Seçki prosesi nə üçün artıq qütbləşdirici deyil?

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya  fakültəsinin dekanı, professor Kudret Bülbülün “Seçki prosesi nə üçün artıq qütbləşdirici deyil” adlı analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_24 (13.06.2018)

Seçki prosesi nə üçün artıq qütbləşdirici deyil?

Qlobal perspektiv_24 (15.06.2018)

Türkiyədə qısa müddət sonra prezident və parlament seçkiləri keçiriləcək. Namizədlər və siyasi partiyalar fəal şəkildə kampaniyalarını davam etdirirlər. Türkiyə tarixinin ilk prezident seçki prosesinə nəzər saldıqda müşahidə edirik ki, proses bəlkə də tarixində görülmədiyi qədər mülayim atmosferdə keçir. O keçmişdəki, sərt, qütbləşdirici, radikal ifadələrin hakim olduğu seçki kampaniyalarından iz yoxdur. Bu vəziyyətin səbəbləri nələr ola bilər?

Keçmişdə keçirilən seçkilərə nəzər saldıqda Türkiyə siyasətində 20 faiz səs çoxluğu ilə hakimiyyətə gələ bilmək mümkün idi. Ədalət və İnkişaf Partiyası özü üçün də çətin olanı seçim edərək, prezidentin 50+1 % ilə seçilməsi əsasının qəbuluna rəhbərlik etdi. Artıq siyasi partiyaların sadəcə özləri üçün siyasət ortaya qoymaları, öz partiyalarının əsasını gücləndirmək kifayət etməyəcək. Namizədlər hakimiyyətə gələ bilmək üçün geniş ictimai kütlərdən səs ala biləcək siyasətlər ortaya qoymaq, həmin məqsədlə yeni seçici kütlələrə xitab etmək, onları qane etmək məcburiyətindədirlər. Bu çərçivədə bütün partiyaların daha çox kütlələrə üz tutmaları, daha çox sülhsevər siyasət yürütmələri, partiya daxilindəki ifrat ifadələrə və şəxslərə mane olmaları vacibdir. Türkiyəni idarə etməkdə regional çətinliyi nəzərə alsaq, namizədlərin və partiyaların seçki sisteminə əsasən daha barışdırıcı siyasət yürütməyə məcbur olmaları müsbət addımdır.

İctimai rəy sorğuları prezident seçkilərinin ilk turda nəticələnəcəyini göstərsə də müxalifət partiyaları və namizədləri ikinci tura qalması üçün cəhd göstərirlər. Nəzəri də olsa seçkilərin 2-ci tura qalma ehtimalı və partiyaları daha diqqətli və etinalı dildən istifadə etməyə məcbur edir. Xüsusilə müxalifət partiyalarının sadəcə öz səçiciləri ilə 50+1 % səs toplama ehtimalları olmadığına görə digər partiyalardan və qismi olaraq Ədalət və İnkişaf Partiyasından səsləri özlərinə cəlb etməlidirlər. Buna görə də bütün partiyalar kampaniyalarında daha etinalı rəftar edirlər. Prezident seçkisində 2-ci tur keçiriləcəyi təqdirdə daha təkminli addımlar atılacağı daha açıq şəkildə görünəcək. Belə bir ehtimal qarşısında partiyalar 2-ci turda fərqli ittifaqlar yarada biləcəklərinə görə, digər partiyaların da səslərinə ehtiyacları ola biləcək və bu çərçivədə sərt ifadələrdən imtina edəcəklər.

Keçmişdəki Cümhurbaşqanlığı seçkilərində, sadəcə partiyaların məclis qrupları yaxud da müəyyən millət vəkili namizəd göstərə bilirdi. Bu vəziyyət əslində seçicinin iradəsinin seçki qutusuna kifayət qədər əks etdirməməsi riskini əhatə edirdi. Bu, demokratiya və azadlıqlar baxımından da əskiklik idi. Yeni sistemlə buna son qoyuldu. Yüz min səslə hər kəs artıq prezident olmaq üçün namizədliyini irəli sürə bilir. Bu haqq xüsusilə kiçik partiyaları, marginal qrupları sistem daxilində saxlamaq baxımından da müsbət görünür. Bu haqq verilməsəydi bu partiyalar/qruplar daha sərt rəftar edə bilərdilər.

