• Video Qalereya

Türkiyə Pəncərəsindən Orta Şərq _06

29-30 yanvar 2018-ci il tarixində  1393 nümayəndə və 50 müşahidəçinin iştirakı ilə Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresinin yekun məqsədi Suriyada siyasi sülh prosesinin başlanılması idi.

Türkiyə Pəncərəsindən Orta Şərq  _06

Türkiyə Pəncərəsindən Orta Şərq _06

            29-30 yanvar 2018-ci il tarixində  1393 nümayəndə və 50 müşahidəçinin iştirakı ilə Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresinin yekun məqsədi Suriyada siyasi sülh prosesinin başlanılması idi. Konqresin başlanğıcında bəzi gərginliklər oldu. Türkiyədən tranzitlə Soçiyə gedən İdlib  müxalifləri Soçi Konqresinin sülh göyərçini, zeytun budağı və Əsəd rejiminin bayrağının əks olunduğu rəsmi gerbində rejim  bayrağının olmasına reaksiya göstərərək Soçi Hava Limanında bir müddət etiraz etdilər. Bayraq böhranı istədikləri şəkildə həll olunmadığında isə konqresə qatılmadan Ankaraya geri qayıtdılar. Türkiyənin bu müxalif qrupu təmsil etdiyi bildirildi. Bu heyət, eyni zamanda, Suriya Müvəqqəti Hökumətinin sabiq rəhbəri Əhməd Tomanın Rusiyanın Suriyadakı bombardmanlarını dayandırması ilə bağlı verdiyi sözləri tutmaması səbəbindən konqresdə iştirakdan imtina etmək barəsində açıqlaması ilə gündəmdə oldu. Bəzi müxaliflərin konqres zalına Suriya inqilab bayrağı ilə girməyə çalışmasının da ruslar tərəfindən qarşısı alındı. Hətta qurultayda açılış nitqi edən Rusiya Xarici İşlər naziri Sergei Lavrovun sözü "təyyarələriniz bizi bombalayır" bağırışları ilə kəsilməyə çalışıldı. Əsəd rejimi tərəfdarları isə buna: "O təyyarələr terrorçuları bombalayır. Rus təyyarələri Suriya Ordusunu dəstəkləyir" sözləri ilə reksiya verdilər.

             Bu gərginliklərə əlavə olaraq, terror təşkilatı İsgəndərun Bayrağını Azad EtməTəşkilatının lideri Mihraç Uralın (Əli Qayalı və ya Ali Keyyali kimi də tanınır) Soçiyə saxta adla gələrək konqresə qatılmaq təşəbbüsü də Rusiya ilə Türkiyə arasında problem yaratdı. Türkiyə nümayəndə heyəti Uralın terrorçular siyahısında və axtarışda olması səbəbilə şikayət etdi və konqresin açılışı uzandı. Lakin bütün bu böhranlar konqresin siyasi sülh prosesi üçün başlanğıc yaratma istiqamətində addımlar atmasına mane ola bilmədi.

             Suriya Milli Dialoq Konqresinin sonunda  bəyannamə qəbul edildi. Bəyannamədə atılacaq addımlar müəyyən edildi. Bəyannamənin ən mühüm nəticəsi Suriyanın suverenliyinə və ərazi bütövlüyünə edilən vurğu idi. Bundan başqa, bəyannamədə Konstitusiya komitəsinin yaradılması, Suriya Ordusunun yaradılması, Suriya sərhədlərinin qorunması, xarici qüvvələrlə və terrorizmlə mübarizə, dini, yaxud etnik mənsubiyyətindən asılı olmayaraq bütün suriyalıların bərabər hüquqa malik olmaları, dünyəvilik, Suriya xalqının öz gələcəyinə seçklərlə qərar verəcəyi kimi məsələlər əks olundu. Bunların arasında bəlkə də, ən əhəmiyyətlisi konstitusiya komitəsinin yaradılması barəsindəki qərardır.  Çünki bəyanatda göstərilən bütün məsələlərin reallaşması konstitusiya komitəsinin görəcəyi işlərə bağlıdır.

             Müxalifətin nümayəndə heyətinin də iştirakı ilə yaranacaq konstitusiya komitəsinin konstitusion islahatlar layihəsini hazırlamaq üçün BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı əsasında fəaliyyət göstərməsi barədə qərar qəbul edildi. Diqqət çəkən bir məqam yekun razılaşmasının BMT nəzarətindəki Cenevrə danışıqlarında həyata keçiriləcəyinin vurğulanması oldu.

