Yeni Dövrdə Enerji Sərmayələri

Ötən günlərdə Enerji və Təbii Ehtiyatlar Naziri Berat Albayraq Milli Məclisin Plan və Büdcə Komissiyasında  “Yeni Dövrdə Enerji Sərmayələri" mövzusunda məruzə ilə çıxış etdi.

Yeni Dövrdə Enerji Sərmayələri

Ötən günlərdə Enerji və Təbii Ehtiyatlar Naziri Berat Albayraq Milli Məclisin Plan və Büdcə Komissiyasında  “Yeni Dövrdə Enerji Sərmayələri" mövzusunda məruzə ilə çıxış etdi. Albayraq məruzəsində enerji mərkəzi olma yolunda əmin addımlarla irəliləyən Türkiyənin gələcək onillikdə sərmayə tələbatının 110 milyard dollardan çox olacağı ilə əlaqədar proqnozlara toxundu, bu müddət ərzindəki ən mühüm hədəflərdən birinin Türkiyənin enerji sərmayəsi bazasına çevrilməsi olduğunu qeyd etdi.

Neft kəşfiyyatı və hasilatı quyularında ilin sonuna qədər nəzərdə tutulan artım məruzənin gündəm madələrindən birini təşkil etdi. 2016-ci ilin göstəricilərinə görə, neft istehsalı gündəlik orta hesabla 51 min barrel olan Türkiyədə bu rəqəmin neft istehlakının ancaq 7 faizini ödəməsi yeni neft quyularının kəşfinə ehtiyac olduğunu göstərir. Hazırda Türkiyədə fəaliyyətdə olan neft quyusunun sayı 4700-dən çoxdur. Türkiyənin dörd bir tərəfində neft kəşfiyyatı fəaliyyətlərinin sürətlənməsi nəticəsində bu ilin sonunda əlavə 65 neft quyusu açılacaq  və neft hasilatında əhəmiyyətli artımlar olacaq.

 Məruzədə yer alan digər bir məsələ TANAP  layihəsi idi.  Xəzərdən Avropaya birbaşa enerji xəttini yaradacaq Cənub Qaz Dəhlizinin ən mühüm halqası olan TANAP layihəsində işlərin 94 faizinin görülməsi həm Türkiyə, həm də Avropa üçün olduqca əhəmiyyətli bir xəbərdir.

Türkiyə bu layihə sayəsində 2018-ci ildə daxili istehlakdakı təchizat təhlükəsizliyini təmin edəcək.

 Avropanın enerji təhlükəsizliyinin təmin olunması və Türkiyənin enerji bazası olması yolunda strateji əhəmiyyət daşıyan TANAP-ın Avropaya qaz nəqli üçün verdiyi tarix isə 2020-ci ildir. Bu tarixdən sonra şərq- qərb yönlü qaz axınına ev sahibliyi edəcək olan Türkiyə bölgənin qaz ticarətinə istiqamət verən ölkələrindən biri mövqeyini qazanacaq.

 Digər tərəfdən, Rusiya ilə imzalanan "Türk Axını" qaz boru kəməri layihəsi Rusiyanın qaz ixracı məsələsində Türkiyəni mərkəzə çəkdiyini göstərir. Beləliklə, Türkiyə həm şərqdən qərbə, həm də şimaldan qərbə uzanan qaz nəqli marşrutunun mərkəzi ölkəsi olacaq. Bu isə  Türkiyənin Avropanın enerji təhlükəsizliyindəki strateji əhəmiyyətini daha da gücləndirəcək.

Təbii qaz məsələsi ilə bağlə digər bir irəliləyiş Hatay Dördyol və Saros Körfəzində 2 ədəd  üzən mayeləşdirilmiş qaz terminalının və Yenidən Gazlaştırma Modulunun (FSRU) dövrəyə girməsidir. Ümumi qaz idxalının 15 faizini mayeləşdirilmiş qaz ilə ödəyən Türkiyənin saxlama tutumu təxminən 2,7 faiz həcmindədir. Bu vəziyyət təcili olaraq tutumun böyüdülməsi istiqamətində tədbirlərin görülməsini tələb edir. İki ədəd mayeləşdirilmiş qaz anbarının və Yenidən Gazlaştırma Modulunun fəaliyyətə başlaması ilə tutumun 10 milyard kubmetrə qədər  artırılması və  illik istehlakın  20 faizi səviyyəsinə yüksəldilməsi nəzərdə tutulur. Bununla da qaz məsələsində hər hansı bir problemin baş verməsi halında mayeləşdirilmiş qaz terminallarında toplanan qaz sayəsində uzun müddətli qaz ehtiyatı təmin ediləcək.

Eyni zamanda,  üzən mayeləşdirilimiş terminallar bir ölkədən asılılığı aradan qaldıracaq, təbii qaz idxalında ölkə müxtəlifliyini təmin edəcəklər.

Nazir Berat Albayraq məruzəsində Akkuyu və Sinopda inşa olunacaq atom elektrik stansiyalarına da toxundu və bu stansiyaların enerji təhlükəsizliyi məsələsinin bir qolunu təşkil etdiyini bildirdi. Günün 24 saatı işləyə bilən, iqlim və meteoroloji şərtlərdən təsirlənməyən atom elektrik satansiyaları bir ölkənin fasiləsiz güc mənbəyinin ən mühüm amillərindən biridir. Bu baxımdan, həm Akkuyu və Sinop, həm də yerinin müəyyən edilməsi mərhələsində olan üçüncü atom elektrik stansiyasının inşası  nə qədər sürətlə həyata keçərsə, Türkiyə fasiləsiz enerji  mənbələrini o qədər sürətlə əldə edər və enerji bazası olma hədəflərinə də bir o qədər tez yaxınlaşar.



Әlaqәli Xәbәrlәr