• Video Qalereya

Türkiyənin İqtisadi Perspektivləri-05/2018

Rusiyanın tәbii  qaz ehtiyatlarını Türkiyəyə və buradan da  Avropaya çatdıracaq olan ‘‘Türk axını’’  tәbii qaz boru kəmərinin inşası ilә bağlı ötən günlərdə mühüm açıqlamalar verilib.

Türkiyənin İqtisadi Perspektivləri-05/2018

İki xəttdәn ibarәt olan layihәnin Türkiyəyə çatdırılacaq boru xətlərindən birinin 530 kilometrlik hissәsinin yekunlaşması layihәdә önәmli mәsafәnin qәt edildiyinin göstәricisidir.

Rusiyanın Anapa sahilindәn başlayan birinci boru kәmәrinin Lüleburgaza çatdırılması vә buradan da beynәlxalq qaz şәbәkәsinә verilmәsi planlaşdırılır.

İkinci kәmәrin isә 224 kilometrlik  hissәsi inşa olunub. Bu boru kәmәri ilә Türkiyәdәn Avropaya tәbii qaz nәqli hәyata keçirilәcәk.

Türkiyə şərqlə qərbin arasında yerləşdiyinə görə vә bunun gətirdiyi strateji üstünlük, təmin etdiyi yüksək enerji təhlükəsizliyi ilə regionun ən ideal ölkəsidir.

Beləliklə,  Türkiyə mövcud mövqeyi ilə region ölkələrinə enerji transferi üçün ən optimal marşrutu təqdim  edir.

Bunun  fərqində olan Rusiya da Türkiyənin qaz tələbatını ödəməklə yanaşı  Avropanın enerji ehtiyacını da Türkiyə üzərindən təmin etməyi məqsədəuygun sayaraq enerji təhlükəsizliyində bu ölkənin əhəmiyyətini bir daha ön plana çıxarmış oldu.

Tәbii qaz  boru kəməri  Avropa- Türkiyə enerji əlaqələrinin mərkəzində yerləşərək Avropanın enerji təhlükəsizliyində Türkiyənin daha fəal rol almasını təmin edəcək. 

Bununla da, ‘‘Türk axını’’ layihәsinin ilk xәttinin fәaliyyәtә başlaması ilә Avropa üzәrindәn Türkiyәyә rus qazını nәql edәn qәrb xәtti lәğv olunacaq.

Avropa  ikinci xəttin fəaliyyətə başlaması ilә  tәbii  qaz tələbatının bir qismini Türkiyənin mərkəzindən paylanan tәbii  qazla ödәyәcәk.

Yəni 2019-ci ildə fəaliyyətə başlaması planlaşdırılan ‘‘Türk Axını’ layihәsi  Rusiya- Avropa- Türkiyə üçbucağında qaz ticarətinin tarazlıqlarını əhəmiyyətli dərəcədə dəyişdirəcək.

Digər tərəfdən,  Rusiyadan idxal edilən qazın bir qisminin marşrutunu dəyişdirməsi Türkiyənin enerji təhlükəsizliyini də artırmış olacaq.

Türkiyə geostrateji mövqeyi və  tәbii qaz nәqlindәki  yüksək tutumu ilə bölgәnin  aparıcı qüvvələrindən birinә çevrildi.

Bəs, regional enerji mərkəzi olmaq yolunda addım-addım irəliləyən Türkiyənin  tәbii qaz tələbatını ödəməkdə  Türk axını  layihәsinin payı nәdir?   

Bu boru kəməri  vasitəsilə Türkiyəyə illik 15,7 milyard kubmetr tәbii qazın  idxalı nəzərdə tutulur. Ləğv ediləcək  Qərb xəttindən  isә Türkiyәyә  illik təxminən 14 milyard kubmetr tәbii qaz idxal olunur.

Türkiyәdә  2017-ci ilin yanvar-noyabr ayları arasında 47 milyard kubmetr tәbii qaz istehlakı olub. 2018-ci ildә isә istehlakın 54 milyard kubmetrdәn çox olması nәzәrdә tutulur.

Bu baxımdan 2019-ci ildə fəaliyyətə başlaması planlaşdırılan ’’Türk Axını’’  layihәsi Türkiyənin ümumi tәbii qaz tələbatının təxminən  35 % -ni ödәyәcәk.

Layihәnin Türkiyənin enerji təhlükəsizliyini artırması vә  daxili tələbatının əhəmiyyətli bir qismini ödәmәsi gözlәnilir.

 



Әlaqәli Xәbәrlәr