Dünyanın gözü qarşısında yeni qətliam: Şərqi Quta

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun fikirlərini təqdim edirik.(Gündəm analizi_09, 02 mart 2018)

Dünyanın gözü qarşısında yeni qətliam: Şərqi Quta

Həftənin Gündəmi_09 (02.03.2018)

Suriyanın paytaxt şəhərinin şərqində yerləşən və Cobar kimi Dəməşqin mərkəzinə məxsus məhəllələri əhatə edən Şərqi Quta bölgəsi 2013-cü ildən bəridir Əsəd rejimi və rejim tərəfdarı milislərin mühasirəsindədir. Şərqi Quta bölgəsi son vaxtlarda Əsəd rejiminin və Rusiyanın ən çox hava hücumlarına məruz qalan bölgəsidir. 3 gün ərzində 250-dən artıq mülki şəxsin öldürülməsindən sonra nəhayət BMT Təhlükəsizlik Şurası yığıncaq keçirdi və Suriya miqyasında atəşkəs qərarının qəbul edilməsi barədə razılıq əldə olundu. Lakin BMT TŞ-nın qərarı əməli olaraq Suriyadakı müharibənin və Şərqi Qutadakı qətliamın davam etməsi mənası daşıyır. Hücumlarda xüsusilə səhiyyə mərkəzləri ilə çörəkxanalar  kimi əhalinin ərzaq ehtiyacını ödəyən mərkəzlərin vurulması bölgə əhalisinin qarşı-qarşıya olduğu faciəni daha da ağırlaşdırır.

İdlib bölgəsində Astana prosesi çərçivəsində TSQ tərəfindən üç ayrı nəzarət nöqtəsi qurulmasından sonra nisbi olaraq münaqişəsizlik vəziyyəti hakim oldu. Astana prosesində yenə deeskalasiyanın olacağı nəzərdə tutulan Homs, Quta və Dəra bölgəsində TSQ-nın nəzarət nöqtələri yoxdur. İdlibdə yaranan qarşıdurmalarda Əsəd rejimi və rejim tərəfdarı milislər qüvvələrini Şərq Quta bölgəsinə istiqamətləndirdi və gəniş dairəli əməliyyatlar başlatdı.

Quruda əməliyyat başlamazdan əvvəl Şərqi Quta bölgəsi rejim və Rusiya hava qüvvələri tərəfindən bombalandı. Rusiya və Əsəd rejimi sivil-əsgər fərqi qoymadan bölgəni bombaladı və Hələbdəki vəziyyətə oxşar şəkildə hər yeri yandırıb yerlə-yeksan etdi. Bu strategiya istiqamətində Şərqi Qutada eynilə bir qətliam yaşanması qarşısında BMT Təhlükəsizlik Şurası toplantı təşkil etdi. Rusiyanın veto təhdidi qarşısında Təhlükəsizlik Şurasından bölgədə reallığı olmayan ümumi atəşkəs elan edildi. DEAŞ və Əl-Qaidə terror təşkilatlarının atəşkəs qərarı çərçivəsində olması, sanksiya mexanizmlərinin yaradılmaması BMT Təhlükəsizlik Şurasının qərarını etibarsız hala gətirmişdir.

