Qlobal perspektiv_4

Suriya: bəşəriyyət üçün lakmus kağızı

Qlobal perspektiv_4

Qlobal perspektiv_04 (24.01.2018)

  Ağır bədəllər insana ağır dərslər öyrədir. Bu ağır əvəzlər olmasa, bəlkə bu dərslər də çıxmaz qarşımıza. Vəziyyət bu gün çox acı dərslər verən Suriya böhranı üçün daha keçərlidir.

  Ərəb Baharı digər qapalı dövlətlər kimi Suriyadan da keçdi. Suriya xalqı illərin qara qışından, mürtəce rejimindən başlarını qaldırmağa başlayanda, nə istədiklərini anlaya bilmədilər, diktatorluğun əsas reaksiyası olan əzmə hərəkətilə qarşılaşdılar.

  Hörmətli dinləyicilər, Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi Elmlər fakültəsinin dekanı, professor Kudret Bülbülün Suriyada baş verən hadisələr, Avropa İttifaqının münasibəti, ABŞ-ın ikili hərəkətləri və Türkiyənin Zeytun Budağı Hərəkatının səbəbləri barədə analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə. (Qlobal perspektiv_04 (24 yanvar 2018)

  Avropa dəyərlərinin sahilə vurması. Suriya hökumətinin İran əsgərlərilə birgə hərəkət etməsi, Rusiyanın rejimi dəstəkləməsi və Qərb ölkələrinin bir həll yolunu tapmaması kimi səbəblər Suriyada vətəndaş müharibəsini dərinləşdirdi. Yüz minlərlə insan öldürüldü, yaralandı, milyonlarla insan isə ölkəsini tərk etmək məcburiyyətində qaldı.

  Avropa İttifaqı ölkələri Suriya böhranı ilə qaçqınlar qapılarına dayanana qədər çox da maraqlanmadılar. Suriyalılar onlara üz tutduğu zaman isə Qərbin ilk reaksiyası insanlıq adına utancverici oldu. Bundan əvvəl plüralizm, birlikdə yaşamaq, azad fikir, insan haqları və bərabərlikdən bəhs edən və bu məsələlərdə həmişə başqalarına məsləhət verən, ya da tənqid edən Avropa İttifaqı ölkələrinin bir çoxu bu dəyərlərə dair ilk imtahanda sinifdə qaldı. Qaçqınların da bu dəyərlərə layiq insanlar olduğuna göz yumdular. Avropa İttifaqı ölkələrinin çoxu qaçqınların onlara gəlmələrinin qarşısını almağa çalışdı. Bununla da sahilə vuran Aylan kimi kimsəsiz, çarəsiz, zavallı körpələr deyil, Avropa İttifaqının dəyərləri oldu.

   Türkiyə Avropa demokratiyasına töhfə verən ölkədir. Təsəvvür edək ki, İordaniya, Livan və Türkiyə də Avropa İttifaqı ölkələri kimi siyasət yürütdü və qapılarını insanlığa – mühacirlərə bağladı. Bu zaman nə olacaqdı? Milyonlardan daha artıq qaçqın Avropa qapılarını zorla döyəcəkdi. Bu isə az sayda mühacir qəbul etmək istəyən Avropa İttifaqının, bütövlükdə nazizm və irqçilik cərəyanlarının güclənməkdə olduğu Qərbin Avropa bəşəri dəyərlərinin böhranını yaşadacaqdı.

  Təkcə Türkiyə 3 milyon yarım suriyalını öz ərazisində qəbul etdi, Suriya məsələsində açıq qapı siyasəti izlədi. Türkiyənin elə bir şəhərində - Kilisdə qaçqın nisbəti bir çox Avropa İttifaqı ölkəsinin qəbul etdiyi mühacir sayından çoxdur. İttifaqın bir ölkəsi yalnız 130 qaçqını qəbul edə biləcəyini elan etdi. Dövrün Kilis valisi çox gözəl cavab verdi: "O ölkəyə zəhmət olmasın, mən o qədərinə elə öz evimdə də baxıram".

  Avropada isə partiyaların köçkün, qaçqın, yabançı və islam əleyhinə siyasətləri bir-birinə qarışdı, səsartrıma fürsəti qazanmaq üçün yarışa başladılar. Məsələn, Avstriyada "sıfır qaçqın" vəd edən partiya seçkilərdə birinci oldu. Bir çox Avropa ölkəsində nasist partiyalar yüksəlməyə, bəziləri isə koalisiya yaratdılar. Həddindən artıq sağçılar artmasın deyə mərkəz sağ və sol partiyalar da radikalaşmağa başladı. Şübhəsiz, getdikcə artan bu hərəkətlər Avropada böhran, bəşəriyyət üçün isə ciddi risklər yaradır. Amma hələ ki hakimiyyətdə ifrata varmayan demokratik partiyalar vardır ki, bunlar qaçqınlar məsələsində Türkiyə və region ölkələrin insanlıq səylərilə razılaşmağa çalışır.

