İlahların yeni qurbanları: Arakan müsəlmanları

Ankarada yerləşən Yıldırım Bəyazid universitetində vəzifəli müəllim Ərdal Şimşəkin qələmindən…

İlahların yeni qurbanları: Arakan müsəlmanları

Aylardır bir azlıq vətəndaşı olduğu hakim ölkə tərəfindən sistemli şəkildə öldürülür, evləri və şəhərləri yandırılır. Sadəcə evləri və şəhərləri yox, insanlar; uşaq, yaşlı qadın fərqi qoymadan yandırılır yaxud da bıçaqlarla parçalanıb qətlə yetirilir. Uşaqlar, yaşlılar güclü axan sulara atılıb boğulurlar. Bütün bu vəhşiliyi edən bir dövlət və dövlət idarəsinin dəstəklədiyi buddist rahib, əsgər və mülki şəxslərdir.

Qətlə yetirilənlər, rohincanlar deyil, xüxusən insanlığın düz özüdür. Başda BMT olmaqla bütün beynəlxalq təşkilatlar bu qətliam qarşısında səsini çıxarmadı.  Rohincanlar müsəlman olmalarına baxmayaraq onlarla islam ölkəsindən bir səs də ucalmadı.Sadəcə Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu qətliam qarşısında üsyan etdi, dünyanın gündəminə gətirdi. Sadəcə insan hüquqları yox, etraf-mühit və heyvan haqları mövzusunda xeyli həssas rəftar edən Avropa İttifaqı və bütün qərbi ölkələr bu vəhşət qarşısında səssis qaldı.

Avropa və Qərbin bütün humanitar dəyərləri 35 ilə yaxındır yenə qərb dünyası tərəfindən qətlə yetirildi. Və artıq Qərbin əlində heç bir arqumenti qalmadı. Nə vaxt ki, Qərb və xüsusilə də Avropa İttifaqı “insan hüquqları, demokratiya” söyləsə bu sözlərin arxasında iqtisadi mənfəətin dayandığını bilir. Bu acı reallığı vicdanı hələ də ölməmiş qərblilər də çox yaxşı bilirlər. Qərb öz dəyərlərini bitirərək özünü yox edən bir mədəniyyət kimi tarixdə öz yerini tutacaq. Qərb 25 il əvvəl Avropanın mərkəzində Bosniya və Hərseqovinada serblərin həyata keçirdiyi soyqırıma göz yumaraq özünün ölüm fərmanını imzaladı. Sonra Liviyadakı vətəndaş müharibəsində ortaya qoydumu mövqeyi də eləcə. Və əlbəttə İraq və Əfqanıstanı həqiqətlərə əsaslanmayan iddialar nəticəsində işğal etməsi Qərbə olan etimadı yox etmə nöqtəsinə gətirib çıxardı. Ərəb Baharındakı mövqeyi mövcud olan son ümdiləri də bitirdi. Demokratik metodla Misir xalqının əksəriyətinin seçdiyi Məhəmməd Mursinin dəvrilməsi hadisəsində çevriliş edənlərdən tərəf siyasət yürütməsi qərbli dəyərlərin son nəfəsi oldu. 

Türkiyədə də demakrotik metodlarla səçilən dövlət başçısını hakimiyyətdən kənarlaşdırmağa cəhd edənlərə qucaq açması Qərbin riyakarlığını ortaya qoyan son hadisə oldu. Türkiyədə çevrilişə cəhd edən əsgərlər yüzlərlə mülki şəxsi öldürmüş, minlərləsini isə yaralamışdı.  Qərb dünyası və Avropa İttifaqı bu terrorçulara qapılarını açdı, onların hamısına mühacir statusu verdi.

Hal-hazırda eyni Qərb aləmi Arakandakı vəhşət qaryısında səssiz dayanır və bunun qarşısında artıq heç kəs qəzəblənmir. Çünki insanlar artıq bilir ki, demokratiya, bərabərlik, insan hüquqları, əxlaq kimi məfhumlar Qərb üçün sadəcə mənfəətləri uğrunda istifadə edilən vasitədir.

Rohingyada baş vərənlər əslində Rusiya, İraq, Liviyadakı vəkalət hərblərinin oxşarıdır. Qərb dünyasının ən böyük hərbi və iqtisadi gücü, Çinin iqtisadi güc kimi özünü göstərməsi və İpək Yolu layihəsinin həyata keçirilməsini istəmir. Dünya dəniz ticarətinin yarısından çoxu Arakandan keçir. Arakana hakim bölgədə Çinə gedən neft və təbii qaz kəmərləri var. Çin üçün xeyli ölənmi olan bu iki enerji xəttinin risk altında olması Çinin iqtisadiyyatını davamsız hala gətirəcəktir. Bu kəmərlər Rohingyadan keçir və Myanma dövləti müstəqilliyini qazandığı gündən bəridir rohincanlar üzərində hər cür təzyiqi və zorakılığı tətbiq edir. Ancaq 2010-cu ildən bəridir bu təzyiq soyqırımı və etnik təmizliyə gətirb çıxardı. Şiddət hadisələri davam etdi, anidən aclıqla qarşı-qarşıya qalan Rohingyada sondərəcə müasir vəbahalı silahlarla təchiz olunmuş bir terror təşkilat ortaya çıxdı. Bu terror təşkilatı güya rohincanların hüquqları üçün mübarizə edəcəkdi. Amma atdığı hər addım rohincanlara ölüm və sürgün olaraq geri qayıtdı. Çinin önəmli eneji xəttləri və dəniz ticarətinin 80 faizinə yaxınının Arakandan reallaşması bu ölkəni təhdid kimi görən iqtisadiyyatları yeni həll yolları tapmağa istiqamətləndirdi. Əfqanıstan və İraqda dırnaqarası kültəvi qırğın silahlarını məhv etmək üçün girən Qərb dünyasının gücü olanların məqsədinin çox fərqli olduğu ortaya çıxdı. Bundan sonra Qərb əsgərlərinin hələ də bu ölkədə olmasını sual edən ziyalılarının olmaması qəribə deyilmi?

1991-ci ildən bəridir Qərbin Orta Şərqdə başlatdığı “Vəkalət müharibəsi” təəssüf ki, Asiyaya yayıldı. Myanmanın dövlət məntiqinin üstün gəlməsinə və üz tutduğu girdabdan özünü xilas edəcəyinə ümid etdiyini vurğulayan paytaxt Ankarada yerləşən Yıldırım Bəyazid universitetində vəzifəli müəllim Ərdal Şimşək son söz kimi deyir ki, Rohingyalı müsəlmanlara genosid tətbiq edərək bölgənin təhlükəsizlik, etnik və siyasi xəritəsi əvəz edilmək istənir. Bu hadisələrsi sadəcə rohincanlarla məhdud qalmayacağı dəqiqdir. Ümid edirəm və diləyirəm ki, dünya bu çirkli vəkalət müharibəsində daha çox vasitəçi olmaz.



Әlaqәli Xәbәrlәr