Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xәbәrlәr

Proqramımızın ilk xәbәri Özbәkistandandır.

Daşkənddə Özbәkistan-Tatarıstan biznes forumu keçirilib.

Tatarıstan prezidenti Rüstәm Minihanov vә onu müşayiәt edәn nümayәndә heyәtinin  Özbәkistana işgüzar sәfәri çәrçivәsindә keçirilәn biznes foruma çox sayda rәsmi şәxs vә iş adamı qatılıb.

Forumda açılış nitqi ilә çıxış edәn Özbәkistan baş nazirinin müavini Qulamcan İbrahimov ölkәsinin Rusiya ilә bölgәlәrarası әmәkdaşlığın inkişafına әhәmiyyәt verdiyini ifadә edib.

Q.İbrahimov Özbәkistanla Tatarıstan arasındakı  ticarәt vә iqtisadi münasibәtlәrin  mövcud potensialdan az olduğunu, bu potensialın artırılması üçün  bütün imkanların mövcudluğunu deyib.

Baş nazirin müavini Tatarıstanla enerji, neft-kimya, qida, kәnd tәsәrrüfatı mәhsullarının emalı, tekstil vә maşın sәnayәsi sahәlәrindәki әmәkdaşlığı inkişaf etdirmәk istәdiklәrini qeyd edib.

Tatarıstan prezidenti Rüstәm Minihanov da öz növbәsindә Özbәkistana etdiklәri sәfәrlәrinin mәqsәdinin tәrәflәr arasındakı әmәkdaşlığın yeni istiqamәtlәrini müәyyәn etmәk vә yeni ortaq layihәlәri hәyata keçirmәk olduğunu bildirib.

Proqramımızın növbәti xәbәri Azәrbaycanla bağlıdır. 

Azәrbaycanın Türkiyәdәki Turizm Nümayәndәliyi  Azәrbaycanın Türk sәrmayәçi vә turistlәrini gözlәdiyini açıqlayıb.

Azәrbaycanın Türkiyәdәki Turizm Nümayәndәliyinin verdiyi mәlumata görә, Azәrbaycanda  turizm canlanır.   

" Bir millәt iki dövlәt’’ anlayışı ilә  Türkiyə ilə güclü əlaqələri mövcud olan Azərbaycan  kənd təsərrüfatı, qida istehsalı, tikinti, kimya sənayesi, tekstil və turizm kimi sahələrdə türk investorlar üçün əhəmiyyətli fürsətlər təqdim edir.

Azərbaycanın  turizm nümayəndəliyinin icraçı direktoru Nurlana Çarmak bildirib ki,  xüsusilə turizm sahəsində Azərbaycanda böyük canlanma var, türk investorlarını vә turistlərini  Azərbaycana dəvət edirik.

N.Çakmak  Azərbaycanı yalnız neft və qaz resursları ilә  deyil, eyni zamanda tarix, mədəniyyət, təbii gözəlliklərlə də tanıtmaq istədiklərini ifadə edərək  turizmdә ötәn il başlayan canlanmanın ölkә daxilindә artaraq davam etdiyini qeyd edib.

Çarmak bildirib ki, İstanbul, Rusiya vә Dubayda turizm nümayәndәliklәri açılıb. Ölkәnin tanıtımı üçün müxtәlif proqramlar hәyata keçirilir və Türkiyәnin bu sahәdәki tәcrübәsinә böyük әhәmiyyәt verilir.

Türkiyə və Azərbaycan xalqları arasında çoxsaylı birliyin olduğunu ifadə edən N.Çakmak  "Sən də Azərbaycanı gör’’  deyərək Türklərə çağırış edib. Hәr il  2 milyon turisti qәbul edәn Azәrbaycan turizm sahәsindә canlanıb. O, qarşıdakı 5 il әrzindә bu rәqәmin 3.5 milyona çatmasını hәdәflәdiklərini söylәyib

Türk dünyasından xәbәrlәr bölümünün sonuncu məlumatı Qazaxıstana həsr olunub. 

Qazaxıstanın kәndlәri dә sürәtli (Fiber) internet texnologiyası ilә tәchiz edilәcәk.

Qazaxıstanın İnformasiya vә Kommunikasiya naziri Dauren Abayev ‘‘2020-ci ilәdәk  bu  texnologiya kәndlәrdә yaşayan 2 milyondan  çox insan üçün әlçatan olacaq’’ deyə bildirib. 

D.Abayev Nazirlәr Kabinetinin iclasında ‘‘Rәqәmsal Qazaxıstan Dövlәt Proqramı’’ çәrçivәsindә  122 şәhәr vә 200 kәndin ‘‘Fiber Optik’’ texnologiyası ilә tәchiz edilәcәyini deyib.

Nazir 2021-ci ilәdәk 24 min kilometr ‘‘Fiber Optik’’ rabitә xәttinin qurulacağını ifadә edәrәk sürәtli internetin xalqın e-dövlәt ilә interaktiv tәhsil  vә sәhiyyә xidmәtlәrindәn yararlanmasını asanlaşdıracağını vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr