Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələri sıfırlamaq mümkündürmü?

Dövlət başçısının sözçüsü İbrahim Kalının “Daily Sabah” qəzetində yer tutan 03.10.2017 tarixli məqaləsi.

Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələri sıfırlamaq mümkündürmü?

Türkiyə-Avropa İttifaqı əlaqələrinin normallaşdırılması avropalı liderlərin artıq bərabərsizlik və ədalətsizlik əsasında bir əlaqənin davam etdirilə bilməyəcəyini qəbul etməsindən asılıdır.

Türkyə 2005-ci ildən bəridir Avropa İttifaqına qoşulmaq üçün namizəd ölkə statusundadır. Türkiyənin Avropanın qalan hissəsi ilə əlaqələrində bir zamanlar maraqlı və perspektivli bir yeni səhifə kimi dəyərləndirilən bu proses, 12 il əvvəl heç kəsin düşünə bilməyəcəyi səviyyədə xəyalları puça çıxarmış, aradakı etibar azalmış və müxtəlif axsamalara da səbəb olmuşdu.

Regional və milli səviyyələrdə yaşanan problemlər və böhranlar Türkiyə ilə bəzi Avropa ölkələri arasındakı əlaqələri müəyyən səviyyədə gərginləşdirdi. Və üzvlük prosesini dayandırdı. Türkiyə-Avropa ittifaqı əlaqələrinin dəqiq olaraq sıfırlanmağa ehtiyacı var. Digər tərəfdən, bu, iki tərəfin bir-birinə ədalətli, hörmətli və bərabər tərəfdaş kimi bir-birinə rəftar etməsilə mümkün ola bilər.

Türkiyəyə qarşı sərt və narahatlıq doğuran tənqidlər, qısa müddətli populist mənfəətlər gətirə bilər, ancaq heç kəs üçün sülh, təhlükəsizlik və rifah barədə zəmanət verə bilməz. Hal-hazırda qarşı-qarşıya olduğumuz problemlər Türkiyə və Avropa sərhədlərini də ötür və qarşı-qarşıya qaldığımız qlobal böhranlar, dağıdıcı nativizm, nəzarətsiz irqçilik və artan ümitsizlik dövründə müsəlman və Qərb icmaları arasındakı əlaqələrə təsir edir. İslam və Qərb aləmi fərqlənmələri aradan qaldırmaq və insanlığın ortaq mənfəətləri üçün işləmək üçün bir araya gəlmədiyi müddətdə də dünya sülhünü təmin etmək və qlobal səviyyədə qurulacaq qarşılıqlı hörmət və birlikdə yaşama mədəniyyətini davam etdirmək qeyri-mümkündür.

Bəzi Avropa ölkələrində Türkiyəyə qarşı düşmənçilik sağ meyilli seçicinin marağına olduğu üçün ölkə daxilindəki siyasətin bir hissəsi halına gəldi. On il bundan gözdən yayındırıla bilən problem kimi başlayan bu durum bugün əsas siyasətin tərəfdarı olmuşdur. İfrat sağa qarşı güzəşt gedən, yatızdıran siyasət izləməyin fəlakətli nəticələri ola bilər. Əlbəttə ki, Avropadakı anti-Ərdoğan görüşləri yalnız avropalı hökumətlərlə olan əlaqələrimizi sarsıtmadı, bununla yanaşı Avropa İtttifaqının sərhədləri içində yaşayan milyonlarla Türk vətəndaşını təhlükə altında qoydu.

Türkiyə hal-hazırda nə 1963-cü ildəki adı ilə Avropa İqtisadi Birliyinə üzv olmaq istədiyini bəyan etdiyi zamankı Türkiyə, nə də 1999-cu ilde namizəd ölkə statusuna qəbul olunduğu dövrdəki ölkədir. 1960-cı illərdən etibarən əhalimiz təxminən üç dəfə, ümumi daxili məhsulumuz isə 1963-cü ildən bəri  80 dəfə artıb.

Digər tərəfdən  bəzilərinin görmək istəməməsinə baxmayaraq, bugünkü Avropa da 2000-ci illərin əvvəlindəki durumu ilə eyni deyil. Hal-hazırda qitə neo-nasist ifratçılığı, populizm və qaçqınlara, müsəlmanlara və digərlərinə qarşı işlənən nifrət günahları ilə xatırlanır.

Avropada sürətlə pisləşən təhlükəsizlik vəziyyəti, bəzi Avropa hökumətlərinin Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı qapını bağlamaq cəhdləri ilə bir araya gəldikdə Türk xalqının Aİ prosesinə dəstəyi davamlı azalıb.