Nəticədə Rusiya rəsmi olaraq Suriyada sadəcə DAEŞ və Əl-Qaidə terror təşkilatları ilə mübarizə aparır. Lakin bölgədəki reallıq Rusiyanın mülayim müxalifəti ilk dəfə olaraq gördüyü və sivil-əsgər fərqi qoymadan bombaladığını ortaya qoyur. Həmçinin BMT TŞ-nın atəşkəş qərarı pozulacağı təqdirdə heç bir embarqo mexanizminə üz tutmaması qərara əməl edilməsinin eynilə könüllülük əsasında olduğunu göstərir. Həmçinin Rusiyanın şərqi Qutadakı Ahrar uş Şam və Ceys əl İslam qruplarının Əl-Qaidə bağlantılı Heyət Tahrir Şam (HTŞ) ilə birlikdə hərəkət etdiyini və atəşkəsdən kənarda tutulduğuna dair açıqlaması BMT Təhlükəsizlik Şurasının qərar mətninin qərəzli rəylərə açıq olduğununun göstəricisidir. Əsasında Şərqi Qutada Ceys əl İslam ilə Heyət Tahrir Şam arasında toqquşmalar yaranmış və  Ceys əl İslam Heyət Tahrir Şamdan bir çox adamı tutmuşdur. Ahrar uş Şam isə Rusiyanın bu açıqlamanı yaydığı zamanda İdlib bölgəsində Heyət Tahrir Şama qarşı geniş dairəli əməliyyat həyata keçirirdi.

Açıq şəkildə Rusiyanın və Əsəd rejiminin Şərqi Quta bölgəsində etdiyi hücumları qətliam olaraq xarakterizə etmək düzgün olacaq. Şərqi Quta əhalinin sıx olduğu bölgədir.  Mühasirə altında olan və birbaşa hədəfə götürülən yüz minlərlə mülki şəxs deyilə bilər ki, addımbaaddım qətlə yetirilir.

Rusiya BMT Təhlükəsizlik Şurasının qərarından sonra saxta “sülhsevər siyasət” göstəricisi kimi hər gün Şərqi Quta bölgəsinə yerli saatla 09.00-14.00 arasında “humanitar atəşkəs” elan etmişdir. Elan edilən atəşkəs Əsəd rejimi və rejim tərəfdarı milislər tərəfindən ilk gündən tutmuş pozulmuş və Şərqi Qutaya istiqamətli hücumlar davam etmişdir.  Şərqi Qutadakı “Ağ dəbilqəlilər” təşkilatından əldə edilən məlumata görə, Əsəd rejimi BMT TŞ qərarı və sonra Rusiyanın qəbul etdiyi humanitar məqsədli atəşkəs qərarına  baxmayaraq Şərqi Qutanı vurmaqda davam etdi. Rejim yerli saatla 09.30 radələrində Şərqi Qutadakı sivil yaşayış məntəqələrindən Duma, Beyt Sava və Merc bölgələrinə topçu atışları ilə hücum etməyə başladı.

Türkiyə isə Astana prosesinin zamin ölkələrindən biri kimi Şərqi Qutadakı toqquşmaların qarşısını Astana prosesi vasitəsilə almağa cəhd göstərir. Astana prosesi çərçivəsində Rusiya və Əsəd rejiminin Şərqi Qutaya istiqamətli hücumlarının dayandırılması ehtimalı BMT vasitəsilə atılacaq addımlarla müqayisədə daha böyükdür. Astana prosesi çərçivəsində nəticə əldə edilənədək Türkiyə hazırda Şərqi Qutadakı yaralıların müalicəsi və humanitar yardımların Şərqi Qutaya çatdırılması üçün səfərbər olmuşdur.

Şərqi Qutada baş verən insanlıq faciəsinin qarşısı əslində Suriya daxilindəki mürəkkəb vəziyyət Rusiya və Əsəd rejiminin mövqelərindən çox BMT-nin quruluşundakı  problemlərə görə həllini tapa bilmir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü dünya sülhünə töhfə vermək əvəzinə öz maraqlarını diqqət mərkəzində saxlayaraq addım atır. Hazırda bəlkə müvəqqəti həll yolu ilə Şərqi Qutadakı qətliam bir qədər azaldıla bilər yaxud da bu istiqamətdəki bütün cəhdlər uğursuz olar, lakin BMT-nin sistemi dəyişməyəcəyi müddətdə dünya miqyasında Şərqi Qutada olduğu kimi hələ bir çox qətliamın qarşısı alına bilməyəcəkdir.

 



Әlaqәli Xәbәrlәr