“Bir illiyində Körfəz böhranı və Türkiyənin mövqeyi”

"Gündəmə dair Təhlil” proqramının növbəti bölümündə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun əməkdaşı Can Acunun “Bir illiyində Körfəz böhranı və Türkiyənin mövqeyi” mövzulu analitik yazısı...

978254
“Bir illiyində Körfəz böhranı və Türkiyənin mövqeyi”

"Gündəmə dair Təhlil” proqramının növbəti bölümündə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) əməkdaşı Can Acunun “Bir illiyində Körfəz böhranı və Türkiyənin mövqeyi” mövzulu analitik yazısı...

Təqribən bir il əvvəl Qətər rəsmi xəbər agentliyinin internet səhifəsinin hakerlərin hücumuna məruz qalması və Qətər əmirinin adından bir sıra saxta mübahisələrin səhifədə yer tutması ilə başlanan media kampaniyasına şahidlik etdik. Həmin media kampaniyası zamanı ərzində Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı liderləyində ABŞ-ın da dəstəyilə qurulan bir koalisiyasının Qətəri birbaşa hədəf götürməsinə çevrildi. Bu koalisiya Qətəri hərbi, siyasi və iqtisadi baxımdan tamamilə mühasirəyə salaraq eynilə onlara təslim olmağa məcbur edirdi.

Zamanına nəzər saldıqda Qətərə qarşı bu həmlənin 21 may 2017-ci il tarixində Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ABŞ prezidenti D.Trampın da iştirak etdiyi beynəlxalq iclasdan sonra olduğunu görürük.

Bu çərçivədə "2 Məhəmməd" kimi adlandırılan Bin Səlman və Bin Zayed Riyadda keçirilən iclasda Trampın dəstəyini götürdükdən sonra addım attılar. İsrail ilə birgə təşkil etdikləri yeni bölgə missiyalarında Qətəri ciddi təhdid kimi görürdülər və nəyin bahasına olarsa olsun bu təhdidi aradan qaldırmağa cəhd etdilər. Qətərin Türkiyə kimi aktyorlarla Ərəb baharı prosesilə birlikdə bölgədəki dəyişiklik və müqavimət prosesini dəstəkləməsi əlindəki maliyyə güc ilə yanaşı sahib olduğu media gücünü hədəf götürməsindəki əsas ünsürlər ilkin plana çıxmışdır. Ancaq keçən bir ili qiymətləndirdiyimiz zaman Qətərə qarşı həmlənin hər sahədə uğursuz olduğu görüldü. Türkiyə kimi yaxın tərəfdaşlarının göstərdiyi dəstək və imkanlar Qətərin təkminli və məntiqli şəkildə davam etdirdiyi diplomatiya ona yönəldilmiş həmlələrdə nailiyyət əldə etməsinə imkan vərmədi. Nitəcədə artıq ABŞ-ın da mövqeyini tamamilə dəyişməyə başladığını görürük.

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Qətərə tətbiq etdiyi sanksiyalar artıq onlar baxımından artıq bir yükə çevrilib.

Qətər ilə birlikdə Türkiyə də hədəf götürülmüşdü

Qətəri hədəf götürən koalisiyanın istəklərindən birinin də Qətərdəki Türkiyəyə məxsus hərbi bazanın bağladılması və iki ölkə arasında davam edən hərbi müqavilələrinin sona çatdırılması olduğu ortaya çıxmışdır.  Bunun iki səbəbi var. Əvvəlincisi Türkiyənin hərbi dəstəyi olmadan Qətərin onlar üçün daha asan olacağını zənn edirdilər və Türkiyənin Qətərdəki hərbi bazası və Qətər ordusu ilə qəbul edilən hərbi sazişlər, təlim sazişləri Qətəri onlar qarşısında daha güclü ölkəyə çevirirdi. İkinci kimi Türkiyənin bölgədəki hərbi və siyasi mövcudluğu 2 Məhəmməd və İsrailin bölgə siyasəti baxımından bir təhdid kimi görülürdü. Nəticədə Fələstindən Qətərə qərar geniş bir İslam coğrafiyasını istədikləri kimi passiv  şəkildə formalaşdırmaq istəyirdilər həm də bu həmlələrə meydan oxuya biləcək qabaqcıl ölkələri aradan çıxarmaq yaxud zəiflətmə cəhdinə üz tutdular.  Əlbəttə Türkiyə və Qətər bu istəkləri tamamilə rədd edərək ikitərəfli mənfəət ətrafında hərbi əlaqələrini davam etdirdilər. Xüsusilə Türkiyənin təsirli siyasəti Qətərə yönəldilmiş addımların uğursuz olmasında mühüm təsir yaratdı.

Türkiyə özünü Səudiyyə Ərəbistanıdan çox Birləşmiş Ərəb Əmirliklərinin hədəf götürür kimi dəğərləndirir, əslində bununla bağlı bir çox işarə də ortaya çıxıb.  Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dakı səfiri Yusif əl Uteybenin mətbuata sızan e-maillərində təqribən hər platformada Birləşmiş Ərəb Əmirliklərinin Türkiyənin mənfəətləri əleyhində necə kampaniya apardığını göstərir. Liviyadan Ssomaliyə, Suriyadan fərqli bölgələrə qədər Birləşmiş Ərəb Əmirliklərinin İsrail və digər bəzi qabaqcıl ölkələrlə əməkdaşlıq edərək Türkiyəni hədəf götürdüyü çox açıqdır. Türkiyə əlbətdə Birləşmiş Ərəb Əmirliklərinin rüşvət verərək, adam satın alaraq, hətta bəzi terror təşkilatlarına dəstək təmin edərək oynadığı çirkli oyuna oxşar şəkildə cavab vermir, ancaq Somalidə son dəfə baş verən hadisələrdə olduğu kimi Birləşmiş Ərəb Əmirliklərinə istədiyi zaman başa düşdüyü dildə cavab verir.

Türkiyə siyasi qurumları və ordusu ilə köklü bir dövlət, öz coğrafiyasında çox nüfuzlu bir qabaqcıl ölkə, bölgənin sabitliyi üçün İraq və Suriya kimi ölkələrdə birbaşa sahədədir. Qətərlə yanaşı Somali kimi müxtəlif bölgə ölkələri də hərbi mövcudluğunu gücləndirir. Qüds məsələsində oynadığı rolla İslam dünyası və günahsız xalqların mənfəətləri üçün mübarizəsini davam etdirəcəyini göstərir.



Әlaqәli Xәbәrlәr