Güc mərkəzlərinin yeni mübarizə yeri: Myanma

BMT Təhlükəsizlik Şurasına üzv bəzi ölkələrin öz güclərini göstərmək üçün yarışdığı bölgədə axan qanın dayanacağına dair hələ də işarə yoxdur.

Güc mərkəzlərinin yeni mübarizə yeri: Myanma

Türkiyənin gündəminə dair təhlil bölümünü paytaxt Ankarada yerləşən Yıldırım Bəyazid universitetində vəzifəli müəllim Ərdal Şimşəkin qələmindən təqdim edirik.

Ərdal Şimşək gündəmdə yer tutan arakanlı müsəlmanların vəziyyətinə toxunaraq bunları yazıb: "2000-ci illərin əvvəlində Rohingya və ordakı “vətənsiz” müsəlman azlıqla tanış oldum. Həmin illərdə Myanmadakı xunta hakimiyyətinin ölkədəki demokratiya və söz azadlığına qarşı cinayət işlədiyinə dair xəbərlər beynəlxalq xəbər agentiklərində yer tutmuşdu. Bu günlərdə jurnalist kimi Myanmaya səfər etdim. Ölkə xunta hökuməti ilə idarə olunurdu, amma düzünü desək jurnalist kimi ciddi təzyiqlə üzləşmədən fəaliyyətlərimi davam etdirə bilmişdim. Həmin illərdə ev həbsində olan hazırda fəal işləyən Dövlət başçısı Ang San Su Çi ilə görüş keçirməyin yollarını tapa bildik. Qərbin demokratiya qəhrəmanı kimi göstərdiyi xanım Çi düzünü istəsəniz millətçi sol meyilli anlayışın ciddi təsirində idi. Nədənsə Qərb aləmi bunu gözdən yayındırırdı. Halbuki millətçi sol xəstəliyinə ən böyük qurbanı verən Qərb dünyası idi. Hitlerin 1930-cu illərdə Almaniyada başlatdığı millətçi sol, yəni nasizim Avropada və dünyada milyonlarla insanın həyatına son qoydu.  Nasizim xəstəliyi bütün Avropada yenidən canlanır. Almaniyada sadəcə Sosial Demokrat, Yaşıllar və sol qruplar arasında deyil, sağ meyilli qruplar arasında da millətçi sol meyil və düşüncə yayılmaqda davam edir.

Almaniya kansleri Merkelin bugünlərdə apardığı seçki kampaniyalarındakı sözlərini Adolf Hitlerin çıxış metnləri  ilə müqayisə etdiyiniz zaman aradakı oxşarlıqlar sizi şoka salacaqdır. Eyni xəstəlikli düşüncə digər Avropa ölkələrində də təəssüf ki, yayılmaqda davam edir.

Buna görə də “Demokratiyanın mərkəzi və Qərb mədəniyyətinin varisi” olmaqda fəxr edən Qərbi Avropa və xüsusən də Avropa İttifaqı Myanma dövlətinin həyata keçirdiyi sistemli qətliam və soyqırımı görmür, görə bilmir. Avropa və Avropa İttifaqının 2000-ci illərin əvvəlində insanların düşüncələrini qorxmadan ifadə edə bilmədiklərinə görə təzyiq etdiyi Myanmanın bugün həyata keçirdiyi genosid qarşısında reaksiya göstərməməsinin səbəbi nə ola bilər görəsən?

Dünyada etibarlı mövqeyə sahib olan Nobel mükafat komitəsi qətliam üçün göstəriş verən Myanmanın hal-hazırdakı dövlət başçısı Ang Su Çiyə keçmişdə verdiyi mükafat ilə əlaqəli görəsən yığıncaq keçirəcək?

Türkiyə Cümhuriyyətinin Dövlət başçısı Ərdoğan Banqladeş hökumətindən “rohincanları mühacir kimi qəbul etməsini istədi. Ərdoğan mühacirlərin bütün xərclərini Türkiyənin ödəyəcəyini də dünyaya elan etdi. Halbuki rohincanların çox yaxınlığında Malayziya və İndoneziya var. İki ölkə də müsəlmanların çoxluqda və hakim olduğu ölkədir. Hal-hazırda dünyanın ən güclü iqtisadiyyatları olan Körfəz ölkələrinin səs çıxarmaması İslam və Müsəlmanlar üçün utandırıcı haldır.

Rohincanlar dünyanın ən böyük “vətənsiz” azlığıdır. Uşaqları üçün hazırlayacaqları şəxsiyyət vəsiqəsi, qaçmaq üçün pasport, hüquqlarını axtaracaq bir məhkəmə kimi təməl humanitar haqlarından tamamilə məhrum yaşayırlar. Myanma müstəqilliyini elan etdiyi gündən bəridir, düz 60 ildir onlar bu haqlarından məhrumdurlar.

Yemək üçün ərzaq belə tapmaqda çətinlik çəkən müsəlmanların yaşadığı bölgədə bir anda, xeyli bahalı  silahlarla təchiz edilmiş “Rohingya Azadlıq Ordusu” adlı təşkilat ortaya çıxdı. Əməliyyat tərzləri orjinalda qərbli olan terror təşkilatı DEAŞ-a o qədər oxşayır ki, Myanma ordusu ilə bu təşkilat güya ki, toqquşur, amma nədənsə hər zaman mülki vədəndaşlar ölür. Hələ də ölü yaxud da sağ ələ keçirilmiş bir dənə də terrorçu belə yoxdur.

Son toqquşmada olduğu kimi bir daha dinc adamlar öldü, ölməkdə davam edir. Ən az 3 min arakanlı müsəlman həyatını itirdi. Ordu zorakılığı artırır. Deməli hər gün 20 kəndi yandırırlar. Dəqiq rəqəmi bilmək qeyri-mümkündür. Daha əvvəl, toqquşmalar başladığından bəridir 2-3 min nəfərin həyatını itirdiyi qeyd olunmuşdu. Ancaq bu sadəcə müəyyən edilə bilən bir rəqəmdir. Bu rəqəm də həqiqəti əks etdirmir. Çünki keçən günlərdə sadəcə Buthidaung bölgəsindəki bir neçə kənddə 1500-ə yaxın adamın qətlə yetirildiyini müstəqil xəbər agentlikləri yaydı. Bu böyük kənddə sadəcə 400 nəfər canını xilas edə bilmişdi. Digərləri isə diri-diri yandırılmışdı.

Myanma ordusunun sistemli qətliamı bələdir: Əvvəl kəndlərə silah və bıçaqlarla girirlər. Öldürə bildikləri qədər adamı öldürürlər. Əsgərlərə buddistlər də kömək edir. Qalanlar kənddən qaçmağa cəhd edir, lakin bu dəfə də ordunun kəndin ətrafına yerləşdirdiyi minaların hədəfi olur. Əsgərlər tələ qururlar. Qaçanların üzərinə raketlərlə atəş edirlər. Sonra da kəndlərə od vurub yandırırlar. Yaralılar ümumilikdə yanıblar.

Hal-hazırda Myanmada qalan müsəlmanların 70-80 faizi qadın və uşaqdır. Maungdaw və Buthidaung bölgələrindəki gənclərin və kişilərin əksəriyyəti Banqladeş və Malayziyaya qaçıb. Kəndlərdə qadın və uşaqlar qalıb. Buna görə ən çox onlar zorakılıqdan əziyyət çəkir.

Maungdaw bölgəsi Banqladeşə çox yaxındır. Burada yaşayanlar sərhəd bölgəsinə tərəf qaçır. Lakin orda da soydaşları olan Banqladeş dövləti sərhəd məntəqəsini açmır. Neytral bölgə var, orda sığınanların sayı xeyli çoxdur. Sərhədə yaxın olmayan bölgələrdən qaçanlar isə meşəlik sahələrdə gizlənir. Gedəcək yerləri yoxdur.  

Sərhəd məntəqəsinə gedənlərə Banqladeş ordusu mərkəzə tərəf getməsi üçün təzyiq edir. Myanmar ordusu da onların üzərinə nizamsız atəş edir. Bütün bu vəhşəti Türkiyədən başqa bir ölkənin dilə gətirməməsi utandırıcıdır. Dövlət başçısı Ərdoğan Qurban bayramı günlərində dünya liderlərinə zəng etdi, bu qətliamın beynəlxalq miqyasda cəhd göstərilərək dayandırılması üçün cəhd göstərdi. Ümid edirəm və diləyirəm ki, “BMT bu qətliamı dayandırmaq üçün təcili addım atar” deməyi çox istəyərdim, amma BMT Təhlükəsizlik Şurasına üzv bəzi ölkələrin öz güclərini göstərmək üçün yarışdığı bölgədə axan qanın dayanacağına dair hələ də işarə yoxdur.

Myanmanın təcrübəsiz lideri xanım Çi başlatdığı bu soyqırımın ölkəsini yeni bir güc hesablaşması sahəsinə çevirdiyindən xəbəri yoxdur."



Әlaqәli Xәbәrlәr