Türk Dünyasından Xəbərlər

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xəbərlər

Qırqızıstanda oktyabrın 15-dә keçirilәn prezident seçkilәrindә qәlәbә qazanan Sosial Demokrat Partiyasının namizәdi Soronbay Ceenbekov and içәrәk vәzifәsinin icrasına başlayıb.

Andiçmә mәrasimi Prezident İqamәtgahındakı әnәnәvi Qırğız çadırı şәklindәki Ene-Say konqres mәrkәzindә keçirilib.

Xarici qonaqların iştirak etmәdiyi vә yalnız Prezident Aparatının mәtbuat xidmәtinin izlәdiyi andiçmә mәrasimi Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şaildabekova, Prezident Almazbek Atambayev və prezident seçkilərindә qәlәbә qazanan  Ceenbekovun sәhnәyә dəvət edilməsi ilə başlayıb.

Mərkəzi Seçki Komissiyasının sədri N. Şaildabekova oktyabrın 15-dә  keçirilən prezident seçkilərin ilk turunda səslərin  54,22 %-ni әldә edәn  S.Ceenbekovun  qәlәbә qazandığını bildirərək  prezidentlik mandatını ona  təqdim edib. 

Qırğız bayrağını öpən yeni prezident Almazbek Atambayevden ölkәnin bayrağını  tәhvil alıb  və sağ əlini konstitusiyaya qoyaraq and içib.

Daha sonra Prezident orkestrinin ifasında ölkənin himni sәslәnib. Mәrasimdә çıxış edәn  S.Ceenbekov seçkilәrin  ədalətli və şəffaf keçirilməsində əməyi keçən keşmiş prezident Almazbek  Atambayevin dövlətin ən yüksək mükafatı ilə təltif edilməsi ilə bağlı fərmanı imzalayacağını bildirib.

Çıxışı zamanı çoxmillətli xalqın birlik və bərabərliyinə diqqət çəkən S. Ceenbekov  ölkədə və xüsusən bürokratiyada  regional və etnik ayrı-seçkiliyə icazə verməyəcəyini vurğulayıb.

Müstəqil Qırğızıstanın demokratik yolda irəlilədiyini bütün dünyaya sübut etdiyini bildirən yeni prezident "Müstəqillik tariximizdə  ilk dəfə hakimiyyәt dinc yolla əl dəyişdirir" deyә qeyd edib.

Xalqına vә partiyasına tәşәkkür edәn  S. Ceenbekov xarici siyasətdə milli maraqların qorunması prinsipinin davam etdiriləcəyini  deyib və bildirib ki, Rusiya Federasiyası, Çinlə strateji münasibətlər  daha da gücləndiriləcək və Orta Asiyadakı qonşu ölkələrlə tarixi bağlılıq daha da inkişaf etdiriləcək. Ceenbekov  Avropa İttifaqına  üzv ölkələrlə yaxın əlaqə qurmağa davam edәcәklәrini, Türkiyə və ABŞ -la әmәkdaşlığı inkişaf etdiriləcəklәrini dә sözlәrinә әlavә edib.

Prezident S. Ceenbekov  xalqın rifahına, ölkənin inkişafına xidmət edəcəyini ifadə edərkən: "Allah müqəddəs və müstəqil Qırğızıstanı qorusun" deyib.

Növbәti xәbәrimiz Qazaxıstanla bağlıdır.

Qazaxıstanda ‘‘Yeni Qlobal Gәnclikdә Qazaxıstanın Modernlәşmә Modeli’’ mövzusunda konfrans keçirilib.

Konfransda 16 ölkәnin parlament nümayәndәlәri iştirak edib.

Qazaxıstan parlamenti və ölkənin Xarici İşlәr Nazirliyinin tәşkilatçılığı ilә keçirilәn konfransda açılış nitqini Qazaxıstan xarici işlәr naziri Kayrat Abdrahmanov sәslәndirib.

K. Abdrahmanov çıxışı zamanı  Orta Asiya  liderlәrinin  Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rəhbərliyi altında  Novruz bayramında qeyri -rəsmi görüşünün keçirilmәsini tәklif edib.

Kayrat Abdrahmanov  bölgə ölkələrinin ortaq bayramı olan Novruzda keçirilәcәk  zirvə görüşünün ölkələr arasındakı münasibətləri inkişaf etdirmək və problemlərin həllində asanlıq təmin edəcəyinə inamını vurğulayıb.

Son xәbәrimiz Türkmәnistanla bağlıdır.

Türkmәnistanda  2018-ci ildә Beynәlxalq İpәk Yolu Rallisi keçirilәcәk.

Mәlumata görә,  ‘‘Beynәlxalq İpәk Yolu Rallisi’’ Amuderya çayı sahillәrindәn başlayıb Xәzәr dәnizindә sona çatacaq.

2018-ci ildə keçiriləcək rallinin Türkmənistanın təqdimatına verәcәyi  töhfə ilә yanaşı maraqlı görüntülərə də səhnə olacağı gözlənilir.

Türkmənistan prezidenti Qurbanquli Berdimәhәmmәdov  həftə ərzində paytaxt Aşqabaddakı Avtomobil İdman növlәri  mərkəzinә baxış keçirib.

Türkmən lider Türkmənistanda 2018-ci  ilin şüarının "Böyük İpək Yolunun Ürәyi Türkmənistan" olduğuna diqqәt çәkib.  Q. Berdimәhәmmәdov  2018-ci il ərzində "Beynəlxalq İpək Yolu Ralli"nin  keçirilməsi tapşırığını verib.

Qeyd edәk ki, yarışlar  ölkənin  şərqindən başlayıb  Xəzər dənizinə qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr