Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xәbәrlәr

"Türk dünyasından xәbәrlәr" proqramının ilk xәbәri Türkiyә ilә bağlıdır.

Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin sәdri Sәrdar Çam ‘‘Qazaxıstan Dövlәtinin Müstәqilliyinin 25-ci ili’’ ordeni ilә tәltif edilib.

Orden Sәrdar Çama Türkiyə Xarici İşlər Nazirliyi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, professor Düsen Kaseinov tәrәfindәn tәqdim olunub.

Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin mәrkәzi Qәrargahında tәşkil olunan mәrasimdә TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TİKA-nın sәdri Sәrdar Çam, TÜRKSOY baş katibinin müavini Fırat Purtaş, Azәrbaycanın TÜRKSOY-dakı nümayәndәsi Elçin Qafarlı, Qırğızıstanın TÜRKSOY-dakı nümayәndәsi Hocagәldi Quliyev vә TİKA sәdrinin müavinlәri iştirak ediblәr.

Mәrasimdә açılış nitqi ilә çıxış edәn TÜRKSOY-un baş katibi Düsen Kaseinov Türkiyә Qazaxıstan münasibәtlәrinin  müxtәlif layihәlәr çәrçivәsindә davam etdirildiyini, layihәlәrin әhәmiyyәtli qisminin TİKA tәrәfindәn  hәyata keçirildiyini bildirib. O bildirib ki,  türk dünyasında yardım deyilәndә insanların ağlına ilk olaraq TİKA gəlir. 

Təqdim olunan mükafatı böyük sevinclə  qəbul edən Sәrdar Çam  bundan sonrakı fəaliyyətində də Qazaxıstan dövlәti vә bütün Türk dünyasına xidmәt etmәk üçün  çalışacağına söz verib.

TÜRKSOY baş katibinin müavini Fırat Purtaş da hәmin ordenin  Qazaxıstan prezidentinin fәrmanı ilә verildiyini vә bu ordendәn  Türkiyәdә yalnız 6 nәfәrә tәqdim olunduğunu deyib.

Qeyd edәk ki, TİKA-nın Qazaxıstanda hәyata keçirdiyi әn böyük layihә Xaca Әhmәd Yasevi Türbәsinin bәrphasıdır.

Xoca Əhməd Yəsəvinin Türküstan şəhərində yerləşən türbəsində  bu günə qədər  ən geniş bərpa işləri aparılıb və türbə  Türküstan şəhərinin yaranmasının 1500-ci ildönümündə iki ölkə prezidentləri tərəfindən ziyarətə açılıb.

Hörmətli oxuçularımız növbәti xәbәrimiz  Qazaxıstandandır.

Qazaxıstanın  paytaxtı Astanada Türk Dünyası Riyaziyyatçılarının VI Qurultayı keçirilib.

Qurultaya iyirmi ölkədən yüzdən çox nümayəndə ilə yanaşı 500-dәn çox alim qatılıb. Qurultayın sessiyaları  riyaziyyatın bütün sahələrini əhatə edib.

Elm insanları dörd gün ərzində cəbr və riyazi məntiq, həndəsə və topologiya, funksiyalar nəzəriyyəsi, diferensial tənliklər və riyazi fizika  məsələlərini müzakirə edib.

Qurultayda hәmçinin Türkdilli Dövlətlərin Riyaziyyatçılar Cəmiyyəti İdarə Heyətinin iclası keçirilib. Qurultayda dәrnәyin  yeni üzvləri seçilib. İştirakçılar yekdilliklə akademik Bakıtjan Jumagulovu Türkdilli Dövlətlərin Riyaziyyatçılar Cəmiyyətinin sədri olaraq seçiblər. İclasda Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin VII Qurultayının Özbəkistanda keçirilməsi qərarlaşdırılıb. Qurultayın son günündә  riyaziyyat elminin inkişafına böyük təkan verən alim və gənc riyaziyyatçılara diplomlar təqdim edilib.

Üç ildən bir keçirilәn Türk Dünyası Riyaziyyatçılar Cəmiyyəti Qurultayının ilk toplantısına 1999-ci ildə Türkiyə ev sahibliyi etmişdi. 

Hörmətli oxuçularımız "Türk dünyasından xəbərlər" proqramımızın növbəti xəbərini təqdim edirik.

Bu ilin  7-8 dekabr tarixlərində Ufada Başkurt milli mətbuatının 100-cü ildönümü münasibətilə Beynəlxalq Mətbuat Yayım Konfransı keçiriləcək.

Konfrans Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi ilə Başqırdıstan Mətbuat Nəşr və Kütləvi İnformasiya Vasitələri Agentliyinin dəstəyi ilə  keçirilәcәk.

Müraciət formalarının  noyabrın 10-dәk qəbul ediləcəyi konfransda təqdim olunan bəyanatlar daha sonra kitab kimi nəşr olunacaq.

Proqramımızin sonuncu xәbәri Özbәkistanla bağlıdır.

Özbәkistanın Ümumi Daxili Məhsulunun hәcmi 2017-2018-ci ildә artacaq.

Bu barәdә Beynәlxalq Valyuta Fondunun hesabatında bildirilib. Mәlumata görә,  Beynәlxalq Valyuta Fondu  Özbәkistanın Ümumi Daxili Məhsulunun hәcminin 2017-2018-ci illәrdә 6 % artım müşahidə olunacağını proqnozlaşdırır.

BVF yenilənmiş World Economic Outlook hesabatında daha öncə Özbəkistanın inkişafına dair statistik proqnozlarını dəyişdirməyib.

Hesabatda  Özbəkistandakı illik inflyasiyanın bu il 13%, gələn il isə 12,7 % olacağı bildirilib.

Qeyd edәk ki,  Özbəkistan hökuməti Ümumi Daxili Məhsulun bu il 7,8 faiz artmasını, illik inflyasiyanın isə 11-12 % olacağını  təxmin edir.



Әlaqәli Xәbәrlәr