  İran və körfəz ölkələrinə isə bir nəfər belə suriyalı qaçqınının getməməsi artıq başqa mövzudur.

  Zeytun Budağı Hərəkatına qarşı qara təbliğatlar. DAEŞ məğlub edildi. Amma görünən budur ki, qlobal aktyorlar Suriya probleminin həllinə, müharibənin qurtarmasına deyil, qurtarmamasına maraqlıdır. Bu vəziyyət təəssüf ki, təkcə Suriyaya aid deyil. Əfqanıstan, İraq, Liviyada da beynəlxalq koalisiyanın müdaxilə etdiyi heç bir yerdə ölkələrə sabitlik, sülh gəlməmişdir. Əksinə, ölüm, göz yaşı, böyük köçlər bu ölkələri yaşanmaz hala gətirib. Yaranan vəziyyətin bədəlini isə daha çox region ölkələri yaşamaq məcburiyyətində qalıb və qalır. Ona görə həll üçün beynəlxalq deyil, regional koalisiyalar axtarılmalıdır.

  DAEŞ-in məğlub edilməsinə, vətəndaş müharibəsinin durulma meylinə baxmayaraq, ABŞ-ın PYD/YPG-yə minlərlə trilyonluq silah dəstəyinə davam etməsi, YPG-ni bir "sərhəd gücü"nə çevirməyə dair açıqlamaları Türkiyə və region ölkələrində haqlı olaraq kəskin narazılıqla qarşılanır.

  PKK və PYD Türkiyə və region ölkələrində on minlərlə insanı qətlə yetirən bir terror təşkilatıdır. Əl-Qaidə Amerika Birləşmiş Ştatlarının sərhədindəki bir ölkədə terrorçulardan ibarət "sərhəd qüvvəsi" yaradarsa, ABŞ bunu necə qarşılayar, görəsən? PYD-yə silah verilməsi və "sərhəd qüvvəsi” açıqlaması, Türkiyə və region ölkələrində o şəkildə görünür. Türkiyə özünü müdafiə etmək, regional sabitlik, insanları bu terror təşkilatının əsarətindən xilas etmək və ona yönələn yeni miqrasiya dalğasını əngəlləmək üçün haqlı olaraq Zeytun Budağı Hərəkatını başlayıb. Türkiyənin bu qanuni hərbi əməliyyatının məqsədi bəzi mərkəzlər tərəfindən bilərəkdən dəyişdirilir. Zeytun Budağı Hərəkatı Suriyanın ərazi bütövlüyünü qorumaq çərçivəsində həyata keçirilir. Amma ABŞ dəstəkli PYD/YPG terror təşkilatı İraqdan Aralıq dənizinə qədər olan bölgədə addım-addım yerləşir və Suriyanı bölür.

  “Türkiyənin terrora qarşı hərəkatı kürdlərə qarşı imiş” kimi təəssürat yaradılmağa çalışılır. O zaman Usame bin Ladenə qarşı keçirilən əməliyyat ərəblərə qarşı idimi? Terrorla bağlı Türkiyənin də apardığı əməliyyat kürdlərə deyil, birbaşa on illərdir terror istehsal edən bir təşkilatın ölkə sərhədlərində bir terror bölgəsi yaradılmasına qarşıdır. Türkiyə və bölgədə yaşayan kürdlər belə PKK-nın Suriya qolu PYD/YPG-nin ölümcül hücumlarını, hərəkətlərini dəstəkləmir. Bu terror təşkilatları da onlara dəstək verməyən kürd, ərəb, türkmən və qeyri-müsəlman qruplara qarşı etnik təmizləmə aparır. Bu yerlərdən başını görürüb qaçan milyonlarla insan Türkiyə və region ölkələrinə sığınır. Beləliklə, ABŞ dəstək verdiyi terror təşkilatları ilə bölgənin əsl sahiblərinin öz ölkələrini tərk etməsinə səbəb olur.

  Türkiyənin Zeytun Budağı Hərəkatı regionu terrordan təmizləyərək dinindən, milliyyətindən asılı olmayan bütün insanların öz ölkələrinə geri qayıtmasına qapı açır.

  Əlbəttə, bütün müharibələr kimi bir gün bu müharibə da sona çatacaq. Əsas odur ki, “Bu müharibələrdə nələr oldu, nələr itdi, nələr bitdi?” deyə geriyə baxarkən gələcək nəsillərin üzünə baxa biləcəyimiz üzümüz olsun, insanlıq dəyərlərini qoruduğumuzu görək.



Әlaqәli Xәbәrlәr