Türkiyənin İqtisadi Perspektivləri-08/2018

2017-ci ilin noyabrında açıqlanan iş qüvəsi statistikaları Türkiyənin məşğulluq sahəsinin uğurlarından xəbər verdi.  Türkiyə iqtisadiyyatının 2017-ci ilin ilk üç rübündəki 7.4 faizlik inkişafı iş qüvvəsi bazarlarında da müsbət şəkildə əks olundu.

Türkiyənin İqtisadi Perspektivləri-08/2018

Türkiyənin İqtisadi Perspektivləri-08/2018

2017-ci ilin noyabrında açıqlanan iş qüvəsi statistikaları Türkiyənin məşğulluq sahəsinin uğurlarından xəbər verdi.  Türkiyə iqtisadiyyatının 2017-ci ilin ilk üç rübündəki 7.4 faizlik inkişafı iş qüvvəsi bazarlarında da müsbət şəkildə əks olundu. 

2018-ci ildə məşğulluq sahəsində hansı tətbiqlərin həyata keçiriləcəyinə və bunların hansı dəyişikliklərə səbəb olacağına nəzər salaq.

2017-ci ilin noyabr ayına dair açıqlanan işsizlik nisbətləri Türkiyədə iş qüvvəsi bazarlarında əhəmiyyətli irəliləyişlərin olduğunu göstərir. İşsizlik əvvəlki ilin eyni ayında 12,1 faiz səviyyələrində idi. Son açıqlanan göstəricilərdə  bu səviyyənin 10,3 faiz azaldığı müşahidə olunur. Azalan işsizlik rəqəmləri isə məşğulluq səviyyələrində əhəmiyyətli artımın olduğununun göstəricisidir.

Belə ki, 2017-ci ilin noyabr ayında işlə təmin edilənlərin sayı  ötən ilin eyni dövrünə görə 1 milyon 448 min nəfər artaraq, 28 milyon 515 nəfərə yüksəlib.

 Həmin dövrdə artan məşğulluq nisbətlərinin ən mühüm səbəbləri arasında:

  •   Əmək fəaliyyətinə aid islahat və yeniliklərin həyata keçirilməsi;
  • Türkiyə iqtisadiyyatında  yüksək artım meyli;
  • Məşğulluq sahəsinə aid həvəsləndirmə və dəstəklər;
  • 2017-ci ildə həyata keçirilən məşğulluq səfərbərliyi ən əhəmiyyətli gündəm başlıqlarıdır.

Bu dövrdə məşğulluq səfərbərliyi çərçivəsində həyata keçirilən əlavə məşğulluq, qadın və gənclərə aid təşviqlər məşğulluq faizlərinin yüksəlişinin ən mühüm əsaslarını formalaşdırır və Türkiyə iqtisadiyyatının 2017-ci ilin ilk üç rübündəki 7,4 faiz iqtisadi artım meyli iş qüvvəsi bazarlarına olduqca müsbət təsirlər göstərir.

Türkiyə artıq iş qüvvəsi bazarlarına istiqamət verərək, iş həyatını bacarıqlı və keyfiyyətli iş qüvvəsi ilə dəstəkləməklə böyüyür. Məşğulluq sahəsindəki bu uğurun davamlı olması və gələn il də bu sahədə 1 milyona yaxın artım hədəfinin əldə olunması üçün yeni məşğulluq təşviqləri dövrəyə girir.

Məşğulluq səviyyəsini yüksəltmək üçün tətbiq edilən səfərbərlik çağırışlarına əlavə olaraq 2018-ci ildə həyata keçirilməsi planlaşdırılan "Məşğulluq Təşviqləri" paketi daha geniş və cəlbedici iş imkanları yaratmağa çalışacaq. Qadın və gənclərin məşğulluqdakı rolunun artırılması ilə yanaşı istehsal və informasiya sahələrinin də bu təşviq paketi ilə ön plana çıxarılması məqsədi güdülür.

Yeni dövrdə peşə təlimi kursları ilə  həm təhsildə, həm də praktikada mühüm fəaliyyətlərin dövrəyə girməsi planlaşdırılır. Keyfiyyətli iş qüvvəsi tələbatının ödənilməsində olduqca əhəmiyyətli rolu olan peşə təlimi kurslarının təhsil proqramlarının dəstəklənməsi, yəni nəzəri və praktiki təhsilin bir arada tətbiq edilməsi şübhəsiz ki, iş qüvvəsi bazarlarının daha keyfiyyətli bir şəkildə formalaşmasını təmin edəcək. Bu minvalla Türkiyənin  böyümə hədəflərini əldə etməsi də mümkün olacaq.

Məşğulluq sahəsinin inkişafı üçün davamlı böyümə

Məşğulluq sahəsinin inkişafında  iqtisadi iqtisadi böyümənin və bu böyümənin davamlı olmasının  əhəmiyyət böyükdür.

Ədalət və İnkişaf Partiyasının İqtisadi İşlər İdarəsinin fevral ayı bülletenində ifadə edildiyi kimi: "Davamlı  inkişafın baş tutması üçün sənayeçilərə və kiçik sahibkarlara- KOBİ-lərə dəstəklər verilir və bu dəstəklər ölkə iqtisadiyyatının ehtiyaclarına əsaslanaraq sərmayəçilərə təqdim edilir. Davamlı inkişafa nail olmaq üçün "Gücləndirilmiş 6-ci Bölgə Təşviqləri", bazarda "super təşviqlər" kimi də tanınan "Layihə Əsaslı Təşviqlər və Məşğulluq Təşviqləri" bu baxımdan həyati əhəmiyyətə malikdir".

Digər tərəfdən enerji sektorunda son illər baş verən proseslər və xüsusilə də, 2019-ci ilin sonuna qədər yenilənə bilən enerji mənbəli elektrik istehsalı stansiyalarının ümumi gücünün 45 min megavatdan çox olması hədəfinin seçilməsi  məşğulluğun yüksəlməsi üçün əhəmiyyətlidir.

Bu səbəbdən enerji sahəsinə, xüsusilə də, yenilənə bilən enerjiyə qoyulan sərmayələrin Türkiyədə geniş məşğulluq imkanları yaradacağı aydındır.

 



Әlaqәli Xәbәrlәr