Türkiyədə keçmişdə keçirilən seçkilərdə partiyaların ittifaq qurmaları qanuni deyildi. Keçiriləcək seçkidə ittifaq qurmağın qarşısındakı maneə götürüldüyü üçün siyasi partiyalar ümumilikdə Cümhur İttifaqı yaxud da  Millət İttifaqı daxilində seçkilərdə iştirak edəcək. Siyasi partiyaların ittifaq daxilində seçkidə iştirak etməsi iki şəkildə siyasi gərginlikləri yumşaldır.

Keçmişdə ittifaqlar, koalisiyalar seçkidən sonra qurulurdu. Seçkidən əvvəl isə kəskin şəkildə seçki prosesi yaşanırdı. İndi ittifaqlar seçki əvvəlində qurulduğu üçün və seçki prosesində yuxarıda ifadə edilən ünsürlər də təsirli olduğu üçün siyasi ifadələr təbii olaraq təmkinli olur. İttifaqların seçkidən əvvəl qurulması seçicilərə bu ittifaqları təsdiq etmə yaxud etməmə imkanı da təqdim edir. Digər tərəfdən ittifaqlarla seçkidə iştirak etmək, 10 faiz  səs sərhədi maneəsilə qarşılaşmayacaqları üçün kiçik partiyaları da Məclisə daxil etmə potensiyalına sahibdir. Məclisdə siyasi təmsilin artması da seçki prosesində siyasi gərginlikləri azaldır. Müxtəlif sahələrdə bir-birinə zidd fikirlər elə çox səsləndirilmir. Bunun ən önəmli səbəbi isə dəyişən seçki sistemidir. Sadəcə öz partiyasının təməlinə söykənən, özündən olmayanları marginal hesab etmək siyasətilə 50+1%-in səsini əldə edilə bilməyəcək olması, partiyaları on illərdir davam etdirdikləri siyasətləri nəzərdən keçirməyə məcbur edir. Hakimiyyətə gələ bilmək üçün başqalarını kənarda qoyan siyasətə deyil, geniş kütlələrin dəstəyinə ehtiyac duyulması partiyaları məcburi dəyişikliyə istiqamətləndirir. Partiyaların artıq fərqli ictimai kütlələrlə ünsiyyət qurmaq məcburiyyətində olması Türkiyə baxımından müsbət haldır.

Seçki prosesində diqqət çəkən başqa ünsür terror təşkilatları ilə arasına açıq məsafə qoya bilməmiş HDP ilə zahirdə belə olsa heç bir partiyanın ittifaq qurmağa yanaşmamasıdır. Bu ictimai təzyiq demokratiyanın öz qaydaları çərçivəsində işləməsi cəhətdən müsbət addımdır. Siyasi partiyalar bir tərəfdən mülki və demokratiya təşkilatı kimi seçkilərdə iştirak edəcək, seçkilərdən sonra artıq dağa, terrora üz tutmayacaqlar, seçilməyən terror mənbuslarından  əmr ala bilməyəcəklər.

Elə görünür seçki prosesində geniş kütlələrin dəstəyini götürmək vacibliyi də artıb. Türkiyə artıq iki min dollarlıq yox 10 min dollarlıq ölkədir. Amma aparılan seçki kampaniyalarında seçicilərə hər şəyin vədini verməyin axırı istehsalın başa çatmasıdır, yəni bu vədlər yoxsulluqla bərabərdir. Buna görə hər bir partiya vədlərində real olmalıdır.

Türkiyənin bölgəsində çox ciddi risklərlə qarşı-qarşıya olduğu bir vəziyyətdə daxili siyasətdə ayrı-seçkilik deyil, birləşdirən, qütbləşdirici deyil, bir araya gətirən, böyük kütlələrə üstünlük verən siyasətlərin daha çox qəbul edilməsi, ölkənin gələcəyi cəhətdən həyatı əhəmiyyətə malikdir. Prezident hökumət sistemi bu vəziyyəti indidən təmin etmiş görünür. Namizədlər və partiyalar geniş kütlələrdən daha çox səs yığa bilmək üçün artıq marginal olanın deyil, mümkün olanın arxasından getməlidirlər. Siyasət də əsasən “mümkün olanın sənəti”dir. 



Әlaqәli Xәbәrlәr