Türkiyənin terrorla mübarizəsi

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun fikirlərini təqdim edirik.(Gündəm analizi_06, 09 fevral 2018)

Türkiyənin terrorla mübarizəsi

Türkiyə 30 ildən artıq müddətdir ki, qətiyyətli şəkildə terrorla mübarizə aparır. Bu prosesdə PKK terror təşkilatının hücumları nəticəsində minlərlə insan həyatını itirdikdə, ciddi mənada fəsadları oldu. Ancaq son illərdə Türkiyənin PKK ilə davam edən mübarizəsilə yanaşı İraq və Suriyada baş verən xaosdan istifadə edərək DEAŞ-ın terror törətməsi və Türkiyədə də hücumlar həyata keçirməsi yeni bir meydan oxuma kimi ortaya çıxıb. Bu durum Türkiyənin PKK ilə birlikdə DEAŞ-a qarşı fəal şəkildə mübarizə aparmasını da vacib hala gətirdi. Türkiyənin təhlükəsizlik qüvvələri ölkə miqyasında DAEŞ və PKK-ya qarşı uğurlu əməliyyatlar həyata keçirərkən terror təhdidini ən aşağı səviyyəyə düşürməyi bacara bilmişdir. Suriyada hakimiyyətdəki mövcud avtoritet boşluğu və vətəndaş müharibəsinə görə özlərinə logistik baza və təhlükəsiz bölgə yaradan DAEŞ və PKK terror təşkilatından mənbələnən təhdidlər üçün Türkiyə sərhəddən kənarda hərbi əməliyyat keçirmək məcburiyyətində qalmışdır.  “Fərat qalxanı” hərəkatı ilə sərhəd xəttini DEAŞ terror təhdidindən təmizləyən Türkiyə “Zeytun budağı” hərəkatı ilə də PKK-nın Suriyadakı qolu olan PYG-yə qarşı önəmli addım atmışdır. 

Afrin bölgəsinə illərdir nəzarət edən terror təşkilatı YPG Türkiyənin milli təhlükəsizliyi baxımından önəmli təhdiddir. Amanos dağları üzərindən Türkiyəyə silah və terrorçuların sızma istiqaməti olan Afrin bölgəsindəki YPG ünsürləri Türkiyə üçün milli təhdid təşkil edirdi. Nəticədə Suriyadan Türkiyəyə sızdırılan müxtəlif silah sistemi terror ilə mübarizə əməliyyatlarında təhküsəsizlik qüvvələri tərəfindən ələ keçirilmişdir. YPG-nin Afrindəki mövcudluğu həmin zamanda PKK-ya quldur toplamaq üçün insan mənbəyinə çevrilib. Həmçinin Afrindəki YPG quldurları beynəlxalq təbliğat apararaq həm Türkiyə daxilində həm də ölkəndən kənarda müxtəlif dairələri Türkiyənin əleyhinə qızışdıraraq PKK terror təşkilatı üçün təbliğat dəstəyi əldə edirdi. YPG-nin xüsusilə Türkiyənin Kilis şəhəri və Reyhanlı qəsəbələrinə istiqamətli həyata keçirdiyi hücumlarda bir çox dinc vətəndaş həyatını itirdi. “Zeytun budağı” əməliyyatının uğurla başa çatması ilə Türkiyə üçün bu bölgədə sərhəd təhlükəsizliyi təmin ediləcək. Bununla yanaşı Afrindəki YPG terror təşkilatının məğlub edilməsi həmin zamanda PKK-nın Türkiyənin cənub sərhədlərində İraqdan Aralıq dənizi istiqamətində terror koridoru qurma xəyalını puça çıxaracaqdır.

PKK-nın Suriya qolu olan YPG-nin Suriyada mövcudluğunu davam etdirdiyi bölgə hakimiyyəti sadəcə Türkiyənin milli əmin-amanlığını təhlükədə qoymur. Həmin zamanda Suriyanın ərazi bütövlüyü üçün də təhlükədir. Beləliklə YPG-nin də bağlı olduğu KCK-nın dırnaqarası idarəsi Suriya, İran, İraq və Türkiyənin torpaqlarını əhatə edən “Kürdüsdan” xəyalından əl çəkməyib. Necə ki, Afrində YPG-dən ələ keçirilən bölgələrdə dırnaqarası icra başçılıqlarında və digər yerlərdə bu xəritə artıqlamasılə görünür. YPG öz hakimiyyətindəki bölgələrdə dırnaqarası Şimali Suriya federal bölgəsini elan etmiş və qondarma seçkilər keçirmişdir.

Digər tərəfdən Türkiyənin “Zeytun budağı” əməliyyatı Afrini YPG terror təşkilatından təmizləyərək Afrin bölgəsindəki yerli əhalini terrorun zülmündən xilas etməyi hədəfə alıb. Məlum olduğu kimi Afrindəki əhalinin əksəriyyəti kürdlərdən ibarətdir. Bir çox kürd YPG-nin zülmündən başını götürüb Türkiyəyə, İraq yaxud da Avropa ölkələrinə qaçıb. Sadəcə Türkiyədə YPG-dən qaçan 300 min suriyalı kürd yaşayır. Afrində yaşayan və qaçmaq istəyən suriyalı kürdlərə YPG-nin mane olduğu və onlara təzyiq etdiyi məlumdur.  Türkiyə suriyalıladan təşkil tapan Milli Ordu ilə birlikdə Afrini YPG terrorçularından təmizləyərək ordakı xalqı xilas etməyi hədəf götürüb. Türkiyənin Afrin səmalarından atdığı bildirişlərdə “Afrin afrinlilərindir” ifadəsi Türkiyənin niyyətini ortaya qoymaqdadır.

“Zeytun budağı” əməliyyatı Türkiyə cəhətdən müxtəlif səbəblərə görə başlanan hərbi əməliyyatdır. Türkiyənin bu əməliyyatı suriyalılardan təşkil tapan Milli Ordu qüvvələri ilə birlikdə Afrini YPG quldurlarından təmizləyərək həm özünün milli təhlükəsizliyinə təhdidi aradan qaldıracaq, həm də Suriyanın torpaq bütövlüyünü qoruyub suriyalı kürdləri YPG-nin zülmündən xilas edəcəkdir. DEAŞ-ın Türkiyə sərhədindən təmizlənməsindən sonra ölkədə daxilindəki DEAŞ terror hücumlarında müşahidə olunan azalma, həmin şəkildə YPG-nin Türkiyənin sərhəd məntəqəsindən təmizləndiyi təqdirdə də müşahidə olunacaqdır.

“Zeytun budağı” hərəkatı “domino effekti” göstərərək PKK/YPG-ni digər bölgələrdə də ciddi mənada zəiflədəcəkdir. Münbiç, Haseki, Rakka və Deyrizorda terror təşkilatı tərəfindən qorxudulmuş bölgə xalqı müqavimət göstərməyə başladı. Münbiçdə xalq üsyana qalxıb. Yenə terrora arxa duran ABŞ kimi ölkələr bu işin ciddi maliyyətinin olacağını və davam etdirilə bilməyəcək bir istiqamətə üz tutacağını daha çox görməyə başlayacaqlar.



Әlaqәli Xәbәrlәr