Türkiyə iqtisadiyyatının perspektivləri - 18/2018

Son dövrdә valyuta mәzәnnәsindә yaşanan hәrәkәtliliyin azaldılması üçün Mәrkәzi Bank faiz dәrәcәlәrini artırdı.

Türkiyə iqtisadiyyatının perspektivləri - 18/2018

Son dövrdә valyuta mәzәnnәsindә yaşanan hәrәkәtliliyin azaldılması üçün Mәrkәzi Bank faiz dәrәcәlәrini artırdı.  Lakin bu addımın  Türkiyә iqtisadiyyatı üçün uzunmüddətli müsbәt nәticә verəcəyi gözlәnilmir. Bu baxımdan Mәrkәzi Bankın qәbul etdiyi bu qәrar qiymәtlәrin sabitliyini tәmin etmәklә yanaşı iqtisadi  artım hәdәfini dә nәzәrә almalıdır.

Mәrkәzi Bank pul siyasәti aparan, bank sektoru vә maliyyә sistemini tәşkil edәn müstәqil milli avtoritar orqan olaraq xarakterizə olunur.

Bir qayda olaraq Mәrkәzi Bankların әn әsas xüsusiyyәti yerli valyutanı stabil saxlayaraq işsizliyin vә inflyasiyanın  qarşısını almaqdır.

Bütün dünyada Mərkəzi Banların müstəqil təşkilatlar olmalarına diqqət göstərilir.

Mərkəzi Bankların әn әsas vәzifәlәri arasında pul çap etmәk vә bundan asılı inflayasiya hәdәfini müәyyәn etmәk, o cümlədən iqtisadi artım vә işsizlik nisbәtinin azaldılması  kimi öhdəlikləri mövcuddur.

Qısası, Mәrkәzi Bankların qiymәtlәrin sabitliyini tәmin etmәk vә aşağı inflyasiya ilә yanaşı,  digәr makroiqtisadi  göstәricilәrlә bağlı öz hәdәflәri var. Faiz dәrәcәlәri ilә bağlı qәrar qәbul edәrkәn Mərkəzi Banklar inflyasiyanın aşağı düşmәsini tәmin etmәk vә iqtisadi artımı davam etdirmәk istәyirlәr.

Mәrkәzi Banklar klassik pul siyasәti metodlarından başqa digər üsullardan da istifadә edәrәk  ölkә iqtisadiyyatının tәlәbatına cavab verәn siyasәt aparmağı qarşısına mәqsәd qoyur.

Türkiyə Respublikası Mərkəzi Bankının da bu yeni  dövrdə qiymət sabitliyini təmin etməklә yanaşı ölkə iqtisadiyyatının genişləndirilməsi və işsizlik nisbətləri kimi mühüm makroiqtisadi göstəricilərlә bağlı hədəfləri var.

Mərkəzi Bankların inflyasiyaya göstərdikləri tolerantlıq infilyasiya hədəfləri ilә yanaşı  müəyyənləşdirdikləri digər məqsədlərə görə də dəyişir. Məsələn, İngiltәrәnin Mәrkәzi Bankı Avropa Mәrkәzi Bankı ilә müqayisәdә inflyasiya ilә bağlı daha tolerant pul siyasәti aparır.

Həm Avropa, həm də İngiltərə Mərkəzi Bankının inflyasiya hədəfi 2 % dir. Amma İngiltərə Mərkəzi Bankının inflyasiya hədəfində bir xallıq  azalma vә artıma da icazə verilir.

Avropa Mərkəzi Bankı  işsizliyin artması və iqtisadi inkişafı dəstəkləməməsinә baxmayaraq inflyasiya hədəfinә bağlıdır. Bu sәbәbdən də Avropa Mərkəzi Bankı ciddi tәnqidlәrә mәruz qalır.

Avropa və İngiltərə Mərkəzi Bankı arasındakı bu fərq dünya banklarında da müşahidə olunur. Məsələn, Hindistan Mərkəzi Bankının hәdәflәri arasında  qiymət sabitliyi ilә yanaşı iqtisadi artım da var. Cənubi Afrika Mərkəz Bankı da "tarazlı və davamlı bir inkişaf üçün" qiymət sabitliyini təmin etməyi qarşısına məqsəd qoyur.

Kanada Mərkəzi Bankı isə ölkәnin  iqtisadi və maliyyə rifahını dəstəkləməyi də qarşısına məqsəd qoyub. Meksika Mərkəzi Bankının prioriteti yerli valyutanın satın alma  sabitliyini təmin etməmək, Rusiya Mərkəzi Bankı isә  ölkә vətəndaşlarının rifahını artırmağı gündəmə gәtirir.

Braziliya Mərkəzi Bankı möhkəm və təsirli maliyyə bazarlarının yaradılmasına böyük əhəmiyyət verir. Argentina Mərkəzi Bankının əsas hədəfi sosial bərabərliyi təmin edərək iqtisadi inkişafı hәyata keçirmәkdir.

Bir sözlə, dünya mərkəzi banklarının hәdәflәri arasında  qiymət sabitliyi, infilyasiya, iqtisadi artım, işsizlik nisbətinin azaldılması, yerli valyutanın satın alma gücünü artırmaq, ölkə vətəndaşlarının rifahını yüksəltmək, güçlü maliyyə bazarlarının  yaradılması  vә davamlı inkişaf  var.



Әlaqәli Xәbәrlәr