• Video Qalereya

PKK-nın kölgəsində Türkiyə-ABŞ əlaqələri

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun fikirlərini təqdim edirik.(Gündəm analizi_08, 23 fevral 2018)

PKK-nın kölgəsində Türkiyə-ABŞ əlaqələri

Həftənin Gündəmi_08

 Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun fikirlərini təqdim edirik.(Gündəm analizi_08, 23 fevral 2018)

Türkiyə və suriyalı müxalifətin Afrini YPG terrorçularından təmizləmək məqsədilə başlatdıqları “Zeytun budağı” əməliyyatı bir ayını başa vurdu. Bu zamanda Türkiyə-ABŞ əlaqələrində ABŞ-ın terroru dəstəkləyən mövqeyinə görə ciddi bir meydan oxuma müşahidə olundu. Türkiyə həm Suriyanın torpaq bütövlüyünü həm də öz milli təhlükəsizliyini təhdid altında görür, ABŞ isə Suriyada teror təşkilatı PKK ilə olan çirkli ittifaqını davam etdirmək üstündə təkid edir. İki NATO müttəfiqi arasındakı gərginlik son dövrdə “terrora dəstək” üzərindən ciddi böhrana üz tutsa da, əslində təməlində keçmişə əsaslanan ciddi problemlər də var. “Ərəb baharında” ortaya qoyulan fərqli mövqelər, ABŞ-ın Misirdəki çevrilişi dəstəkləməsi və bunlardan savayı 15 iyul çevriliş cəhdinin arxasındakı FETÖ təşkilatlanması ilə ortaya çıxan təhlükələrə cavab qaydaları Türkiyə-ABŞ əlaqələrini sarsıtmış vəziyyətdədir.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə-AŞB əlaqələrinə dair dedi ki, əlaqələrimiz çox kritik bir nöqtədədir. Ya əlaqələrimizi düzəldəcəyik yaxud da bu əlaqələr tamamilə pozulacaq. Nazirin bunu söyləməsi iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyətini ortaya qoymuşdur. ABŞ tərəfi Türkiyənin ciddiliyini başa düşməməkdə israr etsə də, Xarici İşlər naziri Çavuşoğlunun Tillersonun DEAŞ yığıncağındakı çıxışına toxunaraq “Türkiyənin narahatlığını başa düşürük, biz artıq sözdən çox əməliyyat görmək istəyirik.” ifadəsi Türkiyənin ABŞ-a duyduğu etimadı itirdiyini göstərir. Ayrıca verilən lakin yerinə yetirilməyən vədlər üçün addım atılmasını da istəyir Türkiyə. ABŞ Türkiyəyə verdiyi vədləri yerinə yetirməyəcəyi təqdirdə Türkiyənin radikal qərarlar qəbul edəcəyi nəzərdə tutula bilər. ABŞ müttəfiqliq anlayışına uyğun addımlar atıb Türkiyə ilə əlaqələrinə dair bir sıra qərarlar qəbul etsə də qarşılıqlı etimadın bərpası uzun çəkəcəkdir.

Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ Türkiyənin sərhəd boyunca qurulması planlaşdırılan terror dəhlizi və terrorun dövlətləşdirilməsi layihəsini çökdürəcəyini qeyd edərək dedi ki, ABŞ PKK/KCK/PYD/YPG terror təşkilatları barədə Türkiyəyə verdiyi vədlərin yerinə yetirilməsi prosesini ləngidir, bundan imtina etməlidir. Terror təşkilatının adını, lövhələri dəyişərək terror təşkilatlarını və terrorçuları gizlədə bilməz. Bu addımlarla həqiqəti dəyişə bilməz və heç kəsi aldada bilməz. Bunu başa düşməlidir. PYD və YPG-nin terror təşkilatı olduğunu şərtsiz qəbul etməli; terror təşkilatları ilə əməkdaşlığını və terror təşkilatlarına keçdiyi təlim, təmin etdiyi  sila-sursat və digər bütün dəstəyinə son qoymalı, terror təşkilatlarına verdiyi silahları təhvil almalıdır.

