“Türkiyə ilə ABŞ arasında Münbiçə dair razılaşma”

“Türkiyənin Gündəminə dair Təhlil” proqramının növbəti bölümündə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun əməkdaşı Can Acunun “Türkiyə ilə ABŞ arasında Münbiçə dair razılaşma” mövzulu analitik yazısını təqdim ədirik.

“Türkiyə ilə ABŞ arasında Münbiçə dair razılaşma”

Gündəm analizi_23, 08 iyun 2018

Türkiyə və ABŞ arasında son illərdə müxtəlif mövzularla əlaqəli gərginlik yaşanır. Xüsusilə ABŞ-ın FETÖ terror təşkilatının çevriliş cəhdindən sonra Pensilvaniyada olan quldurbaşı Fətullah Güləni təhvil verməməsi və PKK-nın Suriyadakı qolu olan YPG-ni açıq şəkildə dəstəkləyib müttəfiq elan etməsi iki ölkə arasındakı əlaqələrə zərər yetirir. Türkiyənin terrorla mübarizədəki yeni doktrinası çərçivəsində həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı və “Zeytun budağı” əməliyyatından əlavə Astana prosesi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İdlilb bölgəsində qurduğu müşahidə mənqətəsi Türkiyənin bölgədəki təsir gücünü artırdı. Türkiyənin “Zeytun budağı” əməliyyatı ilə YPG terror təşkilatının ən önəmli düşərgələrindən birini terrordan azad etməsi Türkiyənin əlini Münbiç mövzusunda gücləndirdi.

Münbiç Suriya inqilabının ilk illərində Azad Suriya Ordusu tərəfindən ələ keçirildi, 2014-cü ildə DEAŞ-ın işğalına məruz qaldı. 2016-cı ildə isə ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya YPG-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələrilə Münbiç bölgəsinə istiqamətli əməliyyat başlatdı. Türkiyənin etirazları və xəbərdarlığı qarşısında ABŞ Türkiyəyə DEAŞ-ın bölgədən çıxarılmasından sonra YPG silahlılarının yenidən Fəratın şərqinə çəkiləcəyi və bölgənin yerli Ərəb ünsürlərinin nəzarətinə buraxılacağına dair vəd vermişdi. Amerikalı rəsmilərin YPG-nin Münbiçdən çəkildiyinə dair açıqlamalarına baxmayaraq, YPG bölgəni tərk etməmişdir. Həmçinin ABŞ-ın Münbiç bölgəsi üçün qurduğu Münbiç Hərbi Şurası YPG-nin pərdəarxası təşkilatı kimi fəaliyyət göstərir. Münbiç Hərbi Şurası rəsmi olaraq müstəqildir, ancaq PKK-nın Münbiç bölgəsinə birbaşa təyin etdiyi Cəmil Məzlum və İsmayıl Derik Münbiç Hərbi Şurasını istiqamətləndirir. Bundan əlavə bölgədən xəbər yayan bir çox jurnalist PKK/YPG-nin bölgədəki məktəblərdə öz ideologiyasının təbliğatını apardığını bildirir.  Münbiç bölgəsi üçün Türkiyənin əlini gücləndirən önəmli fakt yerli əhalinin YPG idarəsindən narahat olmasıdır. Nəticədə Münbiç bölgəsindəki YPG zülmündən qaçan minlərlə insan “Fərat qalxanı” əməliyyatı ilə azad edilən bölgələrə sığınıb. Həmçinin Münbiç bölgəsindəki tayfalar və yerli əhali YPG-nin gənclərin əlinə təzyiqlə silah verməsi və isgəncə etməsi qarşısında saysız etiraz aksiyaları keçirdi. Yeraltında fəaliyyət göstərən və sui-qəsdlər ilə YPG silahlılarını öldürən Əl Qiyam Hərakatı Münbiçdə qurulub və ilk fəaliyyətlərini orda başladıb.

“Zeytun budağı” əməliyyatından sonra Türkiyənin Münbiçlə əlaqəli açıqlamaları və hazırlıqları amerikalı rəsmilər ilə Türk rəsmilər arasında diplomatiya görüşlərini başlatdı. ABŞ-ın sabiq dövlət katibi Reks Tillersonun Türkiyəyə səfəri çərçivəsində Münbiç mövzusunda  razılıq əldə etmək və birgə yol tapa bilmək üçün Türkiyə-ABŞ birgə qrupu quruldu. Tillersonun vəzifəsinin başa çatdırılması nəticəsində proses ləngisə də Mayk Pompeonun dövlət katibi olması ilə proses qaldığı yerdən davam etdirildi. Türkiyə və ABŞ birgə qrupunun müəyyənləşdirdiyi üç mərhələli yol xəritəsi barəsində razılaşıldı. Yol xəritəsi çərçivəsində YPG Münbiç bölgəsini tərk edəcək, Türkiyə və ABŞ Münbiç bölgəsinə birgə nəzarəti təmin edəcək, Üçüncü mərhələdə isə bölgə yerli sakinlərin idarəetməsinə veriləcək.

Türkiyə və ABŞ arasında Münbiçlə əlaqəli razılıq əldə olunması iki NATO ölkəsi arasındakı gərginliyi azaltma və əməkdaşlığı gücləndirmə potensiyalına sahibdir. Lakin bir neçə nöqtə müəyyənləşdirilən yol xəritəsi və ikitərəfli əlaqələr üçün ciddi meydan oxumadır. Müəyyən edilən yol xəritəsi tətbiq edilməyəcəyi təqdirdə, yəni YPG silahlıları Münbiçdən çəkilməyəcəyi təqdirdə ikitərəfli əlaqələrdə yeni böhran baş verəcək. Ayrıca iki ölkə arasında hansı təşkilatların və hansı şəxslərin PKK/YPG ilə əlaqəli olduğu həll edilməsi vacib olan əhəmiyyətli problemdir.

Misal üçün Münbiç Hərbi Şurası ABŞ-ın açıqlamalarına əsasən, tamamilə müstəqil ikən, əməli olaraq birbaşa Qəndil tərəfindən istiqamətləndirilir. Digər problem isə YPG-nin Fəratın şərqindəki mövcudluğudur. Türkiyə baxımından Münbiçdəki yol xəritəsinin modelə çevrilməsi və bütün YPG tərəfindən nəzarət edilən bölgələrdə tətbiqi vacibdir. Nəticədə YPG terror təşkilatının Fəratın şərqindəki mövcudluğu da Türkiyənin milli təhlükəsizliyini təhdid edir. ABŞ isə Münbiçdə tətbiq edilən yol xəritəsinin Fəratın şərqində də tətbiq edilməsinə etiraz edə bilər. Xüsusilə Suriyada YPG tərəfinən nəzarət edilən neft sahələri cəhətdən ABŞ belə bir ssenarini tətbiq etmək istəməyə bilər.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeonun Münbiç mövzusunda razılıq əldə etməsi ikitərəfli əlaqələr üçün böyük fürsət olsa da, yol xəritəsinin tətbiq edilməsi və Münbiç prosesindən sora ikitərəfli əlaqələr üçün böyük imtihan olacaq.

 



Әlaqәli Xәbәrlәr