Əmanətlər nə üçün əhəmiyyətlidir?

İqtisadi böyümənin sürətlənməsində öncül rol oynayan sərmayələrin maliyyə mənbəyi əmanətlərdir.

Əmanətlər nə üçün əhəmiyyətlidir?

İqtisadi böyümənin sürətlənməsində öncül rol oynayan sərmayələrin maliyyə mənbəyi əmanətlərdir. Hər ölkənin böyümə hədəfləri istiqamətində sərmayələr qədər əmanətlərə də ehtiyacı vardır.

Sərmayələrin əmanətlərdən yüksək olduğu iqtisadiyyatlarda əmanətlərdə kəsir ortaya çıxır. Bu kəsiri aradan qaldıracaq kapital girişi olmadığı təqdirdə isə sərmayələrin azalması səbəbindən iqtisadi inkişaf ləngiyir. İnkişaf etməkdə olan ölkələrin ən mühüm hədəflərindən biri sabit və davamlı böyümə rəqəmlərinə nail olmaq olduğundan bu riski gözə almırlar və kəsiri xarici borc, və ya xarici kapital cəlb etmək yolu ilə aradan qaldırmağa çalışırlar.

Məsələn, 2016-ci ildə Türkiyədə Ümumi Daxili Məhsulun 28,7 faizinin sərmayələrə ayrılması eyni nisbətdə əmanət ehtiyacını ortaya çıxarmışdır. Lakin 2016-ci ildə əmanətlərin nisbətinin Ümumi Daxili Məhsula görə  nisbəti  24,9 faiz ətrafında olmuşdur. Bütün sərmayələrin ölkə daxilindəki əmanətlər vasitəsilə ödənə bilinmədiyi bu kimi hallarda dövrəyə  xarici əmanətlər, xarici borclar, və ya birbaşa sərmayələr girir.

 Xarici əmanətlərin birbaşa sərmayələr vasitəsilə ödənilməsi xarici borc ilə ödənilməsinə görə hər zaman daha məqbul variantdır. Çünki xarici borcla ödənən sərmayələr iqtisadiyyatı kənardan asılı vəziyyətə salır.

Beləliklə, ölkə iqtisadiyyatı qlobal iqtisadiyyatdakı hər dalğalanmadan  asanlıqla təsirlənir və kövrək bir quruluşa çevrilir. Bu baxımdan, Türkiyənin keçmişdə yüksək miqdarda borcları səbəbindən ciddi problemlərlə üzləşdiyini unutmamaq lazımdır.

Türkiyə iqtisadiyyatı son 15 ildə əmanətlərlə əlaqədar ciddi addımlar ataraq, daxili əmanətlərdə irəliləyişlər əldə edib. Dövlət əmanətlərinin Ümumi Daxili Məhsula olan nisbəti 2002-ci ildə  -4,7 faiz səviyyəsində idi, 2016-ci ildə bu nisbət  2,7 faizə qalxdı.

 Artan daxili əmanətlər yerli istehsalı artıraraq və idxaldan asılılığı azaldaraq cari kəsir rəqəmlərinin kiçilməsinə birbaşa təsir edir. Beləliklə, cari kəsir məsələsinin tamamilə həll edilməsinin yolu daxili əmanətlərin artırılmasından keçir.

 ƏMANƏTLƏR NECƏ ARTAR?

 Fərdlərin və təşkilatların əmanətlərini maliyyə sisteminə yerləşdirilmələri nəticəsində ortaya çıxan əmanət artımı həm vətəndaşlara, həm də ölkə iqtisadiyyatına töhfə verir. Son illərdəki fərdi pensiya sistemi tətbiqini də bu kontekstdə dəyərləndirmək lazımdır. İnsanların rifah səviyyəsini artıran Fərdi Pensiya Sistemi, eyni zamanda, kapital bazarlarını genişləndirərək investisiya artımına səbəb olur.

 Əmanətlərin ən doğru şəkildə dəyərləndirilməsi üçün ilk növbədə, əhalinin  maliyyə sahəsindəki savad səviyyəsi yüksəldilməlidir. Ən əsası isə, vətəndaşlar "yastıqaltı" təcrübədən  imtina etməlidirlər.

 



Әlaqәli Xәbәrlәr