Amerika Birləşmiş Ştatlarının səhv strategiyası

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Səhv Strategiyası   (Adam Mcconnel)

Amerika Birləşmiş Ştatlarının səhv strategiyası

İki həftə əvvəl Amerikalı rəsmilərdən ibarət bir heyət, Ankaraya gələrək rəsmi görüşlər keçirdi. Qonaq heyətin iştirakı ilə Ankarada baş tutan danışıqlar nəticəsində, tərəflər arasındakı problemlərin həllinə dəstək olacaq bir dialoq mexanizminin yaradılması mövzusunda razılıq əldə edildi.

Yığıncaqda iki ölkə arasında son dörd ildir davam edən digər problemlərə tövhvə verəcək başqa addım atılmadı. ABŞ-ın PYD/PKK ilə əməkdaşlığından narahat olan Türkiyə rəsmilərinin, bunu hər platformada səsləndirib və tənqidlərinə baxmayaraq, ABŞ-lı siyasətçilər, öz ölkələrinin quruluşları tərəfindən belə terror təşkilatı kimi xarekterizə edilən qruplaşma ilə olan əlaqələrini real olmayan açıqlamalar və cavablarla fərqli göstərməkdə səy edirlər.

Amerikalı rəsmilərin, hətta mərkəzi kəşfiyyat idarəsinin (MKİ) PYD-nin PKK-nın Suriyadakı qruplaşması olduğunu konkret olaraq səsləndirmələrinə baxmayaraq, bu ölkənin bəzi siyasətçiləri və ya fərqli dövlət orqanları yanındakı sözçülər, Türk rəsmilərin ‘ABŞ-PYD/PKK ilə əmədaşlıq edir’ sözünə reaksiya verirlər. Öz səhv siyasətlərinin məhsulu olan nəticələr gördükdə isə Türk mətbuatını ittiham edirlər. Bu da Türk ictimaiyyətinin ABŞ-a qarşı qəzəbinin artmasına və Türkiyənin, ABŞ-na etmadının azalmasına gətirib çıxarır.

PYD/PKK, Türkiyənin ərazi bütövlüyünə qarşı təhdid yaradır

ABŞ-ın PYD/PKK ilə əməkdaşlıq və hərbi əlaqə yaratmaq planı, 2014-ci ilin sonlarına, yəni DEAŞ-ın, Türkiyə sərhədində Suriyanın şimal ərazisində yerləşən Rojavaya istiqamətli hücum rellaşdırdığı tarixə əsaslanır. Həmin tarixdə Türkiyə hökuməti, Şimali İraq Kürd Regional Rəhbərliyinin silahlı milis-lərinin Türkiyə üzərindən Rojavaya keçidlərinə belə icazə vermişdi.

Ancaq Obama rəhbərliyinin yaxşı təhlil edə bilmidiyi fakt, PYD/PKK ilə əlaqə yaradmağın, Türk-Amerika müttəfiqliq əlaqələrinə ağır zərbə endirəcəyi idi. O dövrdə Barak Obamanın xarici siyasət üzrə Baş sözçüsü 30 yaşlı təcrübəsiz Ben Rhodesın olması da belə bir səhvə yol verilməsində təsirli oldu.

Türkiyə-ABŞ arasındakı ittifaqın əsas səbəbi, bəzi politoloqların ifadə etdikləri kimi sərhədləri xaricində tarazlıq yaradacaq bir gücə Türkiyənin keçmişdə zərurət duyması, həmçinin 19-cu əsrin sonlarından etibarən, əvvəla Osmanlı, sonra da Türkiyə Ruspublikası rəsmilərinin narahatlıq duyduqları Türk suverenliyinə qarşı təhdidlərin qarşısını alacaq tədbirlərin həyata keçirilməsi və bunların qorunmasına töhvə verəcək bir bir super güc müttəfiqinin olması idi.

Türkiyənin bir super güc ilə müttəfiq olma planı ikinci Dünya Müharibəsi dövründə reallaşdı. ABŞ ilə müttəfiq oldu. əslində Amerikalı rəsmilər, Sovetlərə etimad ediləbilməyəcəyini, onlarla uzun müddət davam edəcək siyasi mübarizənin başlaya biləcəyini başa düşdükləri 1946-cı ilə dək Türkiyənin müttəfiqi olmağa yanaşmaq istəmədilər. SSRİ ilə sərhəd qonşusu olan Türkiyə ABŞ üçün "öncebhə müttəfiqi olacaq; ABŞ isə Türkiyənin vəziyyəti heç də yaxşı olmayan ordusunu modernləşdirəcəkdi. Soyuq müharibə dövründə Türkiyədə çox sayda ABŞ-lı hərbçi və rəsminin olmasına baxmayaraq, SSRİ-nin yaratdığı böyük təhdid və ABŞ ilə aralarındakı qarşılıqlı mənfəətlərin olması, Türkiyənin narahatlıqlarının azalmasında təsirli oldu.