Bütün bunların işığında ABŞ-ın Dövlət katibi Tillerson Türkiyəyə önəmli səfər reallaşdırdı. Dövlət başçısı Ərdoğan ilə uzun müddətli görüş keçirdi. Həmkarı Çavuşoğlu ilə də ikili görüşdə iştirak etdi. Keçirilən görüşlərdə tərəflərin bir-birlərini strateji tərəfdaş kimi gördükləri təsdiq edildikdə, Türkiyə bir daha birinci əldən ABŞ-a istəklərini çatdırdı. Münbic başda olmaqla Suriyanın şimalı ilə əlaqəli görüşləri keçirmək üçün mexanizm qurulması qərara alındı. Ancaq Türkiyə ABŞ ilə görüşləri davam etdirərkən bir tərəfdən də birbaşa PKK/YPG terror təşkilatını hədəf götürməkdə davam edəcəyini dəqiq şəkildə ortaya qoydu. Əlbətdə ABŞ ilə Türkiyə arasındakı problemlər sadəcə PKK/KCK məsələsi ətrafında ortaya çıxmır.  Əsasda Türkiyəni bölgədə qurucu bir aktyor kimi görməmə təmayülü olan ABŞ-da Ərdoğanın şəxsi üzərinə cəmləşmiş, qavrayışa əsaslı Türkiyə haqqında bir sıra düşüncələrin hakim olduğunu görürük. Uzun müddət KİV-lər tərəfindən gündəmə çıxarılan və Türkiyə daxilindəki tərəfdaşlarının dəstəklədiyi bu düşüncə Türkiyənin milli mənfəətlərinə kölgə salır və mübahisə zəminini başqa tərəflərə istiqamətləndirir. Beləliklə ABŞ-da Türkiyə “insan hüquqları” və “insani dəyərlər” üzərindən mübahisə olunarkən, Orta Şərqdə ABŞ-ın istiqamətləndirdiyi Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misirdəki “insan hüquqları” və insani dəyərlər” əhəmiyyət daşımır. ABŞ-ın ikili siyasətinin əsas səbəbi Türkiyənin özünə məxsus və müstəqil xarici siyasətinin olmasıdır.

15 iyulda FETÖ-nün çevrilişə cəhdi zamanı ABŞ-ın “Çevriliş olub olmadığını dəyərləndiririk” açıqlaması; çevriliş cəhdindən sonra Türk xalqının yanında olmaqdan çox çevrilişə cəhd edənlərin vəziyyətilə maraqlanması və İncirlik bazasının çevriliş cəhdindəki açar rolu əslində iki ölkə arasında bir dönüş nöqtəsini təşkil etməkdədir. FETÖ terror təşkilatının quldurbaşının ABŞ-da olması Mərkəzi Kəşfiyyat İdarəsinin və digər ABŞ qurumlarının FETÖ-nü dəstəkləməsi Türkiyə ilə əlaqələri xeyli gərginləşdirmişdir. ABŞ-ın Türkiyə tərəfindən təqdim edilən onlarla dəlil xüsusiyyətindəki qovluqlara baxmayaraq, FETÖ terror təşkilatının quldurbaşını Türkiyəyə təhvil verməməsi və barəsində məhkəmə prosesinin başlanmaması ABŞ-ın 15 iyul FETÖ çevriliş cəhdindən narahat olmadığını göstərən önəmli məlumatlardan biridir.

ABŞ ilə Türkiyə arasındakı ziddiyətlərdən birini təşkil edən digər mövzu isə Misirdə çevriliş cəhdi nəticəsində devrilən Məhəmməd Mursi hökumətidir. Türkiyə Misirin ilk demokratik yolla seçilmiş prezidentini dəstəkləsə də ABŞ-ın nəzərində Türkiyə islamçı bir hökuməti dəstəkləmişdir. ABŞ Sisinin çevrilişini məmnunluqla qarşıladıqda, Türkiyənin Mursi hökumətinə dəstəyini davam etdirməsi Orta Şərq üçün ABŞ və Türkiyə arasında önəmli ziddiyət təşkil etmişdir. Türkiyə Orta Şərqdəki dövlətlərdə hökumətləri xalqın seçməsini istədikdə, ABŞ öz mənfəətləri və maraqları istiqamətində hərəkət edəcək hökumətlər istəyir. ABŞ-da yayğın olan düşüncə budur ki, Orta Şərqdə sərbəst seçkilər ilə hakimiyyətə gələcək hökumətlər ABŞ tərəfdarı deyildir. Bu hökumətlər ABŞ-ın mənfəətlərini və maraqlarını təhlükə ilə üzləşdirəcəkdir.



Әlaqәli Xәbәrlәr