Yer üzünü istila hərəkatı olaraq FETÖ

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün yazısını təqdim edirik. (Qlobal perspektiv_29 (18 iyul 2018)

Yer üzünü istila hərəkatı olaraq FETÖ

Qlobal perspektiv_29 (18.07.2018)

   FETÖ uzun prossesli bir təhsil boyu və sonra təşkilat üzvlərini ailələrindən, cəmiyyətdən, İslam dəyərlərindən ayıran, məqsədə çatmaq üçün hər şeydən keçən bir qurumdur.

  Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  FETÖ-nün təşkilatlanma üsulu necədir?

  Gizli və dırnaqarası "müqəddəs" inancla yenidən formalaşdıqdan sonra FETÖ üzvlərini təşkilatın fikirlərinin yayılması üçün başqa ölkələrə göndərir. Bu ölkələrdəki mexanizmlər də Türkiyədəki ilk illərdəki kimidir: əvvəlcə məktəb açan, qeyri-hökumət təşkilatları quran, son dərəcə dinc və könüllü qurum kimi görünərək təşkilatlanmağa başlayır. Bu proses zamanı istədikləri iki şey var. Birincisi, olduqları ölkələrdə özlərinə yeni təşkilat kadrları yaratmaq və ikincisi yetişdirdikləri insanları o ölkənin ən strateji müəssisələrinə göndərmək. Beləliklə, olduqları ölkələrin hakimiyyətlərini gizli bir şəkildə, yəni gözə görünmədən ələ keçirmək. Bir az diqqət etsələr, rəhbərlər FETÖ məktəblərindən məzun olanların bütün ölkələrdə xüsusi xidmət orqanları, hərbi və hüquq-mühafizə qurumları, baş nazirlik, prezident aparatı, mərkəzi bank kimi strateji qurumlara necə yavaş-yavaş sızdıqlarını, yerləşdiklərini hiss edəcəklər. FETÖ üsullarını bilməyənlər kadrlarını bu qurumlarda liberal, sosialist, xristian, dünyəvi kimi fərqli, yəni o ölkədə, o qurumda etibarlı siyasi ideologiya nədirsə, o cür görürlər. Hakimiyyətlər onların əsl simalarını görməsələr, iş işdən keçmiş olacaq.

FETÖ yalnız Türkiyə üçünmü təhdiddir?

   Başçılarını "kainat imamı" olaraq qəbuletmə və təşkilatı dünyanın bütün ölkələrində təşkiletmə səyi FETÖ-nün yalnız Türkiyəni hədəf seçmədiyini aydın göstərir. Təşkilat 170-dən artıq ölkədə mütəşəkkil çalışır, çoxu da öz adları ilə açıq deyil, fərqli adlarla gizli bir təşkilatlanma formasında. Bu ölkələrin hamısı heç də müsəlman ölkələri deyil. Türkiyə bu təşkilatın gizli məqsədini bildiyi və lazımi tədbirləri gördüyü üçün təşkilat onun əsl simasını tanımayan ölkələr üçün böyük təhdiddir. Bəzi ölkələrdə FETÖ hələ də saxtakarcasına, mülki və könüllü təşkilat görünüşü ilə batil inanclarına yeni kadrlar verəcək məktəblər açmağa davam edir. Türkiyə çox acı, qanlı və böyük bədəllər ödəyərək bu təcrübəni yaşadı. Ona görə Türkiyə nümunəsi başqa ölkələrə də açıq bir dərs olmalıdır.

FETÖ təhdidi qurtardımı?

  Bir neçə il bundan əvvələ qədər bu günlər xəyal belə ola bilməzdi. FETÖ-nün yaratdığı qorxu imperatorluğu ilə insanların yaşadıqlarını bildirməsi, FETÖ tərəfindən məruz qaldıqları damları ifşa etməsi də mümkün deyildi.

