“Ərdoğanın qələbəsi və Türkiyənin xarici siyasəti”

“Türkiyənin Gündəminə dair Təhlil” proqramının növbəti bölümündə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun əməkdaşı Can Acunun “Ərdoğanın qələbəsi və Türkiyənin xarici siyasəti” mövzulu analitik yazısı:

“Ərdoğanın qələbəsi və Türkiyənin xarici siyasəti”

Türkiyə 24 iyunda həm prezidentini həm də millət vəkillərini seçdi. Beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla təqib edilən nəticələrdə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 52,6 faiz səslə birinci turda yeni sistemin ilk prezidenti olaraq seçildikdə, Ədələt və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının qurduğu Cümhur İttifaqı məclisdəki əksəriyyəti əldə etdi. Türkiyənin seçki nəticələrilə yanaşı yeni sistemə keçid əməli olaraq reallaşdı. Türkiyədəki seçkilər ölkə daxilində  87 faiz seçici fəallığı ilə fərqləndikdə, beynəlxalq ictimaiyyət də seçkiləri yaxından təqib etdi.

Türkiyədəki seçkilərdə Ərdoğanın və Cümhur İttifaqının qələbə qazanması həm xarici siyasət həm də terrorla mübarizə üçün “DAVAM” xüsusiyyətində bir nəticədir.

Son dövrdə Türkiyə xarici siyasətdə təsirli və fəal yanaşma ortaya qoyaraq, ölkənin milli mənfəətləri istiqamətdə çox şaxəli yanaşma ilə hərəkət etmişdir. Bir tərəfdən NATO müttəfiqləri, digər tərəfdən Rusiya və İran ilə birlikdə işləyən Türkiyə; həmin zamanda Orta Şərqdə, Balkanlarda, Asiyada və Afrikada təsirli xarici siyasət təqib edir. Türkiyənin təsirli xarici siyasətini dəstəkləyən ən önəmli faktlar arasında humanitar yardım və müdafiə sənayesi ön plana çıxır. Dünya miqyasında ən böyük 13-cü iqtisadiyyata sahib olan Türkiyə humanitar yardım sahəsində birinci yeri tutur.  Türkiyədən sonra dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ gəlir. Türkiyənin humanitar yardım fəaliyyətləri insana verdiyi dəyəri göstərən ən önəmli göstəricilərdən biridir. Digər tərəfdən Türkiyənin müdafiə sənayesində atdığı addımlar ölkənin xarici siyasətdəki rolunu göstərən əhəmiyyətli məlumatdır. Türkiyənin Pakistana “ATAK” tipi helikopter satması, Körfəz ölkələrinə zirəhli vasitə sata bilməsi və həmin zamanda özünün istehsal etdiyi silahlı və silahsız pilotsuz uçuş aparatlarını satın almaq istəyənlərin olması Türkiyənin  əldə etdiyi texnoloji qələbəni də göstərir.

24 iyun seçki nəticələri Türkiyənin huminatar yardım və müdafiə sənayesi başda olmaqla, xarici siyasətdəki mövqeyin davam etməsi üçün siqnal mənasındadır. Türk xalqı əslində somalili yardıma möhtac insanlara edilən yardımlar üçün “DAVAM” dedi.

Türkiyədəki seçki nəticələri eyni zamanda terrorla mübarizə üçün böyük əhəmiyyət kəsb edir. “Fərat qalxanı” əməliyyatı ilə DAEŞ terror təşkilatının Türkiyə sərhədindəki mövcudluğuna son qoymasından sonra “Zeytun budağı” əməliyyatı ilə Afrin bölgəsi YPG/PKK terror təşkilatından təmizlənmişdir. İraqda davam edən və PKK-nın İraqdan Türkiyəyə qədər olan tədarük yollarını kəsən və terror təşkilatının mərkəzi olan Dəməşq bölgəsini tamamilə təmizləməyi hədəf götürən “Qətiyyətlilik” əməliyyatının seçki nəticələri ilə qaldığı yerdən davam edəcəyi söylənə bilər. Türkiyənin terrorla mübarizə əsasındə elan etdiyi yeni doktrina çərçivəsində terror təşkilatları ilə mübarizə Türkiyə sərhədləri ilə məhdud edilməyəcək və sərhəddən kənarındakı terror mövcudluğu məhv ediləcək. Yeni doktrina əsasında reallaşmış və reallaşan 3 əməliyyat ilə eyni zamanda Türkiyə sərhədləri daxilindəki terror aktları böyük miqyasda azaldı. Terrorun mənbəyində məhv edilməsi ilə Türkiyədəki terrora son qoyulması nəzərdə tutulur.

Digər tərəfdən Türkiyənin ABŞ ilə müəyyənləşdirdiyi yol xəritəsi çərçivəsində YPG terror təşkilatı Münbiç bölgəsini tərk edəcək və iki NATO müttəfiqi həmin bölgədə birgə təhlükəsizliyi və sivil idarəetməni təmin edəcəklər. 24 iyun seçkiləri əvvəlində qəbul edilən razılaşma çərçivəsində qüvvədə olan yol xəritəsi Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın birinci turda yeni sistemin ilk prezidenti olaraq seçilməsi nəticəsində ləngimədən davam edir. Həmin şəkildə Suriyadakı gərginliyi azaltmaq və sülh üçün zəmin hazırlamaq məqsədilə Türkiyə, Rusiya və İranın zaminliyində qurulan və davam edən Astana prosesinin də Türkiyədəki seçkilərdən sonra eynilə davam edəcəyini söyləmək mümkündür. Seçkidən sonra namüəyyənlik yaşanmaması və sabitliyin davam etməsi Türkiyə ilə qəbul edilin razılaşmalar üçün müsbət nəticədir.



Әlaqәli Xәbәrlәr