Bu vəziyyət Soyuq müharibə sona çatandan sonra da davam etdi. Rusiya, keçmişdə olduğu kimi Türk suverenliyinə qarşı uzun müddətli təhdid olmaqda davam edəcəkdi. Ancaq ABŞ-ın regional qarşıdurmalara daha daxil olması ilə Türkiyədəki müəssisələri və hərbi imkanları hər ötən gün daha da artdı.

 2014 dönüş nöqtəsi idi

2014-ci ilin sonu etibarı ilə vəziyyət dəyişdi. Xüsusilə də Moskvanın (Obama rəhbərliyinin lazımlı addımları atmaması səbəbindən) müharibənin darmadağın etdiyi Suriyada rəhbərlik yanındakı mövqeyinin gücləndiyinə baxıldıqda, Rus təhdidinin davam edəcəyi müşahidə olunur. Ancaq Obama rəhbərliyinin ABŞ- PYD/PKK arasında ittifaq yaradmağı seçməsi, bölgədə olmasının əsas səbəbinin Türkiyənin torpaq bütövlüyünə təhdid yaradan bir güc ilə əməkdaşlıq etmək olduğunu aydın vəziyyətdə ortaya qoydu. Yəni Obama rəhbərliyi Türkiyənin suverənliyini təhdid edən bir terror təşkilatına dəstək verməyi seçdi.

ABŞ-ın, bu seçimi, yəni PYD/PKK ilə əməkdaşlıq etmə qərarı, Vaşinqtonla strateji əlaqələri davam etdirməyin zəruri olduğu fikrinin dəyişməsini vacib qılır. Çünki ABŞ daha strateji bir təhdid olma yoluna daxil olmuş vəziyyətdə. ABŞ-ın belə bir səhvə necə yol verdiyinə dair proqnozlar və şərhlər tarixçilərin işi olsa da, bizlər deyirik ki, ABŞ-nın belə bir səhvə yol verməsinə səbəb olan əsas faktlar, doğru olmayan məlumatlara əsaslanan siyasət izlənilməsi, rəsmi Vaşinqtonun, başda Türkiyə olmaqla bölgədəki müttəfiqlərinə etimad etmək istəməməsi olmuşdur.

Fətullah Gülən, Türk hakimiyyətinə də təhdid

Təəssüf ki, ABŞ-ın bəsirətsiz ittifaq seçimləri, təkcə PKK terror təşkilatı ilə məhdud deyil. 2013-ci ilin Dekabrından sonra Türkiyənin daxili siyasətini rasional və obyektiv dəyərləndirənlər, Fətullah Gülənin Türk demokratiyasını təhdid etməyə başladığını idrak etmişdilər. Uğursuzluqla nəticəlinən 15 İyul 2016 çevriliş cəhdi ilə bu təhdidə bir də şiddət və cinayət əlavə olundu. Başqa bir sözlə, Gülən təşkilatı, Türk cəmiyyətinə və Türkiyənin demokratik normlar çərçivəsində seçilmiş siyasi liderliyinə qarşı birbaşa, şiddət ehtiva edən təhdid olaraq xarekterizə edilməlidir.

F.Gülən 1999-ci ildən bəri ABŞ-da yaşamaqda davam edir. Yəni terror təşkilatı PYD/PKK ilə əməkdaşlıq edən ABŞ Türkiyəni təhdid edən bu quldurbaşçısına ev sahibliyi edir. Onun Türkiyəyə ekstradisiya edilməsi istiqamətində konkret addım atmır.

Bu məsələni məntiq çərçivəsində qiymətləndirdikdə, belə bir sual qarşımıza çıxır: Görən Türkiyənin suverenliyini təhdid edən terror təşkilatı ilə əməkdaşlıq, başqa bir təhdid ünsürünə isə ev sahibliyi edən ABŞ-nın Türkiyədəki hərbi varlığı potensial təhlükə hesab edilməz mi?. Səxsi fikrimə görə bunun belə olmadığını ifadə etmək istərdim. Ancaq mən seçki bölgəsindən və bu bölgədəki seçicilərin həyat və rifahında məsul bir Türk siyasətçi deyiləm. Lakin deməliyəm ki, son 5 ildə cərəyan edən hadisələr qarşısında, həm mülki həm də hərbi səlahiyyətlilərin ABŞ-ın ölkədəki hərbi varlığına dair fikirləri mürəkkəb hal alıb.

