Türkiyə iqtisadiyyatının perspektivləri - 17/2018

Ötәn hәftә qәbul edilәn vә Türkiyә gündәmini zəbt edən növbәdәnkәnar seçki qәrarından sonra ölkә siyasәti fәallaşıb.

Türkiyə iqtisadiyyatının perspektivləri - 17/2018

Türkiyə iqtisadiyyatının perspektivləri - 17/2018

İyunun 24-dә keçirilәcәk prezident vә parlament seçkilәri әrәfәsindә hər kəsi düşündürən məsələ siyasәtçilәrin namizәdliyi, partiyaların seçkiqabağı hazırlıqlarıdır.  Әslindә belə bir şәraitdә  әn vacib mәsәlәlәrdәn birini dә Prezident Üsul İdarәsi Sistemi tәşkil edir. Bәs, iyunun 24-dә keçirilәcәk seçkilәrdәn sonra hәyata keçirilәcәk bu sistemin bazasını tәşkil edәn qanunların  Türkiyә siyasәtinә vә iqtisadiyyatına tәsiri necə olacaq?

İlk növbәdә,  iyunun 24-dә keçirilәcәk prezident vә parlament seçkilәrindә tәtbiq edilәcәk hökmlәri ehtiva edәn konstitusiya dәyişikliyi ilә bağlı tәklif aprelin  23-dә  Türkiyә Böyük Millәt Mәclisinin Konstitusiya Kommisiyasında qәbul edilәrәk Prezident Üsul İdarәsi Sisteminә uyğunlaşma qanunlarına dair ilk addım atıldı.

Uyğunlaşma qanunları  bu mәrhәlәdә  yeni sistemә inteqrasiyada, xüsusilә dә  yeni  konstitusiya  ilә dövlәt başçısına verilәn sәlahiyyәtlәrin qanunlardan  tәmizlәnmәsini tәmin edir. Bu vasitəylə icra ilә əlaqədar әn incә detalların nәzәrdәn keçirilmәsi hәdәflәnir.

Seçkilәrdәn sonra isә gündәmә  Dövlәt  Aparatı vә Nazirlәr Kabinetinin  mәrkәzi tәşkilatlarının birlәşdirilmәsi mәsәlәsi gәlәcәk. Burada sәlahiyyәtlәrin Prezidentә verildiyi bir sistem qarşımıza çıxır.

Bu prosesdә hәm tәşkilat, hәm dә nazirliklәrdәki strukturun daha detallı şәkildә formalaşması gözlәnilir. Prezident üsul idarәsinin Türkiyә siyasәtinә mәrhәlә-mәrhәlә inteqrasiya  edilmәsi mәqsәdi güdülür.

Bәs, bu sistemin Türkiyә iqtisadiyyatına tәsirlәri nә olacaq?

Әvvәla bunu qeyd etmәk lazımdır ki, bu sistem sabitliyi tәmin edәcәk.  Türkiyә iqtisadiyyatının daha güçlü formalaşması üçün әn çox ehtiyacı olan sabitlik yeni dövrdә  daha da davamlı olacaq.

Türkiyә iqtisadiyyatı  Әdalәt vә İnkişaf  Partiyasının son 15 ildәki  sabit  mövqeyi sayәsindә  ciddi uğurlar әldә edib. Bundan sonraki prosesdә dә bu uğurun davam etdirilmәsi mәqsәdi güdülür.

Bu gün Türkiyə iqtisadiyyatının mövcud olan ən mühüm problemlərindən birini bürokratiya tәşkil edir. Bürokratiya qərar qәbul etmә  və tətbiq etmə nöqtəsində böyük  maneə yaradaraq prosesləri ləngidir və iqtisadi proseslərin daha ağır bir şəkildə irәlilәmәsinә  səbəb olur.

Yeni sistemlə bu proseslərin sürətlənməsi üçün  mühüm dəyişikliklər həyata keçiriləcək.

Məsələn,  nazirliklərin yenidən qurulması və buradakı rəhbər kadrların yenidən müəyyən olunmasındakı ilkin hədəf bürokratik əngəllərin aradan qaldırılmasıdır.

Burada səlahiyyət və qərar orqanları arasında baş verən problemlərin, uyğunsuzluqların və toqquşmaların tam şəkildə aradan qaldırılması və davamlı həllә nail olunması üçün bəzi nazirliklərin birləşməsi və ya bəzilərinin ayrılması mümkün ola bilәr.

Digər tərəfdən, təəssüf ki bürokratiya Türkiyə iqtisadiyyatında investisiyaların qarşısında duran  ən böyük maneələrdən birini təşkil edir. Bu baxımdan yeni sistemin bürokratik əngəllərə qarşı davamlı hәll yolu tapması hәm investisiyalarda mühüm artımın әldә olunmasına, hәm Türkiyә iqtisadiyyatının uğurlu davam etdirilməsinə, hәm dә yüksәk gәlirli ölkәlәr liqasına daxil olmasına  imkan yaradacaq.

Nәticәdә,  iyunun 24-dә keçirilәcәk seçkilәr  iqtisadiyyatdakı inamın  daha da möhkәmlənməsinə vә  sabitliyin təmin olunmasına zәmin yaradacaq.



Әlaqәli Xәbәrlәr