Azərbaycan muğamının korifeyi Cabbar Qaryağdıoğlu

Bu gün Qarabag xanəndəsi, milli musiqi tariximizin qızıl dövrünü yazan, Azərbaycan opera sənətinin ilk aktyoru olan Cabbar Qaryagdıoglunun ifaçılıq sənətindən danışacağıq.

994925
Azərbaycan muğamının korifeyi Cabbar Qaryağdıoğlu

                                                            Əzizinəm Qarabag,

                                                            Şəki, Şirvan Qarabag,

                                                            Aləm Cənnətə dönsə

                                                            Yaddan çıxmaz Qarabag!

         Salam, xoş gördük Sizi proqramimizin, əziz dinləyiciləri. Verilişimizi hər bir Azərbaycan türkünün ürəyində yaralar açmış yürd yerimiz Qarabaga həsr olunan bir bayatı ilə başladıq. Hər kəsin qəlbində Vətən haqqında bir nəgmə var. Bu nəğmə böyük səhnələrdə də da oxuna bilər, bir bulaq başinda da. Şuşa bulaqlarının başı artiq uzun zamandır ki, dogma nəgmələrə, bu ilahi səslərə həsrət qalıb. Natavanın, Üzeyirin, Bülbülün, Cabbarın, Nəvvabın, Sadıxcanın narahat ruhları Vətən səmasında dolanmaqdadır. Bu gün bütövlüyü pozulmuş Azərbaycan diyarının Qarabag dərdi, Şuşa yarası var. Azərbaycan xanəndəlik sənətindən söhbət açmaq istədiyimiz bu verilişdə yaralı yurd yerlərimiz bir daha xatırlanır. Dünyada bir neçə şəhər var ki musiqi onun hər daşına, qalasına, çəməninə, çölünə, ab-havasına hopub. Belə şəhərlərdəndir Azərbaycan adlı məmləkətin dilbər güşəsi olan Şuşa şəhəri! Azərbaycan Türkünün ta qədimlərdən məskən saldıgı, ulu babalarımızın yurd yeri! Anaların uşaqlarına mugam üstdə layla çaldıqları dogma Vətən! 26 ildir ki gözləri yol çəkən həsrətli Şuşamız!

         Şuşa Qafqazın Konservatoriyası adını haqlı olaraq qazanmışdir. Bu məktəbin yetirmələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edib ona şöhrət gətiriblər. Şuşa –Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Cabbar Qaryagdıoglunun, Keçəçi oglu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Qurban Pirimovun, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Üzeyir Hacıbəylinin və neçə-necə nəhəng Türk oglunun  Vətənidir!

         Mugamın tarixi onun ünlü yaradıcıları və ifaçılarının simasında yaşayır. Beləliklə bu günkü dinləyicilərimizə  Qarabag xanəndəsi, milli musiqi tariximizin qızıl dövrünü yazan, Azərbaycan opera sənətinin ilk aktyoru olan Cabbar Qaryagdıoglunun ifaçılıq sənətindən danışacağıq.

         Bütün Qafqazın musiqi beşiyi olan gözəl Şuşamızın çal-çağırlı günlərinin birində, 1861-ci il martın 31-də boyaqçı Məşədi İsmayılın ailəsində daha bir oglan uşagı dogulur. Adını Cabbar deyə çağırıllar.  Hələ uşaqliqdan yaşıdları ilə “Qayabaşı”nda, “Qırxpilləkən”də quzu otaran Cabbar saatlarla “Dəlikdaş”in  üstündə oturar, Xəznə qayasına tamaşa edər, bülbüllərin cəh-cəhinə qulaq kəsilər, özu də zümzümələr edərdi. Cabbarın dogulub böyüdüyü ev Şuşa şəhərinin ən səfalı yeri olan Cidir düzünə yaxın idi. O zaman ünlü alim, şair, musiqişünas Mir Möhsün Nəvvabın başçılıq etdiyi “Məclisi fəramuşan” ədəbi məclisinin üzvləri axşam tərəfi buraya yigişardilar. Qardaşı Məhəmmədin bu məclislərdə yaniqli oxumaları və mugamatla nəfəs alan Şuşa muhiti onu xanəndəlik sənətinə gətirir.  Cabbarın ilk müəllimi Şuşalı  musiqişünas alim Mirzəli Zeynəlabdinoğlu olub. Ondan ərəb və fars dillərini, xanəndəlik sirrlərini öyrənib. Bir gün müəllimi Mirzəli ilə bir toy məclisinə gələn 16 yaşli Cabbar tarzən Cavadbəyin müşaiyəti ilə “Kürd-Şahnaz” mugamını oxuyur. Səsi ilə hər kəsi məftun edir. Bu səsdən ən çox heyrətlənən qoca xanəndə Hacı Hüsü  onun alnından öpür və deyir:” gələcəkdə bizim  yerimizi bu cavan xanəndə tutacaq”.

         1897- ci ildə Əbdürrəhim Bəy Haqverdiyev tərəfindən Şuşada hazırlanan “Məcnun Leyliinin qəbri üstündə” musiqili səhnəciyində Cabbar Qaryağdıoğlu yaratdıgı Məcnun rolu ilə həm də ilk opera aktyorumuz oldu. Azərbaycanda xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. XX əsrin əvvəlinədək Azərbaycan xanəndələri mugam melodiyalarını farsdilli şerlər üzərində səsləndirirdilər. Bu ənənəyə Cabbar Qaryagdıoğlu son qoyub onun səyi nəticəsində mugamlar Azərbaycan dilində ifa olunmaga başliyib.