           Beləliklə, 3 zəmanətçi ölkə BMT-nin Cenevrədə təşkil etdiyi rəsmi həll prosesilə birlikdə hərəkət etmə istəyini bəyan etdi. Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin də qeyd etdiyi kimi, Soçi nəticələrindən BMT-nin nəzarətindəki Cenevrə danışıqlarının canlandırılması üçün istifadə etmək istəyi açıq-aydın görünür. 3 zəmanıtçi ölkə 150 nəfərdən ibarət olan namizəd siyahısını BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturaya təqdim edəcək. De Mistura isə özünün müəyyənləşdirəcəyi nümayəndələrin də iştirakı ilə 45-50 nəfərlik bir işçi qrupu yaradacaq. Bu qrupda Rusiya,Türkiyə və İran bərabər sayda üzvlə təmsil olunacaqlar. İndiyədək Cenevrə danışıqlarının əldə etdiyi bir nailiyyəti yoxdur. Soçi Konqresi bu istiqamətdə Cenevrə danışıqlarına bir fürsət verdi. Lakin ABŞ-ın və Səudiyyə Ərəbistanının dəstək verdiyi Suriya Müzakirə Heyətinin bu konqresə qatılmadığı nəzərə alınarsa, Əsədli,və ya Əsədsiz həll israrının böhrana səbəb ola biləcəyini proqnozlaşdırmaq mümkündür. Onsuz da Rusiya, Türkiyə və İran Cenevrədə bir böhran olduğu təqdirdə Soçi-2 adı ilə fevral ayının sonunda bu konqresin ikinci mərhələsinin keçiriləcəyini  bildirdilər.

             Türkiyəni konqresdə Xarici İşlər Nazirliyi müşavirinin müavini, səfir Sədat Önalın rəhbərlik etdiyi heyət təmsil edirdi. Heyət olduqca operativ  diplomatik təşəbbüs nümayiş etdirərək, yaranan gərginliklərin qaldırılmasında  böyük rol oynadı. Türkiyə Suriyada siyasi prosesə başlamaq üçün atılan bütün addımların BMT-nin himayəsi altında qanuni və şəffaf bir şəkildə olmasını və seçkilərə hazırlanmasını xüsusilə vurğuladı.

           ABŞ-ın məsələnin Cenevrə danışıqları vasitəsiilə həll olunması istəyini və Soçidə müxaliflərin olmamasından razı qaldığını söyləmək olar. Çünki konqres başlamazdan əvvəl ABŞ, Səudiyyə Ərəbistanı, Misir və İordaniyanın alternativ həll üzərində işlədikləri barədə məlumatlar yayıldı. ABŞ-ın  yaxın perspektivdə Suriyada siyasi həll yolunu seçmədiyi  görünür. Çünki siyasi həll ilə ABŞ-ın Suriyadakı mövcudluğu mübahisəli şəkil alır.  ABŞ-ın bu mövcudluğa hüquqi don geyindirmək üçün PYD ilə əməkdaşlıq etdiyi və Suriyada federasiya yaradılması variantı üzərində israr etdiyi bəllidir. ABŞ-ın bəlkə də, Suriyada İsrailin təhlükəsizliyini təmin edən bir vəziyyəti görmədən oradan çıxmayacağı məlum bir həqiqətdir. Soçi konqresi zamanı İran dəstəkli qrupların Livanda raket istehsal etmələri ilə bağlı xəbərinin yayılması da ABŞ-ın İran vurğusunun bir təzahürüdür.

           Bu konqresin ən önəmli vurğusi isə Əsədli, və ya Əsədsiz həll yollunu dilə gətirənlərə qarşı: "Suriyanın gələcəyi barədə yenə də Suriya xalqı qərar verəcək" ibarəsidir.

            Türkiyə -Rusiya əməkdaşlığı hər iki ölkənin regiondakı mövqeyini möhkəmləndirir. Bu iki ölkə arasında hər məsələdə razılıq olmasa da, bir-birinin mənfəətlərinə diqqət göstərən bir siyasət yürütmələri ABŞ qarşısında üstünlük əldə etmələrinə səbəb olur. ABŞ  Rusiyanı cəzalandırmaq üçün sanksiyalarını artırır. Gələcək günlər Afrin əməliyyatından sonra yeni strategiya və əməkdaşlıq əlaqələrinə də imkan verə biləcək ehtimalını daşıyır.

 



Әlaqәli Xәbәrlәr