“Orta Şərqdə iki önəmli hadisə: “Qüds və İraq seçkiləri”

Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun əməkdaşı Can Acunun “Orta Şərqdə iki önəmli hadisə: “Qüds və İraq seçkiləri” mövzulu analitik yazısı

“Orta Şərqdə iki önəmli hadisə: “Qüds və İraq seçkiləri”

Gündəm analizi_20, 18 may 2018

 “Türkiyənin Gündəminə dair Təhlil” proqramının növbəti bölümündə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun əməkdaşı Can Acunun “Orta Şərqdə iki önəmli hadisə: “Qüds və İraq seçkiləri” mövzulu analitik yazısını təqdim edirik.

Orta Şərqdə Türkiyəni və əslində beynəlxalq ictimaiyyəti yaxından maraqlandıran iki önəmli hasidə baş verdi. Birincisi ABŞ-ın səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi və İsrailin nümayiş keçirən silahsız fələstinliləri öldürməsi və yaralamasıdır. İkincisi isə İraqda seçkilərin keçirilməsidir.

 ABŞ prezidenti Donald Trampın Təl-Əvivdəki ABŞ səfirliyini Qüdsə köçürəcəyini açıqlamasına müxtəlif ölkələrin reaksiyası oldu. BMT Təhlükəsizlik Şurasında əksəriyyətin səsilə ABŞ-ın qərarının əleyhinə səs verilməsinə baxmayaraq, ABŞ veto etmə hüququnu işə salaraq qərar əleyhinə olan layihənin qəbul edilməsinə mane oldu. İkinci mərhələdə BMT Baş Məclisinə təqdim edilən layihə deməli bütün ölkələr tərəfindən qəbul edildi. Lakin BMT Baş Məclisinin qərarlarının hüququ cəhətdən məcburi əsası olmadığına görə ABŞ üçün maneə törədəcək bir durum baş vermədi, amma dünyanın ABŞ-ın qərarının əleyhinə olduğu ortaya çıxdı. Türkiyənin təcili iclas çağırışına görə toplantı keçirən İslam Əməkdaşlıq Təşkilatı da Trampın qərarını qınadı və dünyaya çağırış etdi. Bütün ölkələrin mövqeyinin ABŞ-ın vetosu qarşısında təsirsiz qalması, əslində Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” sözünün nə qədər düzgün olduğunu göstərir.

Baş verən bu hadisələrdən sonra ABŞ prezidenti Donald Tramp qərarından yayınmadı və iudaist  inancının bir hissəsi olan Qüds onların paytaxtı olacaq kəhanətini yerinə yetirməkdə qətiyyətli olduğunu ortaya qoydu. Nəticədə Trampın kabinetində bir çox yəhudi var. Trampın qızı və kürəkəni tərəfindən səfirlik açıldığı vaxtda fələstinlilər də sülhməqsədli nümayişlər keçirdilər. Eynilə dünyanın açıq həbsxanası olan Qəzzadakı fələstinlilər də İsrail sərhədinə yaxın sülhməqsədli nümayişlər təşkil etdilər. Qəzzalı fələstinlilərin nümayişlərinə qarşı İsrail əsgərləri mərhəmətsizcəsinə fələstinliləri güllələyib bəzilərini öldürdü, bəzilərini isə yaraladı.

Bir tərəfdə fələstinli dinc sakinlər öldürüldükdə, digər tərəfdə Qüdsdə ABŞ prezidenti Trampın kürəkəni və qızı böyük tədbirlərlə səfirliyin açılması işlərilə məşğul idi. İsrailin cinayətlərini sübuta yetirən yüzlərlə videoçarxlar və şəkillərə baxmayaraq ABŞ rəhbərliyinin HAMAS-ı günahlandırması əslində bu ölkənin İsrail mövzusunda özünü hörmətdən saldığını göstərir. ABŞ rəhbərliyinin rahat mövqeyinin səbəblərindən biri Ərəb dövlətlərini fələstinlilərin haqlarını qorumaq əvəzinə öz taxtlarını qorumaq üçün Trampı açıq şəkildə dəstəkləmələridir.  Dünya miqyasında fələstinlilərin haqları üçün ən böyük mübarizəni Türkiyə aparır. Fələstinlilərin ölməsi qarşısında 3 gün yas elan edən Türkiyə həmin zamanda Məclisdə İsraili qınayan ortaq bəyanat yaydı. Bundan əlavə Türkiyə ABŞ və İsrail səfərlərini Türkiyəyə geri çağırdı və Türkiyədəki İsrail səfirinin ölkəsinə geri qayıtmasını istədi.

