Terror, dövlət və hüquq

Dövlət məfhumu Platondan bugünədək xülasə olaraq belə təsvir edilib...

Terror, dövlət və hüquq

Gündəmə dair Təhlil bölümünü tədqiqatçı-yazıçı Ərdal Şimşəkin qələmindən təqdim edirik.

Dövlət məfhumu Platondan bugünədək xülasə olaraq belə təsvir edilib: “Torpaq bütövlüyünə sadiq olaraq siyasi baxımdan təşkilatlanmış millət və millətlər topluluğunun təşkil etdiyi hüquqi varlığa dövlət deyilir.”

Siyasi cəhətdən təşkilatlanma müəyyən qaydalar və əsaslar çərçivəsində olur. Bu əsaslar zaman ərzində qanun və hüquq adı ilə yenidən formalaşdı. Qərblilər qanunların hüquqa çevrilmə miladını 1215-ci ildə imzalanan Böyük Azadlıqlar Xartiyası ilə başladır.

Müsəlman icmalar isə Medinə müqaviləsi yaxud digər yayğın istifadə şəklilə Mədinə sənədinə əsaslandırırlar. Sənəd İslam peyğəmbərinin  məkkəlilərin zülmünə dözə bilməyib ona iman edənlərlə  birlikdə Məkkədən Mədinəyə hicrətindən sonra şəxsən özü tərəfindən 623-cü ildə nizamlanmışdır.

Müqavilə Məhəmməd Peyğəmbər və müsəlmanları, yəhudiləri paqanları da əhatə edən o günədək hazırlanmış ən ətraflı insan haqları sənədidir. Ümumilikdə iki tayfa (Evs və Hazrec) arasındakı toqquşmaları sona çatdırmağı hədəf götürən əsasları əhatə etməsinə baxmayaraq, əsas fikri insanların fərdi və icma olaraq haq və azadlıqlarının zəmanət altına alınmasıdır. Ayrıca dağınıq şəkildə yaşayan ümmət (dövlət) adı altında tək bir icma kimi bir araya gəlməsini və hamısının bir-birinə qarşı ayrı-ayrılıqda məsuliyyətinin bölüşülməsi baxımından insanlıq irsinin ilk detallı “Böyük Azadlıqlar Xartiyası”dır.

Mədinə müqaviləsi ümmət (dövlət) şüurunu, ictimai həmrəylik, siyasi birlik, ortaq müdafiə və konferadasiya qurğusunu irəli sürməsi baxımından da həmçinin  dəyərli bir tarixi, siyasi və hüquqi mətndir. 

Şərq və Qərbdə insanın həyat mübarizəsi, bütün hakimiyyətlərin, diktatorların və qəddar idarələrə baxmayaraq tamamilə ədalətli, bir dünya utopiyasıdır əslində. Dövlət ərkinin inkişaf etməsi, millət şuurunun yayğınlaşması ilə yanaşı ədalət məfhumu qlobal dəyər qazanaraq “ beynəlxalq hüquq” təşkilatının yaranmasını təmin etdi. Və hər dövrdə deməli bütün dövlətlər sadiq olduqları beynəlxalq hüquq qaydalarına əməl etmə vedi vermişdilər.

Birinci və İkinci Dünya Müharibələrinin dağıntıları, insanları qlobal təşkilatlanma və yeni bir hüquq nizamnaməsi ətrafında birləşməyə vadar etdi. İnsanoğlu beynəlxalq hüquq və o hüququ qoruyacaq təşkilatın olmamasına görə iki müharibədə də on milyonlarla ölü və yüz milyondan artıq yaralı verdi. Və bu məcburiyyət 1945-ci ilin oktyabr ayının 25-də ABŞ-ın San Fransisko şəhərində Birləşmiş Millətlər Təşkilatı (BMT) adlı bir təşkilatın qurulmasına səbəb oldu. Dünya sülhünü, təhlükəsizliyini qorumaq və beynəlxalq iqtisadiyyat, ictimai və mədəniyyət sahəsində əməkdaşlıq etmək üçün qurulan bu təşkilatda iki müharibənin göstərdiyi təxribatdan asılı deməli bütün ölkələr iştirak etdilər.