Əslində son hadisələri və yaxın gələcəkdə qarşımıza çıxacağı ehtimal olan ssenariləri Türkiyə rəsmiləri kimi məntiq çərçivəsində təhlil etdikdə, ABŞ-nın Türkiyədəki qüvvələrinin Türk suverənliyi üçün təhdid olacağı inamı güclənəcək. Bu da 70 ildən bəri davam edən vəziyyətin, “yəni ABŞ qüvvələrinin Türkiyənin suverenliyinin zəmanətçisi olduğu inamının dəyişdiyi mənasını verir. İnsan bu nəticəyə nail olduqda və buna gətirib çıxaran hadisələri və məntiqi mənimsədikdə, Türk siyasətçilərinin, o cümlədən vətəndaşların ABŞ-a etimadlarının nə üçün zəiflədiyi, hətta kəskin reaksiyalar verməyə başladıqlarının səbəbi də idrak ediləcək.

Dəyişən strateji perspektiv

 Əgər ABŞ PYD/PKK və Fətullah Gülən ilə Türkiyənin suverenliyinə birbaşa təhlükə yaradırsa, demək olar ki daha 75 ildir davam edən müttəfiqlik qaydalarını heçə sayaraq 19-cu əsrdə Böyük Britaniya və Fransanın, üç əsrdən bəri də Rusiyanın daxil olduğu "birbaşa təhdid" kateqoriyasına addım atır. Bu ölkələr o dövrdə Osmanlı dövlətinin torpaqlarını ələ keçirməkdə məşquldular.

Türkiyə Respublikasından torpaq almağa səy edən silahlı bir terror qrupuna dəstək verən, hazırda Türk dövlət qurumlarına sızaraq təzyiqini artırmağa cəhd edən bir dini təşkilata ev sahibliyi edən ABŞ-lı rəsmilər, daha Türklər tərəfindən 19-cu əsrin B.Britaniya, Fransa və Rusiyası kimi xarekterizə edildiklərini idrak etməlidilər. Buna görə də demokratik yollardan seçilmiş Türk siyasətçilər, ya başqa bir müttəfiq axtaracaq ya da bütün məsələlərinin öhdəsindən özü gəlməyə çalışacaq.

Türkiyənin müasir silah əldə etmək mövzusunda son 10 ildir atdığı addımlar bunun ən bariz nümunəsidir. Türk Silahlı Qüvvələrinin məlumatına görə Türkiyənin öz imkanları ilə buraxdığı silahlı, sürücüsüz hərbi texnikalardan Afrinin PYD/PKK mənsubu terrorçulardan təminzənməsində istifadə ediləcək.

19-cu əsrdən bəri Osmanlı Dövləti və Türkiyənin başda silah-sursat olmaqla zabitlərinin taktika təlimi üçün belə, xarici qüvvələrə asılılığı davam etdi. Ancaq, son əməliyyatlarda, yəni həm Fərat Qalxanı həm də Zeytun Budağı əməliyyatında pilotsuz uçuş aparatları kimi, yerli silahlar istifadə edildi.

Əhəmiyyətli bir fakt isə, əməliyyatların etina ilə planlaşdırılması və təsirli olmaqla yanaşı, az sayda dinç sakinin ölmisi və zərər çəkməsi üçün lazımlı tədbirləri görməkdir. Türk zabitləri, kontrgerilla müharibəsi və hətta şəhər müharibəsində ABŞ-dan daha üstün taktikalar həyata keçirirlər. Müharibə bitdikdən sonra da yerli xalqa həyatlarını normallaşdıra bilmələri üçün lazımlı dəstəyi verirlər. Xülasə deməli olsaq Türklərin xarici silahlara, texnologiyaya və taktikalara asılılığı sürətlə azalır.

Əslində demək istəyirəm ki, həm indiki, həm də keçmişdəki ABŞ rəhbərliklərinin izlədikləri bu siyasət Türkiyənin siyasi və hərbi rəsmilərinin, həmçinin mülki xalqın qərarında təsirli olub. ABŞ, edimad ediləbilən ölkə olduğu, məhz Türkiyə suverənliyinə birbaşa təhdid olmadığı mövzusunda Türkləri qane etmək istəyirsə əgər, fərqli qərarlar qəbul etməli və lazımlı addımları atmalıdır.

 



Әlaqәli Xәbәrlәr