 Digər önəmli mövzu isə İraqdakı parlament seçkiləridir. DEAŞ ilə mübarizə aparılan, Mosul, Fəllucə və Anbar kimi şəhərlərin toqquşmalarda xarabaya çevrildiyi və Şimali İraq Regional İdarəsinin müstəqillik referendumundan sonra İraq mərkəzi hökumətin Kərkuk və Sincar kimi müxtəlif mübahisəli bölgənin nəzarətini geri almasından sonrakı bir vaxtda keçirilən İraqdakı seçkilər böyük əhəmiyyət daşıyır. Lakin seçkilərdə iştirak edənlərin faizi 44 oldu.

 Seçkidə İraqın Baş naziri Heyder əl-İbadinin siyahısı, ölkənin sabiq baş nazirlərindən Nuri əl-Malikinin siyahısı, şiə lider Muktəda əs-Sədrin siyahısı və Haşdi Şabi qrupların yer aldığı Fəth siyahısı ilkin yerləri tutan siyahılar arasında oldu. Həmçinin sünni lider Usamə ən-Nuceyfinin Qərar Koalisiyası və şiə liderlərdən Ammar əl-Həkimin liderliyindəki Hikmət Koalisiyası önəmli namizəd siyahıları olaraq seçkilərdə ilkin plana çıxdı.

İraq seçkilərində ölkənin sabiq baş naziri Nuri əl-Malikinin siyahısı və Haşdi Şabi qruplarının yer aldığı Fəth siyahısı İran tərəfdarı kimi qiymətləndirildikdə, Heydar əl-İbadi və Muktəda əs-Sədrin ABŞ və Səudiyyə Ərəbistanı ilə nisbətən daha yaxşı əlaqələri var. İraq Müstəqil Seçki Komissarlığının açıqlamalarına görə, Muktəda əs-Sədrin siyahısının birinci yeri tutur. Haşdi Şabi qrupların yer aldığı Fəth siyahısının ikinci, İraqın Baş naziri Heydər əl-İbadinin sihayısının üçüncü yerdə olduğu açıqlandı. İraqın sabiq baş nazir Nuri əl-Malikinin siyahısı isə dördüncü yeri tutur.

Seçkilərdən sonra İraqın daxili siyasətində İranın gücü və təsir dairəsinin zəifləməsi gözlənilir. İraqın sabiq Baş naziri Nuri əl-Malikinin siyahısı və Haşdi Şabi qrupların yer aldığı Fəth siyahısının hökumətə daxil olması gözlənilmir. Lakin digər tərəfdən İranın İraqdakı təsir dairəsi siyasi baxımdan zəifləsə də hərbi mənada önəmli rol götürməkdə davam edəcək. Xüsusilə İraq dövləti daxilində bu ölkənin ordusu ilə yanaşı ikinci silah gücü olan Haşdi Şabi qruplarına İran tərəfindən birbaşa nəzarət edilə bilməsi gələcəkdə İraq hökumətinin qarşısındakı ən önəmli meydan oxumalarından biri kimi olacağı gözlənilir.

İraq seçkilərinin nəticələrinə ABŞ və Səudiyyə Ərəbistanıın İranı Orta Şərqdə məhdud etmə siyasətləri çərçivəsində nəzər saldıqda, bir qismi uğurdan bəhs etmək mümkündür. Nəticədə şiə lider Muktəda əs-Sədr illər əvvəlində ABŞ-a qarşı silahlı müqavimət qrupuna nəzarət edərkən, indi isə həm ABŞ, həm də Səudiyyə Ərəbistanı ilə nisbi olaraq daha yaxşı münasibətləri var. Həmin zamanda Heydər əl-İbadi ABŞ tərəfindən DEAŞ-ın Mosulu ələ keçirməsindən sonra ölkənin baş naziri təyin edilmişdi. Son dövrdə isə Səudiyyə Ərəbistanıya yüksək səviyyələrdə səfərlər edərək, görüş keçirən İbadi İranın İraqdakı təsir dairəsini məhdudlaşdırmaq üçün Səudiyyə Ərəbistanı və ABŞ ilə birlikdə addım atmağa hazırdır. İraq seçkilərinin Türkiyə cəhətdən müxtəlif əhəmiyyətli cəhətləri olsa da terror ilə mübarizə çərçivəsində ayrı əhəmiyyəti var. Nəticədə Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında  PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyatların İraq seçkilərindən sonra daha əhatəli bir əməliyyata çeviriləcəyi gözlənilir. İraq mərkəzi hökumətinin dəstəyi ilə İraq sərhədləri daxilindəki PKK terror təşkilatının mövcudluğuna qarşı ətraflı əməliyyat İraq-Türkiyə əlaqələri baxımından xeyli əhəmiyyətli bir vəziyyət olacaq. PKK terror təşkilatının Türkiyə sərhədləri daxilindəki fəaliyyətlərini ən aşağıya endirməyi bacaran Türkiyə Silahlı Qüvvələri həmin zamanda “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatı ilə ortaya qoyduğu sərhəddən kənardakı terror mövcudluğuna qarşı mübarizə anlayışını davam etdirməyi planlaşdırır.



Әlaqәli Xәbәrlәr