Qırğızıstanda keçirilən prezident seçkiləri

Qırğızıstanda oktyabrın 15-də keçirilən prezident seçkisində qələbə qazanan Sosial Demokrat Partiyasının (SDP) namizədi Sooranbay Ceenbekov qısa müddət əvvəl and içərək vəzifəsinin icrasına başladı.

863389
Qırğızıstanda keçirilən prezident seçkiləri

Türkiyə və Avrasiya Gündəmi mətnini Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpəkin qələmindən təqdim edirik.

Qırğızıstanda oktyabrın 15-də keçirilən prezident seçkisində qələbə qazanan Sosial Demokrat Partiyasının (SDP) namizədi Sooranbay Ceenbekov qısa müddət əvvəl and içərək vəzifəsinin icrasına başladı.

Ölkədə keçirilən prezident seçkilərində iki namizəd arasında ciddi rəqabət mühiti yarandı. Sabiq baş nazir Ömürbək Babanov və Sooronbay Ceenbekov arasındakı mübarizə Ceenbekovun qələbəsi ilə nəticələndi. İki tərəfin də seçki əsaslarına zidd hərəkətlərin olduğu, ittihamlar, saxlanılmalar, mediada edilən təzyiq iddiaları və kampaniya zamanı olan digər bir sıra pozuntulara dair iddialara baxmayaraq, Qırğızıstandakı son seçkinin ciddi siyasi mübarizə çərçivəsində keçirildiyini deyə bilərik.

Qırğızıstanda keçirilən secki nəticələrinə görə seçki zamanı vəzifədə olan prezident Almazbek Atambayevin dəstəklədiyi Sooronbay Ceenbekov  54.28 faiz (919.654 səs) səs ilə qələbə qazanarkən Ömürbek Babanov 33.41 faiz (566.188) səs toplayaraq ikinci yerdə oldu. Seçkidə iştirak edən seçicilərin nisbəti isə 55.93 faizdir. 2375 qutuda cəmi 3.025.770 seçicidən 1.692.423 seçici səs verdi. Qırğızıstanda 2011-ci ildə əhali sayı 5.5 milyon idi, 2017-ci ildə əhali sayı 6.1 milyona çıxmasına baxmayaraq qeydiyyatda olan səçici nisbətinin 2011-ci ildə keçirilən prezident seçkilərilə müqayisədə daha aşağı olduğunu görürük. Bunun səbəbi isə 2014-cü ildə təsdiqlənən “biometrik təsdiqləmə texnologiyası”ndan istifadə edilməsi ola bilər. Çünki Qırğızıstandakı seçki qanunlarına görə əhali qeydiyyat sisteminə biometrik olaraq daxil olmayan vətəndaşlar seçki siyahısına salınmadılar.

Qırğızıstanda prezident seçilən Sosiol Demokrat Partiyasının namizədi Ceenbekov noyabr ayının son həftəsində and içərək vəzifəsinin icrasına başladı.

Ceenbekovun andiçmə mərasimi Prezident Aparatındakı Qırğızıstanın ənənəvi çadırı tərzindəki Ene-Say Konqres salonunda keçirildi. Ceenbekov xalqın birlik və bərabərliyini vurğulayaraq, ölkədə və xüsusilə bürokratiyada regional və etniki ayrı-seçkiliyə icazə verməyəcəyini ifadə etdi. Müstəqil Qırğızıstanın demokratik yolda irəlilədiyini bütün dünyaya sübut etdiyini bildirən Ceenbekov “Müstəqillimiyiz tarixində ilk dəfə sülh yolu ilə hakimiyyət başqasının əlinə keçdi.” dedi. Xalqına, partiyalılarına təşəkkür edən Ceenbekov xarici siyasətdə milli mənfəətlərin qorunmasına davam ediləcəyini vurğulayaraq bildirdi ki, Rusiya Federasiyası ilə strateji əlaqələr gücləndirəcək. Qonşu Çin ilə əlaqələrin əhatə dairəsi genişləndiriləcək. Avropa İttifaqına üzv ölkələr ilə yaxın əməkdaşlıq davam edəcək. Türkiyə və ABŞ ilə əmakdaşlıq da eləcə.

Avrasiya İqtisadi Birliyinə üzvlüyü ilə yanaşı əhəmiyyətli dərəcədə Rusiyanın siyasi və iqtisadi dairəsində  olan Qırğızıstanın qarşıdakı prosesdə geosiyasi istiqamətini dəyişmə niyyətində olmadığını söyləyə bilirik. Əsasən konstitusiyada aparılan son dəyişikliklərlə yanaşı ölkənin xarici siyasətini təyin etmə və ticarət-müdafiə sahələrində üstünlükləri önə çıxarma barədə prezidentin icra səlahiyyətləri parlament tərəfindən məhdud edilir. Bu vəziyyət Ceenbekovun Atambayevin altı illik vəzifəsi dövründə formalaşan xarici siyasəti radikal tərzdə dəyişməsini çətinləşdirir.

Digər tərəfdən Türkiyə ilə Qırğızıstan arasındakı əlaqələr isə strateji tərəfdaşlıq səviyyəsində qarşılıqlı güclü idarə ilə hər sahədə müsbət istiqamətdə inkişaf edir. Türkiyə Cümhuriyyəti bütün dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə Qırğızıstanın təşkilatlanmasına dəstək olur. İki ölkə arasında başda siyasi, iqtisadi/ticarət, hərbi, mədəniyyət/təhsil, səhiyyə, nəqliyyat sahələrində olmaqla çox şaxəli əlaqələr, 220-dən artıq saziş və protokoldan ibarət geniş hüquq zəmini çərçivəsində davam etdirilir. İki ölkənin dövlət başçılarının 1997-ci ildə imzaladığı “Əbədi Dostluq və Əməkdaşlıq sazişi” 1999-cü ildə yayılan “Türkiyə və Qırğızıstan: Birlikdə 21-ci əsrə” bildirişi və 2011-ci ildə imzalanan Yüksək Strateji Əməkdaşlıq Şurası qurulmasına dair birgə bəyanat bugünkü strateji tərəfdaşlığın əsas sənədləridir.

Çoxtərəfli planda Qırğız hakimiyyəti başda Türk Şurası olmaqla Türk dünyası içindəki təşkilatlanmalarda yer tutur və yardım edir. Bu çərçivədə Qırğızıstanın Türk Şurasının V zirvə yığıncağı zamanı qurulması qərara alınan Türk Dünyası İdman və Köçəri Mədəniyyət Mərkəzinə ev sahibliyi etməsi önəmli prosesdir. Türkiyə Cümhuriyyəti Orta Asiya coğrafiyasında demokratik dəyişməsini həyata keçirməkdə davam edən Qırğızıstanın sabitliyini və inkişafını davam etdirməsinə ciddi mənada əhəmiyyət verir. Türkiyə bu nöqtədə siyasi və quruluşlarının təşkilatlanması sahəsindəki dəyişmə prosesində başından bəridir Qırğızıstana hər sahədə dəstək göstərir. Həmin çərçivədə Qırğızıstanda cari ilin oktbayr ayının 15-də keçirilən prezident seçkilərinin sülh və dinc şəraitdə keçirilməsi Türkiyə Cümhuriyyəti nəzdində məmnuniyyətlə qarşılandı.



Әlaqәli Xәbәrlәr