Qlobal perspektiv_6

Parçalanan kimliklər. Mövzuyla bağlı Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik.

Qlobal perspektiv_6

Qlobal perspektiv_06 (07.02.2018)

  Getdikcə parçalanan kimlik bəşəriyyəti hara aparır? Yaşadığımız əsrə, hadisələrə nəzər saldıqda bunlar bizə Birinci Dünya müharibəsi ərəfəsini xatırladır. Baş verənlərdən ibrət alınmadıqca "tarix təkrarlanır" deyirik.

  Tam bir əsr əvvəl dünya yeni kimlik atəşilə yandırıb-yaxırdı. İmperatorluqlara döyüş açılmışdı sanki. Hər coğrafiyadan yeni yaradılmış kimliklər çıxırdı ortayaı. Nəticədə, müəyyən fasilələrlə, Osmanlı, İngiltərə və Avstriya-Macarıstan da daxil olmaqla bütün imperiyalar dağıdıldı.

  Hörmətli dinləyicilər, mövzuyla bağlı Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə. (07.II.2018, Qlobal perspektiv_6)

  Dünya, təəssüf ki, Fransa inqilabının və şovinizmin bəşəriyyətin başına açdığı bəladan heç cür xilas ola bilmir. Bu xəstəlik dağla-dalğa bütün dünyanı zəhərləməyə davam edir. Sanki bir əsrdə iki dəfə olmuş dünya müharibəsi az imiş. Hələ də bu kabus bütün ölkələrin başında fırlanır.

   Ətrafımıza nəzər salaq. Birinci Dünya Müharibəsinin başlancığıcına bənzər vəziyyəti yaşayırıq. Parçalanan Balkanlar, Şərqi Avropa, Yaxın Şərq, parçalanma yolunda olan İspaniya və s.

  Parçalanan ya da parçalanma yolunda olan təkcə dövlətlər deyil, yeni yaradılan kimliklər də təhlükə altındadır, çünki atomu olan ölkələr sanki partlatmağa meydan axtarırlar.

  İmperiyalar dövrünün qurtarması ilə yaranan yeni dövlətlər və yeni kimliklər belə dünyanı sakitləşdirə bilmədi. Əksinə, parçalanmadan sonra yaranan dövlətlər daha çox qlobal imperialist güclərin təcavüzünə uğrayır, müdafiəsiz qalır.

  Çox parçalanma dünyanı hara aparır? Etnik və məzhəb bölünməsi nələrə aparır?

  Əslində bu gün gördüklərimiz bəşəriyyətin bilmədiyi bir vəziyyət deyil. Avropanın feodal dövründə feodal dövlətlərinin ərazi savaşları,  alan-satan vassallıq, kölələşdirilən bəşəriyyət. Bu, bir neçə 100 il əvvəl də var idi.

  Baxaq, Osmanlı dövlətindən əvvəl Anadolu bəyləri dövründə insanlar nə qədər və hara qədər sərbəst idi?

  Dövlətlərin, şəxsiyyətlərin, mənsubiyyətlərin daha çox parçalanması bəşəriyyətə iqtisadiyyat, ticarət, səhiyyə, təhsil, səyahət və s. üçün gündəlik həyatı daha da çətinləşdirməkdən başqa, nə qazandırdı?

  İnsanı sosiallaşdıran, böyük cəmiyyət təbəqələrinin bir parçası hiss etdirən nəhəng kimliklər parçalandığı zaman insan daha çox təkbaşına olduğunu hiss edir. Bu hal bir çox psixoloji, sosioloji, patoloji problemlərlə yanaşı, çox ciddi təhlükəsizlik problemləri də yaradır.

  Bu gün bütün dövlətlərin ən çətin təsbit edə bildiyi və ən zor baş çıxara bildiyi cinayətkar şəbəkələr, terror təşkilatları kiçik qruplardan çıxır. Atom mənsubları əlində əslində kimliksizləşərək bütün dəyərlərdən təcrid olunmuş, ya da kiçik şüşə içərisində yalnız özünə aid dəyər yaratmış insan və ya qruplardan daha təhlükəli nə ola bilər?

  Artıq bölgəmizin, insanlığın və dünyanın ödədiyi bədəl kifayət deyilmi? Məzlum millətlər və coğrafiyalar daha çox parçalanaraq etnik və məzhəb uğrunda daha nə qədər qan tökəcək? Onlar qlobal şər mərkəzlərinin "parçala, böl, hökm et" oyununa daha nə qədər gələcək? Bu quru etniklik və məzhəbçilik nə rasionalizm, nə insanlıq, nə əxlaq, nə də İslamın özüdür.

  Nəcib Fazilin söylədiyi kimi,

“Dayanın, kütlələr.

Bu yol çıxmaz küçələrə,

Qaldırsam da qollarımı

Qayçı kimi açaraq”, - nə qədər desək ki.

  Bəşəriyyət üçün parçalanmağı, ayrılmağı deyil, daha çox inteqrasiyanı təmin edəcək bir iqlim, düşüncə, perspektiv inkişaf etdirmək lazımdır. Eqoizmə yox, daha çox paylaşmaya, əxlaqa, prinsipial mövqeyə və xeyirxahlığa ehtiyacımız var. Üst-üstə düşən ümumbəşəri, insani, əxlaqi və İslami dəyərlərə, sülh və əmin-amanlıq şəraitində birlikdə yaşamağa daha çox əhəmiyyət verməliyik. Bu istiqamətdə siyasət planı qurmalıyıq. Amma necə?

  Əslində cavablar məlumdur, amma tətbiqi çətindir.

  Əvvəlcə bütün ölkələr öz içindəki fərqli etnik, ideoloji, məzhəbi, dini qruplara qarşı daha ayıq-sayıq siyasət yürütməli, yanlış məsələlərə və qınamalara məhəl qoymadan inadlı olmalıdırlar.

  Bu siyasəti izləyənlər var, amma yetərli deyil. Bu səbəbdən söyləyəcəyimiz ikinci yol bəlkə daha əhəmiyyətlidir. Bu yol insan haqqları, fundamental hüquq və azadlıqların bir xarici siyasət xəttində birləşməsindən istifadədir.

  Hər şeyə strateji vasitə kimi baxan mərkəzlər digər ölkələrdəki fərqlilikləri o ölkələrə zərər verməyin maliyyəsiz üsulu kimi görməməlidir. Bu fərqlər o ölkələrə zərbə vurmaq üçün bir alət olmamalıdır. İçərisində müxtəlif xarakterli kimlik və mədəniyyətləri birləşdirən ölkələr imperialist güclərin məqsədlərinə qarşı son dərəcə ayıq-sayıq olmalıdır. Səhv tətbiqlərlə öz vətəndaşını bu cür pis qüvvələrin qucağına itələməməlidir.

  Bu dediklərimiz insanlara müasir xarici siyasət baxımından bir arzu olaraq görünə bilər. Belə düşünənlər qlobal imperialist güclərin məqsəd və etdikləri qarşısında haqlıdır. Amma "günümüzün siyasi reallığı budur" deyə olanlarla barışa da bilmərik. Bəşəriyyəti hər kəs üçün ən yaxşıya dəvət etməliyik. Unutmaq olmaz ki, makro siyasətdə həlledici gücə malik olmasalar da, hər bir ölkədə dövlət içində və xaricində ağıllı bir təbəqə vardır. Və hər dövrdə bu təbəqə təqdir olunur.  



Әlaqәli Xәbәrlәr