BMT  xüsusilə Soyuq müharibə dövründə insanlığa ciddi mənada dayaq oldu. Təəssüf ki, 1960-ci illərdən bəridir nəyinki fərdlərin, dövlətlərin belə beynəlxalq hüquqlarını qoruma gücünü ortaya qoya bilmədi. Başda Yalta müqaviləsi və davamı olmaqla 2-ci Dünya müharibəsindən sonra quruban bütün beynəlxalq təşkilatlar hazırda insanlara nəyinki dəstək olmaq yük olur. Xüsusilə güclü dövlətlər bu təşkilatlardan güçsüz və yaxud da kiçik dövlətlərə qarşı təhdid vasitəsi kimi istifadə edirlər.

Misal üçün ABŞ İraqda nüvə silah olduğuna görə bu ölkəni işğal etdi.  Bir milyondan çox insanın həlakına, on milyondan çox insanın qaçqın vəziyyətinə düşməsinə səbəb oldu. Nəticədə isə İraqda nüvə silah olmadığını etiraf etdi. Təəssüf ki, hazırda əlaqəli heç bir beynəlxalq təşkilatının ABŞ-nı mühakimə etmək cəsarəti yoxdur.

Əsrin son rübündəki ABŞ prezidentlərinin hamısı Əfqanıstan, Fələstin, Suriya kimi ölkələrdə milyonlarla insanın həlakına gətirib çıxaran müharibələri, toqquşmaları, münaqişələri başlatdılar. Lakin heç bir ABŞ prezidenti beynəlxalq Ədalət divanında nə mühakimə edildi nə də məhkum. Həmin şəkildə İsrail dövləti də 1960-cı illərdən bəridir BMT-nin heç bir qərarına əməl etmir. Qurulduğu gündən bəridir qonşularının torpaqlarını davamlı toqquşaraq işğal edən İsrail Fələstinin də qalan son bir qarış torpağını da işğal edir. Halbuki beynəlxalq hüquqda bütün toqquşmalar ilə əlaqəli əsas məlumdur. Qanunlar dəqiqdir və beynəlxalq hüquqda bir prinsip vardır: “ Müharibə vasitəsilə torpaq alınmaz. Lakin İsrail qurulduğu gündən bəridir mühabirə yolu ilə torpaq işğal edir. Misal üçün Golan təpələrini 1967-ci ilrə silah gücü ilə işğal etdi. Beynəlxalq hüquqa əsasən bu torpaqları dərhal təhvil vərməli idi. Təəssüf ki, bir çox qərbli ölkədən aldığı qeyri-rəsmi və ABŞ-ın açıq dəstəyinə görə 50 ildir işğal etdiyi torpaqlardan çıxmır, hüquq yolu ilə çıxmağa da niyyəti yoxdur. İsrail münaqişədə olduğu və torpaqlarını işğal etdiyi Fələstin ilə də beynəlxalq hüquq qaydaları çərçivəsində masaya oturmalıdır. Halbuki İsrail masaya oturmaq əvəzinə Fələstin və Fələstin dövlətini inkar edir və bunu da BMT kürsüsündə, beynəlxalq platformada edir. Lakin İsrail Türkiyə Cümhuriyyəti dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sözü ilə “dövlət terroru”nu rəsmi siyasətə çevirməkdən əl çəkmir.

Hazırda ABŞ və güc mərkəzləri özlərinin qurduğu beynəlxalq  hüquq qaydalarını  özləri pozurlar.

Bundan daha dəhşətli olan vəziyyət isə budur ki, dünyanın xaosa sürüklənməsində daha çox mənfəəti olan güc mərkəzləri bu istiqamətdə siyasət yürütdəkləri zaman zülmü, quldur dövlət siyasətini mənimsəyən ABŞ və İsrail kimi dövlətlər də “ədalət və qlobal hüquq” deyə səsləndiklərində yəqin ki, onların səsini də eşidib addım ata biləcək təşkilatlı bir nizam qalmayacaq.



Әlaqәli Xәbәrlәr