Avropalı populistlər mədəniyyətimizi, seçilmiş liderlərimizi və mənfəətlərimizi hədəf götürdükdə, bu zamanda Türkiyə, davamlı yeni və daha konstruktiv bir yanaşma çağırışı səsləndirdi. Son olaraq Türkiyədə apreldə keçirilən konstitusiya referandumundan sonra Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan əlaqələrdə yeni bir səhifənin açılması üçün Almaniya karsleri Angela Merkel də daxil olmaqla avropalı liderlərlə görüş keçirdi.  Ərdoğan bu görüşləri alman hökuməti, digər bəzi Avropa ölkələrinin aralarında PKK-nın tanınmış üzvləri və FETÖ daxil olmaqla konstitusiya islahatlarına qarşı olanlara dəstək vermək və islahat tərəfdaşlarının səslərini, öz sərhədləri içində yaşayan Türk vətəndaşlarının elan etməsinə mane olaraq Türkiyənin daxili işlərinə qarışmalarına baxmayaraq reallaşdırdı.

Referendumdan sonra Brüsseldə Aİ səlahiyyətliləri ilə görüşdə Dövlət başçısı Türkiyə-Aİ əlaqələrini canlandırmaq  mövzusunda qətiyyətli  olduqlarını bir daha təsdiqlədi. Ancaq Avropada firatçı sağın populyarlığının artması bu məsələdə yeni addımlar atılmasına mane oldu.

Almaniyada keçən ay keçirilən seçkilər bir daha Türkiyəyə və Ərdoğana qarşı artaraq yayılan nifrət yerləşdirdi, ancaq bu da ifrat sağın Avropadakı yüksəlməsinə mane olmayacaq. Almaniyanın ən populyar siyasi partiyalarının liderləri kampaniya zamanı ölkəmiz haqqında sərt bəyanatlar yaysalar da seçki nəticələri çox açıq bir həqiqəti ortaya qoydu: 2013-cü ildə Kansler Merkelin CDU / CSU-na dəstək verən 1 milyondan çox seçici bu seçkilərdə irqçi AfD partiyasına səs verdi.

Xüsusilə keçmiş Şərqi Almaniyada sağ və solda ifrat hərəkətlər mərkəzi partiyalar hesabına əhəmiyyətli qazanclar etdi. Alman iqtisadiyyatının nisbətən yaxşı fəaliyyət göstərdiyi bir dövrdə radikal hərəkətlərin daha populyar olmasına baxmayaraq, yoxsulluq və radikallaşma arasında ənənəvi olaraq qurulan əlqənin etibarlılığı barədə suallar yaradır. Güzəştə gedilən və təmkinli siyasət bir əsr əvvəl işləməyib və indi bunun işə yarayacağına inanmağa əsas yoxdur.

Türkiyə-Aİ əlaqələri ancaq avropalı liderlər bu əlaqənin artıq qeyri-bərabər və ədalətsizlik əsasında davam etdirilə bilməyəcəyini qəbul edəcəyi təqdirdə bərpa edilə bilər. Türk xalqının demokratik seçimlərinə hörmət göstərməyə, Türkiyənin seçilmiş liderlərinə hörmət göstərməyə və Türkiyəyə bərabər olaraq davranmağa hazırlıqlı olmalıdır.

Bu vəziyyət Türkiyə-Aİ arasındakı qaçqınlara dair saziş və əsasən uzun illər əvvəl Türk vətəndaşlarına tanınması lazım olan Şengen vizasının ləğvi mövzusunda da gündəmdədir. Avropanın verdiyi sözləri yerinə yetirməməsini kiçik və təxniki bir problem kimi gözdən yayındırarkən Türkiyəni sözünü yetirməyən ölkə kimi günahlandırmaq haqsızlıqdır.

Etibar, qarşılıqlı hörmət və həmrəyliyə əsaslanan bir əlaqəl həm Türkiyənin həm də Avropanın mənfəətlərinə xidmət edəcəkdir. Ancaq bu təktərəfli bir əlaqə deyildir və bunu sübut etmək məsuliyyəti isə sadəcə Türkiyənin üzərinə buraxıla bilməz. Avropa hər hansı səbəbdən Türkiyəyə yaxud da başqa ölkəyə arxasını dönsə bu ölkələrin fərqli imkanları dəyərləndirməsi normaldır. Bundan əlavə çoxlu-mərkəzlər tərəfindən formalaşdırılan qlobal siyasət mühitində Türkiyənin özünün xarici siyasət perspektivini Qərbdən başqa ölkələrə genişlətmə arzusunu sual etmək çox mənalı deyildir.

Bunun əvəzinə avropalılar 21-ci əsrin həqiqətləri nəzərdə tutulduğu zaman digərlərindən çox öz mənfəətlərinə zərər verən Avropa-mərkəzçiliyi irsinin öhdəsindən gəlmək üçün hər zaman birgə cəhd göstərmək və Türkiyənin qanuni olan təhlükəsizliklə bağlı narahatlığına və mənfəətlərinə lazım olan diqqəti göstərmək məcburiyyətindədirlər. Tükiyə-Aİ əlaqələrini sıfırlaya biləcək yeni mühitin yaranması ancaq ədalət, bərabərlik, etimad və hörmət kimi dəyərlərin ikili standartlar və siyasi həyatda gizli planların aradan qaldırılması ilə mümkündür.

 



Әlaqәli Xәbәrlәr