  FETÖ ən böyük gücünü insanların insan olmasından qaynaqlanan yaxşı niyyətindən alırdı. İnsanlar görünən üzlərinə inanaraq təşkilata böyük dəstək verirdi. Amma artıq təşkilatın özünü gizlətmə, fərqli görünmə taktikaları, hiyləgər planları, ölümü, öldürməyi, hər cür tələni qanuni göstərən azğın inancı tanınır. Türkiyənin bu mövzuda ən böyük nailiyyəti bədəllər sayəsində olsa da, təşkilatın əsl üzünü göstərməsidir.

  Türkiyə və xalqının ortaya qoyduğu hədsiz səy və təşkilata qarşı münasibət dəyişməsi bir çox ölkədə təşkilatın özülünü laxlatdı. Artıq təşkilat əvvəlki kimi fəaliyyət göstərə bilmir və çevriliş edərək sistemi dəyişmək iqtidarında deyil. Bununla yanaşı, qurma qabiliyyəti ortadan qalxsa da, dağıtma, yıxma ehtimalları hələ var. Pultu Pensilvaniyadakı başçılarının əlində olan qatil robotlar bir canlı bomba olaraq FETÖ-nün işlərinin olduğu yerləri gəzir, kəşfiyyat aparırlar. Onların Türkiyə ilə Rusiyanı qarşı-qarşıya gətirmək üçün bir FETÖ terrorçusunun Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürməsi kimi terror cinayətləri həyata keçirmək imkanları hələ də var. Bu təhdid təkcə Türkiyə deyil, fəaliyyət göstərdikləri bütün ölkələrə aiddir. Bir çox ölkədə siyasi sistemlərin ən mühüm mərkəzlərində sakitcə göstəriş gözləyən hüceyrələr varlıqlarını davam etdirir.

  Bəli, insan görünüşlü, körpə üzlü qatil robot proqramı və proqramçısı müəyyəndir. Amma fəaliyyətləri gizli və kimlikləri də gizli olduğu üçün aramızda gəzdiklərini hiss etmirik. Bundan başqa, dünyada bu zəhərli proqramdan təsirlənmiş yüz minlərlə insan var. Düyməsi ABŞ-dakı terrorçu başında olan insan görüntülü robotların təkrar azad, müstəqil düşünən insanlara çevrilməsi üçün bütün dünyadan psixoloq, sosioloq, həkim, din xadimlərinin yeni və yaradıcı üsullarına ehtiyac var. Bu iş olmazsa, heç kəs ölkəsinin, cəmiyyətinin gələcəyilə bağlı əmin-amanlıqda deyil.

  Digər tərəfdən, bunu da unutmamaq lazımdır ki, qatil robotlar sabit qalmırlar, özlərini yeniləmə qabiliyyətinə malikdirlər. Yerli, milli, qlobal bir çox aktyorla, kəşfiyyat təşkilatlarıyla çalışabilmə qabiliyyətinə malikdirlər. Dünya aktyorları qatil robotları itirmək niyyətində deyil.

  Fətuhlahçı Terror Təşkilatının tarixinə nəzər saldıqda, görünür ki, üzvləri heç bir ölkə ilə heç vaxt daimi əlaqə qurmur. Onların öz proqramları var. Ona görə FETÖ ondan öz məqsədləri üçün istifadə edən qlobal güc və xüsusi xidmət orqanları üçün də təhdiddir. İçərisindən çıxdıqları ailələrinə, cəmiyyətə, ölkələrinə sədaqəti olmayan FETÖ-çülərin kəşfiyyat təşkilatları və bu gün olduqları ölkələrə belə sadiq qalacaqlarını düşünmək sadəcə korluq olar.

  Türkiyə və dünyanı gözləyən belə bir təhlükənin qarşısında durduğu, özünün və ailəsinin həyatı bahasına kölə zəncirini qırdığı üçün Türkiyə və dünya prezident Rəcəb Tayyib Ərdoğana çox şey borcludur.



Әlaqәli Xәbәrlәr