İhvanın səssiz reaksiyasının nəticələri nə ola bilər?

Misirdə bir həftə içərisində hərbi məhkəmələr tərəfindən barələrində edam qərarı verilən və digər məhkəmələrə müraciət yolları kəsən 19 məhkumun cəzasının icra edilməsi gözlərin Müsəlman Qardaşlar Təşkilatı - İhvan lider heyətinə yönəlməsinə səbəb oldu.

İhvanın səssiz reaksiyasının nəticələri nə ola bilər?

Türkiyə pəncərəsindən Orta Şərq_02 (9 yanvar 2018)

Türkiyə pəncərəsindən Orta Şərq_02 (9 yanvar 2018)

   Misirdə bir həftə içərisində hərbi məhkəmələr tərəfindən barələrində edam qərarı verilən və digər məhkəmələrə müraciət yolları kəsən 19 məhkumun cəzasının icra edilməsi gözlərin Müsəlman Qardaşlar Təşkilatı - İhvan lider heyətinə yönəlməsinə səbəb olub.

  Sina yarımadasında baş verən terror hücumlarıyla əlaqədar mühakimə olunan 15 nəfər 2017-ci ilin son həftəsində - 26 dekabrda, Kefr Eş-Şeyx şəhərində olan bombalı hücuma görə isə 4 məhkum 2 yanvarda edam edildi. Məhkumların DAEŞ və Beyt Makdis radikal terror təşkilatlarına mənsub olduqları bildirilib. Haqlarında verilən edam hökmlərinin icra edildiyi ilk qrupda olan 15 məhkumun içində İhvan üzvü və ya təşkilata yaxın adların olub-olmadığı ilə bağlı hər hansı bir rəsmi açıqlama verilmirdi. Amma bir həftə sonra - 2 yanvarda yenə çərşənbə axşamının səhəri və yenə İskəndəriyyə Bürc Ərəb həbsxanasında 4 məhkumun edam edilməsi vəziyyəti qismən dəyişdi. Misir xaricində çıxan İhvana yaxın media orqanları məsələni daha fərqli şəkildə izah və edam olunan məhkumların məhkəmə prosesini tənqid etməyə başladılar. Yenə rəsmi açıqlama verilmir. Qahirənin rəsmi olmayan məlumatlarına görə, edam edilənlər arasında İhvan mənsubları da var: 2 yanvarda edam edilən 4 məhkumun hamısı, bundan az əvvəl edam edilən 15 məhkumdan isə ikisi İhvan təşkilatına yaxın adamlar olub. Belə çıxır ki, 8 gün ərzində edam edilən 19 məhkumun altısı İhvan təşkilatına mənsub olanlardır.

  Bəs İhvan niyə bəyanat vermir?

  Təşkilatın məsələ ilə bağlı açıqlama verməməsinin fərqli səbəbləri var. Bunlardan birincisi müttəhimlərin terror adı altında cəzalandırılıb ölümə məhkum edilməsidir. İhvan bu üzvlərinə sahib çıxarsa, təşkilata qarşı "terror" ittihamları isbat edilmiş olar və ya ittihamların eyhamla qəbulu anlamına gələ bilər. Bu da hakimiyyətə yaxın dairələrin və medianın dəyirmanına su tökmək olar.

  Misirdə prezident seçkilərinin yaxınlaşdığı bir dövrdə başqa məhkəmələrə müraciət yolları kəsilmiş və yalnız ölkənin başçısı Əbdul Fəttah Sisinin əfhinə (amnistiya və ya təsdiqinə) qalmış məhkumlara sahib çıxmaq İhvana zərər verə bilər.

  İkinci səbəb isə yaxınlaşan seçkilər ərəfəsində ictimaiyyətin diqqətini özünə çəkmək istəməməsidir.

  Misir xalqı daha çox həyat şərtlərinin bahalılığı və öz başının çarəsilə məşğuldur. Bu vəziyyətdən hökumət məsuliyyət daşısa da, qarşı tərəfdən hər hansı şərh ən gec qarşıdakı aprel ayında keçirilməsi gözlənilən prezident seçkiləri ərəfəsində onlarla illərdir "şapalaq oğlan" halına gələn və idarələrin "müqəvva" kimi istifadə etmək istədikləri İhvan təşkilatını yenidən nişan taxtasına qoya bilər.

  Üçüncü səbəb də var: Əhməd Şəfiq məsələsi. İhvan edamlara etiraz edə və ifrat reaksiya göstərərsə, Hüsni Mübarək dövrünün Baş nazirlərindən olan Əhməd Şəfiq prezidentliyə namizəd olar və indiki hökumət onunla əməkdaşlıq edər.

  Bütün bunlardan belə çıxır ki, İhvan rəhbərliyi seçkilər ərəfəsində xalqın diqqətinin media vasitəsilə təkrar öz üzərinə çəkmək və yenidən "düşmən" elan olunmasından ehtiyat edərək susmağa üstünlük verir.

  Bəs səssiz reaksiyanın nəticələri nə ola bilər?

  Səssiz reaksiyanın mümkün ola biləcək nəticələri bunlardır. Təşkilatın susqunluğunu qoruması və ya susaraq reaksiya göstərməsini davam etdirməsi edam qərarlarının İhvanın lider heyətinə də uzanmasını sadələşdirə bilər. Çünki İhvan Rəhbərlik Şurasının sədri Məhəmməd Bədii, təşkilatın ikinci adamı Hayrat Şatır, Hürriyyət və Ədalət Partiyasının Baş katibi Məhəmməd Biltaci, həmin partiyanın sədr müavini İsam Aryan və keçmiş Məclis sədri Saad Ketatni kimi adlar barəsində edam cəzaları var. Bu müttəhimlər haqqındakı qərarlar ali məhkəmələrdə dəyişsə də, digərlərinin məhkəmə iclasları davam edir.



Әlaqәli Xәbәrlәr