• Video Qalereya

Türkiyәnin İqtisadi Perspektivlәri 23/2018

Türkiyә iqtisadiyyatı 2017-ci ildә 7.4 % artaraq dünyanın ən inkişaf etmiş iqtisadiyyatları arasında yüksək göstәrici nümayiş etdirib.

Türkiyәnin İqtisadi Perspektivlәri 23/2018

Türkiyәnin İqtisadi Perspektivlәri 23/2018

Türkiyә iqtisadiyyatı 2017-ci ildә 7.4 % artaraq dünyanın ən inkişaf etmiş iqtisadiyyatları arasında yüksək göstәrici nümayiş etdirib.

Türkiyә iqtisadiyyatı әldә etdiyi bu irəliləyişi 2018-ci ilin ilk rübündə də davam etdirib.

Türkiyә әldә etdiyi bu artımla qlobal iqtisadiyyatlar arasında yenә ilk pillәlәrdә qәrarlaşıb.

Türkiyәdә  2018-ci ilin ilk rübündə istehlak xərclərindә 11% artım müşahidә olunub. Dövlәtin ümumi  istehlak xәrclәrindә isә 3.4 % artım olub.

Ümumilikdә inkişaf nisbәtini qiymәtlәndirsәk artıma әn çox istehlak vә investisiyaların  töhfә verdiyini deyә bilәrik.

İxrac nisbәti isә  artıma mәnfi tәsir göstәrәrәk  onu 3.6 % aşağı salıb.

İlin ilk rübündә  ixracda 0.5 %,  idxalda isә 15.6 % artım müşahidә olunub.

Bu proses әrzindә  ixrac nisbәti iqtisadi inkişafa töhfә vermәsәdә qarşıdakı dövrdә ixrac nisbәtinin  iqtisadi böyümәyә töhfәsinin olacağı gözlәnilir.

İnvestisiyaya baxdıqda buradaki artımların olduqca müsbәt olduğunu deyә bilәrik. Texnologiya investisiyalarında  7 % artım müşahidә olunub. Bu göstәricilәrә baxdıqda Türkiyәnin potensial  böyümә nisbәtini sürәtlә artıracağını desәk sәhv etmərik.  

Növbəti prosesdə yüksək keyfiyyətli və davamlı böyümə üçün ixracat və investisiyaların böyümədә  olan payı daha da artırılmalıdır. 

Digər tərəfdən, böyümə nisbәtlәrinә baxdıqda  xidmətlər sektorunda 10 %, sənaye sektorunda 8.8 %, tikintidə 6.9 %, kənd təsərrüfatında isə 4.6 % artım müşahidә olunub.

Bәs, bu artımın bazarlar üzәrindәki tәsirlәri nәlәrdir?

Türkiyə iqtisadiyyatı bu dövrdə bir tərəfdən iqtisadi cәhәtdәn inkişafa nail olub, digәr tәrәfdәn dә  mәşğulluq nisbәtini artıraraq bazarlarda iş qüvvәsinә müsbәt töhfә verib.

2018-ci ilin fevral ayında işlә tәmin edilәnlәrin sayı 1 milyon 210 min nәfәrә çatıb. 2017-ci ilin fevral ayında 12.6 % olan işsizlik nisbәti 2018-ci ilin eyni dövründә 10.6 % enib.

Yəni Türkiyə iqtisadiyyatı bu dövrdə әldә etdiyi   artımla yalnız makro mənada deyil, mikro mәnada da әhәmiyyәtli irәlilәyişlәr әldә edib vә önәmli uğurlara imza atıb.

Təbii bir də son zamanlar gündəmdə beynəlxalq maliyyə təşkilatlarının Türkiyə iqtisadiyyatının artım rəqəmləri ilә bağlı proqnozlarını  aşağı salma qәrarları var.

Türkiyə iqtisadiyyatının 2018-ci ilin ilk rübündə  әldә etdiyi 7,4 % -lik artım nisbәti ilә İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkәri arasında birinci, ‘‘böyük iyirmilik’’  (G-20)  ölkələri arasında isə ikinci pillәdә qәrarlaşması, əslində bütün bu təşkilatların bir daha səhv etdiklərini ortaya qoyur.

2003-2017- ci il dövründə orta hesabla 7 %, 2010-2017-ci illər dövründə isә 6.8 % artım əldə edən Türkiyə iqtisadiyyatı  davamlı  inkişaf hədəflərinə əmin addımlarla irəliləyərkən  bu çərçivədə həyata keçirdiyi iqtisadi siyasətləri ilә  hər ötən gün daha möhkəm və güclü bir quruluşa çevrilir.

Türkiyә növbəti dövrdә  də eyni  prinsipi  davam etdirərək həm daxili dinamikasını tarazlayacaq,  həm də qlobal iqtisadiyyatlar arasında daha rəqabətə davamlı bir səviyyəyə çatacaq.

 

 



Әlaqәli Xәbәrlәr