəngin qaz ehtiyatına malik  ölkəsi olan Misir növbəti prosesdə enerji təhlükəsizliyini necə təmin edəcək? Kimlərlə ittifaq quracaq  vә  hansı müqavilələrə ortaq  olacaq? Deyəsən, bu dəfə Şərqi Aralıq dənizində enerji küləyinin hansı istiqamətə  doğru əsdiyi məlumdur. Güman edirəm ki, külək cənuba əsәr.

 



Әlaqәli Xәbәrlәr