Azərbaycan-Özbəkistan nümunəsində İslam həmrəyliyi

Paytaxt Daşkənddə Özbəkistan və Azərbaycan Dini İşlər üzrə Dövlət Komitələri tərəfindən birgə təşkil edilən “Özbəkistan-Azərbaycan nümunəsində İslam həmrəyliyi" mövzusunda beynəlxalq konfrans keçirildi.

Azərbaycan-Özbəkistan nümunəsində İslam həmrəyliyi

Türk dünyasından xəbərlər_43 (24.10.2017)

Türk dünyasından xəbərlər (24/10/2017)

  Oktyabrın 15-dә Qırgızıstan pespublikasında prezident seçkilәri keçirildi. Seçkilәrdә 11 namizәd prezidentlik uğrunda mübarizә apardı, ikisi ən çox səs topladı ki, bunlardan biri ölkәnin Baş naziri vәzifәsini icra edәn Sooronbay Ceyenbekov, ikinci güclü namizәd isә Ömurbek Babanov idi. Qeyd edək ki, Respublika Partiyasının sədri Ö.Babanov da bir zaman ölkәnin baş naziri olub.

  Qırğızıstan Mәrkәzi Seçki Komissiyasının verdiyi məlumata görə, ilkin nәticәlәrә әsasən Qırğızıstan Sosial  Demokrat Partiyasının prezidentliyә namizәdi Soronbay Ceyenbekov seçicilәrindən 54,75 faiz sәs toplayaraq seçkilәrin qalibi olub.

  Qırğızıstan hökuməti seçkilərin son nәticәlәrinin bu həftə açıqlanacağını bildirib. Qırğızıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şayıldabekova  sәslәrin  avtomatik sistem üzərindən sayıldığını, bundan sonra әllә sayılma hissəsinə keçildiyini deyib. Ölkə xaricindəki seçki mәntәqәlәrindәn gәlәcәk nәticәlәri də hesabladıqdan sonra Mərkəzi Seçki Komissiyası 20 gün ərzində prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.

  Növbәti xәbәrimiz Özbәkistanla bağlıdır. Oktyabrın 18-də paytaxt Daşkənddə Özbəkistan və Azərbaycan Dini İşlər üzrə Dövlət Komitələri tərəfindən birgə təşkil edilən “Özbəkistan-Azərbaycan nümunəsində İslam həmrəyliyi" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan, Rusiya, İngiltərə, Almaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyədən çoxlu sayda dini mütəxəssis və alimlər iştirak edib.

  Konfrans müqəddəs Qurandan ayələrin oxunması ilə başlayıb.

  Özbəkistanın Baş naziri Abdulla Aripov, Azərbaycan Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Özbəkistan Dini İşlər Komitəsinin sədri Ortikbek Yusupovun iştirak etdiyi  konfransın açılışında Özbəkistan prezidenti Şövkәt Mirziyoyev və Azərbaycan prezidenti İlham Əliyevin mәktubları oxunub.

 

  Konfransda çıxış edən Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edildiyini diqqətə çatdıraraq bu çərçivədə dünyanın müxtəlif ölkələrində, o cümlədən, Azərbaycanda silsilə tədbirlərin təşkil olunduğunu bildirib. Konfransın iki ölkə arasında elmi, mədəni və humanitar əlaqələrin yüksək səviyyədə inkişaf edirilməsinə töhfə verəcəyinə ümid etdiyini dilə gətirən Qafqazın şeyxi hər iki millətin ortaq tarix və mentalitetə malik qardaş xalqlar olduğunu vurğulayıb. Özünün gənclik illərinin Buxara, Səmərqənd və Daşkənd şəhərlərində keçdiyini və bu torpaqlarda dini təhsil aldığını, şeyxülislam dərəcəsinə çatmasında  özbək xalqının, onun din alimlərinin töhfəsinin çox böyük olduğunu qeyd edən A.Paşazadə Özbəkistanı özünün mənəvi vətəni hesab etdiyini söyləyib. 

  Özbəkistan Müsəlmanları Dini İdarəsinin sədri Osmanxan Alimov da Özbәkistan vә  Azərbaycanın, hər iki xalq arasındakı dostluq əlaqələrinin tarixi köklәrә söykәndiyini, qarşılıqlı etimada əsaslanan münasibətlərin bundan sonra da davam edəcəyinə əminliyini  bildirib.

  Türkiyə İslam, Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzinin baş direktoru Xalid Eren 2017 İslam Həmrəylik İli münasibәtilә ötən ay İstanbulda da konfrans keçirildiyini diqqətə çatdırıb.

  Konfransda çıxış edәn Türkiyə Dəyanət İşləri üzrә İdarәnin rәhbәri Əli Erbaş İslam mədəniyyətində özünəməxsus yeri olan, tarix boyu bәşәriyyәtin üfüqünü işıqlandıran alimlərin yetişdiyi bu qiymətli torpaqlarda olmaqdan məmnuniyyət duyduğunu dilə gətirib.

  Qeyd edək ki, Özbəkistan İslam dünyasının bir hissəsi kimi İslam sivilizasiyasının inkişafına öz töhfəsini verib. Daşkənd, Səmərqənd, Buxara və Xivə şəhərləri İslam mədəniyyətinin mərkəzləri kimi məşhurdur. Özbəkistanın İmam Buxari, Maturidi, Termezi kimi məşhur şəxsiyyətləri var ki, bütün dünyada tanınır. Daşkənddə bu gün İslam İnstitutu və İslam Universiteti fəaliyyət göstərir.

  TÜRKSOY beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir.

  Cənubi Koreya Respublikasının Yecheon şəhərində keçirilən III Dünya Ənənəvi Oxatma Festivalında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-la Dünya Ənənəvi Oxatma Təşkilatı arasında əməkdaşlıq protokolu imzalanıb.

  Festivalda 20-dәn çox ölkədən gәlәn vә ənənəvi oxatma sahəsində fəaliyyət göstərən peşəkar idmançılar, Qırğızıstan, Monqolustan, İndoneziya, Butan, Fransa, Almaniya və digər ölkələrdən gələn oxatanlar qabiliyyətlərini nümayiş etdiriblər.

 TÜRKSOY-la Dünya Ənənəvi Oxatma Təşkilatı arasında əməkdaşlıq protokolunun imzalanma mərasimində çıxış edən TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş ənənəvi idman növü kimi qiymətləndirilən oxatmanın Avrasiyanın müxtəlif bölgələrində yaşayan türk xalqları üçün kökləri çox qədimə söykәnәn mədəni irs olduğunu vurğulayıb.

  Türk xalqları arasında qeyd olunan Novruz, Xıdırәllәz, Sabantoy kimi milli bayramlarda güləş, atlı idman növləri , oxatma yarışları kimi oyunların yüz illərdir oynandığını vurğulayan F.Purtaş onu da qeyd edib ki, günümüzdə də TÜRKSOY üzvü olan ölkələrdə etno-spor və köçəri oyunlar adı ilə müxtəlif festival və müsabiqələr keçirilir. 



Әlaqәli Xәbәrlәr