Şuşada Xandəmirovun teatr salonunda keçirilən xeyriyyə gecəsində oxudugu heyratı ilə dinləyən hər kəsi heyran edir. Cabbarın soragı bütün ellərə yayılır. O zaman Yaxın və Orta Şərqdə, Qafqazda məhşur xanəndə kimi şöhrət qazanir, dəfələrlə Türkiyə, İran və Orta Asiya ölkələrinə dəvətlər alır. Məhşur rus musiqişünası Vinoqradov yazirdi:” Cabbar Qaryağdıoğlunun yaratdıgı üçlük Qafqazda və xaricdə bədii əhəmiyyətinə görə 1-ci dərəcəli Avropa ansamblları ilə müqayisə olunurdu” 1924- cü ildə böyük Rus şairi Serqey Yesenin Bakıda olarkən onu dinləməkdən doymur, bu zəngin və məlahətli səsə heyranligini gizlədə bilmir və  onu  “Şərq dünyasının peygəmbəri” adlandirir.

Cabbar Qaryağdıoğlu səsi qrammafon valina yazılan ilk Azərbaycanlı xanəndədir. Onun yaratdıgı üçlük 1912-ci ildə Varşavadan qayıdarkən bir aya qədər Moskvada “Şərq konsertləri” verir. Qaryagdıoğlu o zaman Moskva Konservatoriyasında təhsil alan Üzeyir Hacıbəylinin şərəfinə konsertlər verir və yıgılan pulları gənc bəstəkarın təhsil ehtiyaclarına həsr edir.  O, çox təvazökar və xeyirxah insan olub. Konsertlərinin afişalarında belə cümlələrə rast gəlinirmiş: ”Bakı şəhərində yaşayan yoxsul müsəlmanların xeyrinə” yaxud da “yoxsul müsəlman tələbələrin xeyrinə”.

Cabbar Qaryağdıoğlu mugam sənətini bir çox yeniliklərlə zənginləşdirmiş, indi anonim,xalq havaları kimi taninan yüzlərlə təsnifin müəllifidir. Vətənin harasında olubsa oranın adiyla baglı bir mahni yaranib. Həyatının hər bir əlamətdar hadəsəsi bir xalq havasına çevrilib. “Naxçıvanın gədiyindən aşeydim”, “Dərbənd”, Tiflisin yolları”, “baxçada güllər”, “İrəvanda xal qalmadı”. 1924 –cü ildə İrəvana səfər edir. Bu zaman irəvan gözəllərində süni xal qoymaq dəb olub. O burda hara baxir qoşa xalli gözəllər görür və İrəvanda xal qalmadı mahnisi  belə yaranır.

 Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanım xatirələrində deyir ki, atam gec evlənsə də çox yaxşı ailə başçısı olub. Anamla da çox zaman şerlə danışarmış.

                                           Sən orda elə seyri-səfa bag arasında

                                           Mən burda gəzim piltə kimi yag arasında

                                           Rəngim saralıb Səlma xanım ayriligindan

                                           Necə ki, saralıb şamama tag arasında

         Atam anamın məhəbbətinə 20 otaqlı, 3 mərtəbəli ev tikdirir. Ev hazır oldugu an qarşısında dayanıb seyr edir və “Baxçada güllər”  mahnısını oxuyur.

         Şəhla xanım xatirələrində daha sonra deyir ki, bu evdə xoşbəxt bir həyat sürəcəklərinə inanan atam həyətimizə bir qızılı rəngdə samovar alib gətirir və elə o zaman da bədahətən nəgmə qoşur.

         Qaryağdıoğlu mugamın nota salınmasında gənc bəstəkar Fikrət Əmirova yaxından kömək eliyib. O ilk dəfə 500 Azərbaycan xalq mahnisini ,250 ye yaxın özünün müəllifi oldugu  mahnıları səs vallarına yazdirib. Bu mahnilardan 50 si Azərbaycan xalq mahnılari adı ilə ayrıca kitabça şəklində çap olunub. Kitabda mahnıların not yazısı ilə bərabər  azərbaycan və rus dillərində mətnləri də vardı. Bu xidmətinə görə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev ona dövlət tərəfindən  qonorar  ayrıldıgını deyirlər. Xanəndə bu təklifdən qəti imtina edərək “Mən xalqın malnı xalqa sata bilmərəm”deyir.

 Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub. Burda xanəndəlik sənətindən dərs deyərək  Seyid Şuşunski, Bülbül, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi  mugam ifaçıları yetişdirib. O, 1944-cü ildə  aprelin 20- də vəfat edib.

         Mugam kainatın musiqisidir. O kəhkəşanın bütün guşələrinə yayılıb. Hər bir insan mənəvi saflaşma anlarında, dünyanın bütün qeyli-qalından uzaqlaşdıgı dəqiqələrdə bu musiqinin cazibəsinə düşüb onu eşidə bilər. Mugam ana dilimizlə yanaşı, Azərbaycanın müqəddəs mənəvi ərazisidir, dogma torpaq qədər əziz ərazisi. Odur ki, Qarabagda, onun ətrafında əzəli torpaqlarımızın işgal edilməsi, həm də mənəvi varligimiza təcavüz, milli musiqimizin, mugamlarimizin işgalıdı.

         Yaralı Şuşamızda, dərdli Qarabagımızda, dogma yurd yerlərimizdə mugam səsininin göylərə yüksələcəyi günün arzusu ilə sizlərdən ayrılırıq. Inanırıq ki, sevincdən neçə-neçə dizin tutulacagı, neçə-neçə dil-dodagın torpaq yalayacagı, neşə-neçə bəxtəvər üz-gözün daşlara sürtüləcəyi o gün əsl mugam bayrami olacaq. Niyyət olmasın qismət olsun deyirik. Söhbəti sizlər üçün hazırladı Gülparə Bayram. Bir daha görüşmək ümidilə sagliqla qalın!



Әlaqәli Xәbәrlәr