Müasir İpək Yolu

Çindən başlayaraq Anadolu və Aralıq Dənizi üzərindən Avropaya uzanan ticarət yolunu təmsil edən İpək Yolu əsrlər boyu Şərqlə Qərb arasında ticarət mallarının daşınmasını təmin edıb

Müasir İpək Yolu

Çindən başlayaraq Anadolu və Aralıq Dənizi üzərindən Avropaya uzanan ticarət yolunu təmsil edən İpək Yolu əsrlər boyu Şərqlə Qərb arasında ticarət mallarının daşınmasını təmin edıb. Bu gün Çin bu tarixi yolu yenidən canlandıracaq bir təşəbbüslə dünyanın ən böyük nəqliyyat layihəsi olan "Bir Nəsil, Bır Yol", yəni Müasir İpək Yolu (The New Silk Road) layihəsini həyata keçirmək ıstıqamətində mühüm işlərə imza atır.

 Aralarında Türkiyənin də olduğu 65 ölkənın iştirak etdiyi bu layihə dünya əhalisinin 60 faizə yaxınını, yəni təxminən 4,4 milyard insanı əhatə edir. 40-a yaxın güclü iqtisadiyyatı olan ölkənin daxil olduğu bu layihənin ixrac sahəsində yeni bazarlar ortaya çıxararaq və məhsul müxtəlifliyi yaradaraq qlobal ticarəti yenidən formalaşdıracağı nəzərdə tutulur.

 Layihənin ən mühüm məqsədlərindən biri dəmir və quru yolları, dəniz və hava limanları, qaz kəmərləri və digər infrastruktur layihələri həyata keçirərək qitələrarası inteqrasiyanı təmin etməkdir. Qlobal ticarət yollarını şaxələndirəcək bu layihə bir tərəfdən yola sərf olunan zamanı qısaldacaq, digər tərəfdən də yol xərclərini azaldacaq.

Asiya və Avropa arasında körpü funksiyasını daşıyan və Orta Şərqin qonşuluğunda yerləşən  Türkiyə strateji mövqeyi ilə şərq-qərb istiqamətli bu ticarət şəbəkəsinin ən mühüm komponentlərindən birini təşkil edir.

Bu baxımdan layihənin quru və dəmir yollarını özündə birləşdirən İpək Yolu İqtisadi Kəmər xəttinin  Avropa ilə əlaqəsi Türkiyə üzərindən təmin olunacaq.

 Müasir İpək Yolunun orta dəhliz layihəsi çərçivəsində bu ana qədər Türkiyədə Mərmərə və Yavuz Sultan Səlim Körpüsü layihələri həyata keçirilib. Bu günlərdə orta dəhliz layihəsinin ən əhəmiyyətli qolu - Bakı- Tiflis-Qars dəmir yolu işə düşdü. 1 milyon sərnişin və 6,5 ton yük daşıyacaq  Bakı-Tiflis-Qars dəmir yolunun sərnişin tutumunun 3 milyona, yük tutumunun isə 17 milyon tona yüksələcəyi proqnozlaşdırılır.

 Layihə çərçivəsindəki bütün sürətli qatar xətlərinin dövrəyə girməsindən sonra Çindən gələn yükün Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Avropa ölkələrinə çatma müddəti 12-15 günə düşəcək. Bu günə qədər Çindən Avropaya gedən dəmiryolları Rusiya üzərindən keçirdi. Bakı-Tiflis-Qars dəmir yolunun dövrəyə girməsi ilə məsafə təxminən 7 min kilometr qısalacaq.

Müasir İpək Yolu Türkiyənin regiondakı strateji əhəmiyyətini artıracaq gələcək iqtisadi hədəflərinə çatması baxımından da əhəmiyyətli fürsətlər bəxş edən bir layihədir. Türkiyənin şərq-qərb istiqamətli ticarət şəbəkəsinin Asiya və Avropa arasındakı bağlantı nöqtəsində yerləşməsi zəngin Asiya kapitalını cəlb etmək üçün olduqca əhəmiyyətli bir imkana malik olduğunu göstərir. Bu imkanı üstünlüyə çevirmək isə yenə Türkiyənin sözügedən ticarət tərəfdaşları ilə həyata keçirəcəyi və inkişaf etdirəcəyi münasibətlərdən asılı olacaq.

Türkiyə üçün bu layihədə ön plana çıxan  digər bir məsələ isə enerjidir. Türkiyə mövcud neft və qaz boru kəmərləri ilə yanaşı inşası davam edən layihələri ilə də enerji ticarətində mərkəz olma yolunda əmin addımlarla irəliləyən bir ölkə kimi Müasir İpək Yolu Layihəsində iştirak edir. Enerji resursları baxımından zəngin olan Orta Şərq və Orta Asiya ölkələri layihə çərçivəsində enerji infrastrukturunu inkişaf etdirəcək addımlar ata bilərsə, bu ehtiyatları ixrac etmək üçün ən böyük enerji  bazarlarından biri olan Türkiyə və Avropaya üz tutacaqlar. Bu enerji nəqli marşrutunda ən əlverişli yer tutan  Türkiyə isə mövcud energetika infrastrukturu ilə bir tərəfdən öz ehtiyacını qarşılayacaq, digər tərəfdən də bu ölkələrin Avropaya çıxış qapısı olacaq. Asiya ilə Avropa arasında  enerji əlaqələrinin mərkəzində olan Türkiyə bu məqamda ən mühüm hədəflərindən biri olan Enerji Birjasını inkişaf etdirdiyi təqdirdə həm regional, həm də qlobal aktyorları ölkə bazarına cəlb etmə istiqamətində əhəmiyyətli bir addım atacaq.

 Beləliklə, Türkiyə Müasir İpək Yolunun şərq-qərb istiqamətli  tranzit ticarət yolunun üzərində olma fürsətindən istifadə edərək bir tərəfdən ixrac bazarlarını genişləndirərək qlobal ticarət şəbəkəsinin bir hissəsi olacaq, digər tərəfdən  enerji ticarətində mərkəz ölkə olma istiqamətində addımlarını möhkəmləndirəcək.



Әlaqәli Xәbәrlәr