Geosiyasi meydan oxuma və növbədənkənar seçki

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun mövzu ilə bağlı fikirlərini təqdim edirik._17 ( 27 aprel 2018)

Geosiyasi meydan oxuma və növbədənkənar seçki

Gündəm analizi_17, 27 aprel 2018

Mərkəzində İraq və Suriyanın dayandığı hadisələr Türkiyənin əhəmiyyətini və bununla yanaşı yükünü daha da artıracaqdır. Belə kritik bir prosesə Türkiyənin seçki ilə daxil olması riskli olacaq. 24 iyunda növbədənkənar seçki keçirilməsi qərarında ölkə daxilindəki dinamikalar qədər sərhəd boyu və bölgə miqyasında baş verən son hadisələrin də təsiri oldu. Bölgədə yeni xəritələr hazırlanarkən Türkiyə seçki kampaniyaları ilə vaxt itirə bilməzdi. Türkiyənin göstərəcəyi ən kiçik siyasi, hərbi, iqtisadi zəiflik ABŞ və demoqrafik dəyişiklik hədəfində olan qüvvələr üçün tarixi imkanlar doğuracaqdır. Növbədənkənar seçki qərarı bu risk qarşısındakı bir həmlədir.

İraq və Suriyadakı siyasi güc tarazlıqları sabit olmadığı müddətdə Türkiyənin xüsusilə  cənub sərhədilə əlaqəli güclü siyasət tətbiq etməsini vacib hala gətirir. Türkiyənin qərbli ölkələr kimi altı aylıq prosesdən sonra hökumət formalaşdırma kimi lüksü yoxdur. Çünki çox həssas bir coğrafiyada yerləşir. Siyasi sabitsizliyin nəticəsinin ağır olduğu Orta Şərq coğrafiyasında tədbirlərini görmüş, təsirli xarici siyasət tətbiq etmək vacibdir. 24 iyun seçkilərilə yeni sistemə keçid olacaq. Növbədənkənar seçkilərin Türkiyənin bölgədəki siyasətlərini daha effektiv hala gətirəcəyi gözlənilir. İki aylıq qısa müddət belə Türkiyənin seçki kampaniyaları ilə məşğul olacağını nəzərdə tutduqda bölgədəki güc tarazlıqlarının dəyişməsinə səbəb ola bilər. Lakin İraq və xüsusilə  Suriyanın gələcəyinin qarşıdan gələn illərdə formalaşacağı gözlənildiyi üçün Türkiyə seçki tarixini dəyişərək bölgədə yeni xəritələrin hazırlanıb, məcbur qəbul edilməsinə mane ola biləcəkdir. Suriyada ABŞ-nın PKK-nın Suriya qolu olan YPG-li terror təşkilatına istiqamətli uzun müddətli yatırım planları Rusiyanın və İranın Əsəd rejiminin mövqeyini gücləndirmə hədəfləri və İsrailin bölgədəki siyasi yanaşması istiqamətində Türkiyə öz milli mənfəətlərini mühafizə edəcək addımlar ata bilməlidir. Astana prosesi ilə Rusiya, İran və Türkiyə Suriyadakı müharibəyə son qoymaq və siyasi həll yolu tapmaq üçün zəmin hazırlamağa cəhd göstərdikdə, ABŞ-ın isə YPG vasitəsilə fərqli məqsədləri var. 2017-ci ilin axırında şəxsən ABŞ tərəfindən maaşları verilən 65 min YPG-li terrorçunun təlimini planlaşdıran Pentaqon Suriyanın torpaq bötüvlüyünü və Türkiyənin milli təhlükəsizliyini təhdid edir. Suriyada DEAŞ və YPG-ni çıxmaqla digər terror təşkilatlarının böyük nisbətdə ortadan qaldırılması ilə beynəlxalq aktyorları müharibədən sonra nizamın  necə qurulacağı sahəsində addımlar atmağa istiqamətləndirdi. Ehtimal ki, bir neçə il davam edəcək bu prosesdən sonra Suriyanın və bölgənin taleyi müəyyən olacaq. Suriya ilə ən uzun sərhədi olması səbəbindən Türkiyənin bu prosesə şəxsən müdaxilə edə bilməsi vacibdir. Növbədənkənar seçki keçirilməsi ilə Türkiyə bu proses daxilində seçki kampaniyaları ilə məşğul olmayacaq və daha təsirli xarici siyasət tətbiq edə biləcəkdir. İraq bölgəsində isə PKK mövcudluğunu davam etdirir və Türkiyəni birbaşa təhdid edir. Türkiyə hazırda PKK-ya istiqamətli İraq sərhədləri daxilində hərbi əməliyyatlar həyata keçirir. Lakin İraqdakı seçkilərə görə hərbi əməliyyatlar məhdud şəkildə davam etdirilir. İraqdakı seçkilərdən sonra Türkiyə İraqdakı mərkəzi hökumət ilə birlikdə bu ölkədəki PKK mövcudluğuna son qoymağı qarşıya məqsəd qoymuşdur. Bir tərəfdən Kandil dağları, digər tərəfdən Sincar dağı PKK tərəfindən düşərgə kimi istifadə edilir. Türkiyə növbədənkənar seçki keçirilməsinə dair qərar qəbul edərək, İraqda PKK-ya qarşı möhtəməl hərbi əməliyyat üçün daha güclü mövqeyə sahib olacaq.

Ümumi mənada isə; parlamentar demokratiyadan prezidəntlik üsul-idarəsinə keçid prosesi Türkiyənin bürokratiyasını və hökumətini zəiflədib ləngidirdi.

Keçid prosesinin sürətli şəkildə tamamlanması ilə Türkiyə daha təsirli, daha sürətli və daha sabit siyasətlər tətbiq edə biləcək. Xüsusilə xarici siyasət cəhətdən siyasi sistem keçidini başa vurduqdan sonra Türkiyə daha rahat addımlar atacaqdır.



Әlaqәli Xәbәrlәr