Türk Dünyasından Xәbәrlәr
“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Hörmətli oxuçularımızTürk Dünyasından Xәbәrlәr proqramımızın ilk xәbәri Azәrbaycan prezidenti İlham Әliyevin İstanbula səfəri ilə bağlıdır.
Oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.
İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının - D-8-in baş katibi Seyid Ali-Mohammad Musəvi Zirvə görüşünü əhəmiyyətindən danışıb.
D-8 təşkilatının hazırkı sədri, Pakistanın Baş naziri Şahid Xaqan Abbasi qurumun müasir dövrdə fəaliyyətinin daha da genişləndirilməsində üzv ölkələrin səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Təşkilatın yeni sədri, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında üç qitədə yerləşən ölkələri əhatə edən D-8-in son 20 ildə fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq, dünyada baş verən gərginliklər fonunda Zirvə görüşünün keçirilməsinin önəmini qeyd edib. Son illər müsəlmanların yaşadıqları bölgələrdə baş verən münaqişələrin, terrorizmin, təbii fəlakətlərin ciddi fəsadlarla nəticələndiyini deyən Türkiyə Prezidenti təəssüflə bildirib ki, qlobal ədalətsizlik azalmaq əvəzinə daha da artır.
Zirvә görüşündә çıxış edәn Azәrbaycan Respublikasının prezidenti İlham Әliyev ölkəsinin İslam həmrəyliyinə xüsusi əhəmiyyət göstərdiyini, bu işə öz töhfəsini verdiyini bildirib və 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasını diqqətə çatdırıb.
Prezident İlham Əliyev həmçinin bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarının bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparmaq istiqamətində atılan addım kimi qiymətləndirib.
Xatırladaq ki, D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir.
Hörmətli oxuçularımız növbәti xәbәrimiz Türkmәnistanla bağlıdır.
Türkmәnistan bir neçə gün öncə müstәqilliyinin 26-cı ildönümünü tәntәnәli mәrasimlә qeyd edib.
1991-ci ilin 27 oktyabr tarixindә müstәqilliyini elan edәn Türkmәnistan ötәn 26 il әrzindә çox әhәmiyyәtli nailiyyәtlәr әldә edib.
Türkmәnistana 1995-ci il dekabrın 25-dә BMT tәrәfindәn neytral ölkә statusu verilib. Bu statusu әldә etmiş ilk dövlәt olaraq Türkmәnistan regional sülhün tәsisi üçün әhәmiyyәtli işlәr görüb.
BMT ilә әmәkdaşlıq edәn Türkmәnistan xüsusilә Әfqanıstanla bağlı layihәlәrә böyük diqqət yetirir.
Türkmәnistan Әfqanıstana etdiyi humanitar yardımlarla yanaşı, tәbii qaz vә elektrik kimi mәsәlәlәrdә dә yardım göstәrib.
Əfqanıstanda yaşayan türkmәnlәrin təhsili üçün vacib olan kitab, dəftər və digər məktəb materiallarının təmini məsələsində də Türkmənistan əlindən gələn dəstəyi əsirgəmir.
Türkmənistan neytral ölkə kimi regional sülhün təmini ilә birlikdə iqtisadi rifah səviyyəsinin yüksəldilməsi vә enerji təhlükəsizliyi məsələlərində dә әhәmiyyәtli işlәr görür.
Qonşu ölkələrlə əməkdaşlığa əsaslanan əlaqələri olan Türkmənistan başda BMT olmaqla bir çox beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir.
Hörmətli oxuçularımız proqramımızın sonuncu xәbәri Özbәkistanla bağlıdır.
Özbәkistan prezidenti Şövkәt Mirziyoyevin şəffaf әmәkdaşlığa әsaslanan qonşuluq münasibәtlәrinә verdiyi әhәmiyyәt diqqәt çәkir.
Şövkәt Mirziyoyev Özbәkistan prezidenti seçildikdәn sonra apardığı islahatlar vә xarici siyasәti ilә ölkәsi üçün yeni dövrün başlamasına sәbәb olub.
Özbəkistanı 27 il idarə edən İslam Kərimovdan sonra prezident seçilən Ş.Mirziyoyev vəzifəyə başladıqdan sonra 2017-2021-ci illəri əhatə edən dövlət idarəetmə və məhkəmə sisteminin modernləşməsi, iqtisadiyyatın liberallaşdırılması, xarici siyasət və sosial sahədəki islahatları ehtiva edən beş əsas prinsipdən ibarət olan inkişaf strategiyasını açıqlayıb.
Prezident xarici siyasətdəki hədəfinin fәal diplomatiya olduğunu göstәrib.
Şövkәt Mirziyoyevin vәzifәyә başladıqdan 10 ay әrzindә xarici ölkәlәrә 13 sәfәri baş tutub. Bu səfərlərin əksəriyyəti qonşu ölkәlәrә reallaşdırıb.
Türkmənistan, Qazaxıstan, Rusiya, Çin, Qırğızıstan kimi yaxın ölkələrlə münasibәtlәri gücləndirən dövlət başçısı İslam ölkələri sammiti üçün Səudiyyə Ərəbistanı və BMT Baş Assambleyası üçün də ABŞ-a sәfәr edib. Ş.Mirziyoyevin bu dövrdə Qazaxıstana dörd, Türkmənistana üç, Rusiya isә iki dəfə səfər etməsi diqqət çəkib.
Tacikistan istisna olmaqla bütün Orta Asiya ölkələrinə səfər edәn prezident bu ölkələrlə münasibətlərin inkişaf etdirilməsinə yönəlik mühüm ikitərəfli müqavilələr imzalayıb.
Ötən həftə Türkiyəyə rəsmi səfər edәn Özbəkistan prezidenti mühüm müqavilələrə imza atıb.
Qeyd edәk ki, bu, 20 ildən sonra Özbəkistan prezidenti səviyyəsində ilk səfər olub.
Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan daha əvvəl Çində və Qazaxıstanda keçirilən beynəlxalq toplantılar çərçivəsində Özbəkistan prezidenti Şövkәt Mirziyoyevlә ikitərəfli görüşlər keçirmişdi.