Türkiyə iqtisadiyyatının perspektivləri - 16/2018

Dünya ticarətindəki qaydalı nizam ABŞ-ın qəyyumluq siyasəti ilә yeni forma almaq istəyir.

Türkiyə iqtisadiyyatının perspektivləri - 16/2018

Türkiyə iqtisadiyyatının perspektivləri - 16/2018

Dünya ticarətindəki qaydalı nizam ABŞ-ın qəyyumluq siyasəti ilә yeni forma almaq istəyir.  ABŞ-ın xarici ticarət kəsirini azaltma məqsədi ilə idxal etdiyi dəmir, polad vә alüminium məhsullarına yeni gömrük tarifi tətbiq etmək qərarı Amerikanı Çinlə qarşı-qarşıya gətirdi. Çinin ABŞ-ın bu addımını cavabsız qoymaması beynəlxalq arenada əks-səda yaradıb.

Dünya iqtisadiyyatının ən önəmli iki dövləti arasında baş verən və qlobal ticarətin istiqamətini dəyişəcəyi düşünülən ABŞ- Çin gərginliyi martın 8-dә ABŞ tərəfindən qәbul edilәn  dәmir-polad  idxalına 25 %,  alüminium idxalına isə 10 % vergi  tәtbiqi  ilә başlayıb.

2017-ci ilin göstәricilәrinә әsasәn,  ABŞ-ın  Çinә  etdiyi ixracın dәyәri 115.8 milyard dollar, Çindən etdiyi idxalın  dәyәri isә  480 milyard dollardır.  Bu rәqәmlәr ABŞ-ın xarici ticarәt dövriyyәsindәki kәsrini göstәrir. Beləliklə,  ABŞ-ın bu qərarının birbaşa Çinə qarşı olduğu mövzusunda hər hansı bir şübhə yoxdur.

Daha  sonra, ABŞ birbaşa Çinə qarşı bir addım ataraq  bu vəziyyəti açıq şəkildə ortaya qoydu və Çindәn  idxal edilən 60 milyard dollarlıq məhsula vergi  tətbiq etmək  qərarına gәldi.

Bəs, Çin ABŞ-ın bu addımına necә cavab verdi?  Çin  ABŞ-ın 128 mәhsuluna 15-  25 % arasında vergi tәtbiq etdi.

Daha sonra isә ABŞ-ın 50 milyard mәblәğindәki 106 mәhsuluna  25 % әlavә gömrük vergisi tәtbiq edәcәyini açıqladı. Bu məhsullar arasında təyyarə, avtomobil və kənd təsərrüfatı məhsulları da var.

Çin bu addımı ilә  ABŞ-ın iki ölkə arasındakı  ticari əlaqələrin gedişini təyin  edәn hegemon güc olmadığını göstərdi.

Çinin bu gün  dünya ticarətində nə qədər üstün  rola sahib olduğu açıq aşkar ortadadır.

Bu sәbәbdən də Çinin  ABŞ-ın bu məhdudlaşdırmalarına qarşılıq vermәmәsi mümkün deyildi.

Әlbәtdә, Donald  Tramp Çinin bu addımını da qarşılıqsız qoymadı. Belә ki, Tramp yeni bir addım ataraq  Çinin 100 milyard dollar dәyәrindәki ixracına vergi tәtbiq etmәk qәrarını açıqladı.

İki qlobal güc arasında yaşanan  gәrginliyin Türkiyәyə hansı tәsirlәri oldu sualına gəlincə, bu gәrginlikdәn Türkiyәnin payına düşәn polad vә alüminiuma tәtbiq edilәn vergilәr oldu.

Türkiyә hazırda bu vergilәrin tәtbiq edilmәdiyi ölkәlәr arasında deyil. Türkiyәdәn  ABŞ-a edilәn ixracda dәmir-polad  mәhsulları ilk sıradadır.

Dünya iqtisadiyyatında çox mühüm bazara sahib olan Çinin ABŞ-ın qoyduğu maneələr qarşısında ticarətini azaltması mümkün deyil.

Bu sәbәbdən mövcud durum Türkiyə və Çin arasında idxal hәcminin daha da artırılmasına yönəlik bir fürsәt  kimi dəyərləndirilə bilәr.

Ən son 2017-ci ildə Türkiyə və Çin arasında hәyata keçirilәn  26 milyard dollarlıq xarici ticarət həcminin daha da artırılması mümkün görünür.

Burada hər nə qədər Türkiyənin idxalının payı daha çox  olsa da  qarşıdakı dövrdə Türkiyə mövcud ticarət potensialını istifadə edərək Çinə müxtәlif mәhsullar ixrac edә bilәr.

Hazırda qlobal iqtisadiyyatın yeni bir böhranın astanasında olub olmadığı barədə narahatlıqlar davam edir. ABŞ və Çin arasında qarşılıqlı sanksiyaların tətbiq olunduğu bir zamanda mümkün ticarət müharibəsinin bütün dünyaya yayılması riski hәr ötәn gün artmaqdadır.

Belə bir sual ortaya çıxır. Bütün bu risklәr mövcudluğunu davam etdirәrkәn ABŞ-ın  sahiblәnmә siyasәti  Çinin rәqabәtә davamlı üstünlüğünün qarşısını ala bilәcәkmi, yoxsa Çin ABŞ-ın  bütün bu addımlarının qarşısını alıb dünya iqtisadiyyatındakı üstünlüyünü davam etdirib әmin addımlarla irәlilәyә bilәcәkmi?



Әlaqәli Xәbәrlәr