• Video Qalereya

Türkiyәnin İqtisadi Perspektivlәri-21/2018

Azәrbaycanın tәbii qazını Türkiyәyә vә oradan da Avropaya  nәql edәcәk Trans-Anadolu qaz boru kәmәri TANAP-ın ilk fazası iyunun 12-dә  istismara verilәcәk.

Türkiyәnin İqtisadi Perspektivlәri-21/2018

Türkiyə iqtisadiyyatının perspektivləri - 21/2018

TANAP  bir tәrәfdәn Türkiyәnin  daxili tәlәbatını ödәməklə, digәr tәrәfdәn dә Avropanı tәbii qazla tәmin edәcәk.

Türkiyәnin enerji tәhlükәsizliyindә strateji әhәmiyyәtә malik bu layihәnin ilk fazasının istismara verilmәsi ilә Türkiyә enerji siyasәtindә yeni  dövrә qapı açmış olacaq.

Bu mәrhәlәyәdək uğurla gәlәn  vә gәlәn ay istismara verilәcәk TANAP layihәsi Türkiyәnin regional enerji tәhlükәsizliyinin  әn әhәmiyyәtli tərkib hissəsi olduğu hәqiqәtini açıq şәkildә ortaya qoyur.

Uzunluğu 1850 km olan TANAP layihәsi ilә enerji tәhlükәsizliyi mәsәlәsindә regionda olduqca  mühüm rola malik olan Türkiyәyә 6 milyard kubmetr, Avropaya isә 10 milyard kubmetr tәbii qaz nәql edilәcәk.

Trans-Anadolu qaz boru kәmәrinin ilk fazasının istismara verilmәsindә Türkiyə və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyəti böyükdür.  İki ölkə arasındakı  güclü əlaqələrin bu layihəyә əks olunması da birmənalı şəkildə hiss edilir.

Beləliklə, bu gün layihənin başa çatdırılması Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlığın uğurla davam etdirildiyinin göstəricisidir.

Türkiyə, əslində bu layihə ilə Azərbaycana etibarlı marşrutlar üzərindən Avropa qapısını açaraq Azərbaycan qazının Rus qazının hakim olduğu bazarlara çatdirilmasına imkan verir.

Əlbətdə,  Türkiyә bununla  yanaşı  marşrut müxtəlifliyinə önəm verməklə qaz idxalında geniş bir hakimiyyət sahəsinə malik Rus qazı qarşısında Azərbaycan qazını dövrəyə alaraq enerji təhlükəsizliyini təmin etməyi qarşısına məqsəd qoyur, həmçinin çoxalan bu alternativlərin qazın qiymətlərinə təsir göstərəcəyi də qarşıdakı dönəmdə gözləntilər arasındadır.

Bəs, TANAP layihәsinin Türkiyə iqtisadiyyatına töhfələri nələrdir? Əvvəlcə, cari kəsirin ən önəmli  hissələrindən  biri olan enerji qiymәtlәrinin  azaldılması məsələsində TANAP layihәsi həyati  əhəmiyyətә malikdir.

Trans-Anadolu qaz boru kәmәri TANAP-da 30 % payı olan Türkiyә  bir tәrәfdәn daha әlverişli tәbii qazla tәmin olunacaq, digәr tәrәfdәn dә bu tranzit kәmәrdәn әl haqqı alacaq.

Bütün bunlar TANAP-ın Türkiyәyә  qiymət təhlükəsizliyi baxımından fayda verəcəyi bildirilir.

Digәr tәrәfdәn, TANAP  Türkiyә üzәrindәn çәkdiyi enerji transfer marşrutu ilә  bölgәdә  tәbii qaz ehtiyatına malik bütün ölkәlәrә hәmin marşrutun bir hissәsi olmalarına imkan yaradır. Belə ki, dünyada qaz ehtiyatlarının təxminən mühüm bir qismi Türkiyənin şərqində yer alarkən, dünyanın ən çox qaz tələbatına malik ölkələri də qərbində yerləşir.

Bu gün Xəzərin digər sahilində yerləşən və zəngin təbii qaz ehtiyatlarını  bazara çatdırmaq istəyən Türkmənistan üçün də Şərqi Aralıq dənizindəki qaz ehtiyatlarını Avropaya necə çatdıracağının  yollarını axtaran İsrail və Cәnubi Kıbrıs üçün də ən əlverişli marşrutu da TANAP tәqdim edir.

Beləliklə, çox qısa bir müddətdə fəal şəkildə istismara verilәcәk olan  TANAP yalnız Türkiyə-Azərbaycan arasında inşa edilən bir boru kəməri olmaqla qalmayacaq, bütün bu bölgənin mövcud enerji potensialından istifadə edilməsinə də imkan verəcək.

Belə olan halda, Türkiyə bir neçə ölkədən yola çıxan qazı tək bir bazarda toplamağın üstünlüyü ilә  enerjidə ticarət mərkəzi olma yolunda əmin addımlarla irəliləyəcək.


Etiketlәr: TANAP

Әlaqәli Xәbәrlәr