Fars olmayanlara və sonsuz qadınlara müəllimlik qadağan edildi

Yaxınlarda fars dilini şivəli danışan və fars olmayan millət nümayəndələrinin müəllim çalışmasının qarşısının alınmasını nəzərdə tutan fərman imzalandı İranda.

Fars olmayanlara və sonsuz qadınlara müəllimlik qadağan edildi

Türkiyə və Avrasiya Gündəmi 37/2017

  İran Milli Təhsil Nazirliyinin imzaladığı yeni fərmana görə, artıq fars dilində dialektlə danışan və fars olmayan millətlərin nümayəndələrin müəllim olmaları yasaqlanır. Nazirlik səbəb olaraq bildirib: “Bu, Ç, G, J və Q kimi fars hərflərinin tələffüzünə mane olan, düzəldilməsi mümkün olmayan, ağır ləhcələri olan, xüsusən, fars dili və ədəbiyyatı fənni müəllimlərinə aiddir.”

  Açıqlamada qeyd edilən hərfləri İranda yaşayan xalqlardan böyük çoxluq olan türklər və ərəblər bir az ləhcəli istifadə edir. Ona görə ölkədə yaşayan türklər və ərəblər bu fərmanla məhz onların hədəfə alındığını söyləyir. Bu fərmanda, eyni zamanda, uşağı ola bilməyən sonsuz qadnların da müəllimlik etməsi qadağan olunur.

  İranda yaşayan azərbaycanlılar başda olmaqla digər türk soylu xalqlar, eyni zamanda, ərəblər bu fərmana əks reaksiya göstəriblər. İrandakı türklər sosial media hesablarından “Mən türkəm və  mənim ləhcəm var” kimi ana fikirlərlə fərmana etirazlarını bildirirlər.

  Məsələyə baxış iki cürdür. İran türklərinin bir qismi fars dlini elə böyük türk şair və yazıçılarının formalaşdırdığını vurğulayır. İran türklərinin böyük əksəriyyətini təşkil edən azərbaycanlılar isə bu qərarın onlar üçün çox da əhəmiyyətli olmadığını bildirir, İranda yaşayan türklərin əsas istəyinin ana dilində təlim-təhsil olduğunu deyirlər.

  Bu gün 80 milyonluq İran əhalisinin 35 milyona qədəri türk soylulardan ibarətdir, yəni ölkədə farslarla yanaşı böyük çoxluq güc sahibidirlər. Geosiyasi mövqe, sosial-mədəni quruluş, iqtisadi güc və əhali potensialı etibarilə İran ərazisində baş verən bütün siyasi dəyişikliklərdə Azərbaycan türkləri aparıcı rol oynayır.

  10 və 11-cu əsrlərdən türk Səlcuq hakimiyyətindən sonra İranda Oğuz türklərinin sayl böyük ölçüdə artdı. Arada bir neçə əsr və ya yarım əsr fərqilə bu coğrafiyada Elxanlı, Qaraqoyunlu və Ağqoyunlu kimi böyük türk dövlətləri və imperiyaları yarandı, ölkə ərazisini genişləndirdilər.

  Azərbaycan türkləri indiki İran mədəniyyəti və ədəbiyyatı məfhumunun yaranması və formalaşmasında müstəsna rolu oynayıb.

  İran-Azərbaycan coğrafiyası 1501-ci ildən 325 il olmaqla Səfəvi hakimiyyəti altında idarə olundu. Azərbaycan mərkəzli bu hakimiyyət İrana bu günə qədər sürən əhəmiyyətli bir regional gec qazandırdı. Bundan başqa, Səfəvilər sünni xalqlara da şiə məzhəbini qəbul etdirərək ölkəni bir dini bayraq altında birləşdirdi. Ondan sonra gələn Əfşar və Qacar türk sülalələri dövründə də türklük şüuru və şiə məzhəbi əhəmiyyətini qorumağa davam etdi.

  İran türkləri əsrlər boyu ölkənin xaricə açılan qapısı oldu. Onlar xarici ölkələrdə İranı təmsil etdi və Qərb universitetlərinə ilk gedən tələbələr oldu.

  Qədimdən Azərbaycan adlanan torpaqların böyük bir hissəsi İran, bir hissəsi Osmanlı, bir hissəsi isə çar Rusiyasının tərkibində olmaqla 3 imperiyanın kəsişmə nöqtəsində yerləşib. Bu baxımdan bölgələrdə yaşayan türklər üç dövlətin siyasi, iqtisadi və mədəni proseslərini yaxından təqib edib və birbaşa iştirakçısı olub.

  İranda əsrlərlə hökm sürən türk xanədanlığı 20-ci əsrin əvvəlində başa çatdı və yerinə fars əsili Pəhləvi sülaləsi gəldi. Bu dəyişiklik İranda Azərbaycan türkləri üçün hakimiyyətdən böyük bir qırılma nöqtəsi oldu: türklər müxtəlif məhdudiyyətlərə məruz qaldı. Pəhləvilərin farslaşma ideaologiyası o coğrafiyanın yerli əhalisi türklər üçün kimliklərini yenidən düşünmə və rejimə qarşı ifadə etmə məcburiyyərini doğurdu. Şahın devrilməsi prosesində daha fəal olan azərbaycanlılar İran İslam İnqilabı hərəkatının başında əsas qruplardan oldu.

  Bu gün türklər yenə İran siyasət və iqtisadiyyatında fəal mövqedədir. Amma Azərbaycan türkcəsinin rəsmi dil olmaması, ana dilində təhsil verilməməsi kimi səbəblər İran rəhbərliyilə yerli türklər arasında gərginliyi saxlayır. İran türkləri azlıq deyil. 1100 ildən artıqdır ki, İran məkanının siyasi tarixindəki hadisələri formalaşdıran məhv Azərbaycan türkləridir. Fars mədəniyyəti ilə türk mədəniyyəti İranda və ölkə xaricində müştərək vəziyyətdədir. Bu iki qədim mədəniyyətin bir-birinə qarşılıqlı təsiri və töhfələri var. Xalqlar bir arada yalnız qarşılıqlı hörmət əsasında rahat yaşaya bilər. İran dövlətçilik ənənəsi olan təcrübəli bir ölkədir. Ana dilində təhsil və media azadlığı müasir dünyanın əsas insan hüquqları arasında mühüm yer alır. İranın Azərbaycan türkcəsində təhsil və media-nəşr məsələlərində xalqının tələblərinə müsbət cavab verməsi özünə də faydalı olar. Bu, həm İranın, həm də bölgənin sabitliyi üçün önəmli bir irəliləmə təmin edər.

  “Türkiyə və Avrasiya gündəmi” verilişinin bugünkü buraxılışının da mətnini Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazmışdı, Sevda Mirzə oxudu.



Әlaqәli Xәbәrlәr