Milli Enerji və Mədən Siyasəti Həyata Keçirilir

6 aprel 2017-ci il tarixində “Güclü İqtisadiyyat və Milli Təhlükəsizlik” mövzusu ilə ictimaiyyətə təqdim olunan Milli Enerji və Mədən Siyasəti çərçivəsində yaradılan layihələrə hər gün yenisi əlavə olunur.

797431
Milli Enerji və Mədən Siyasəti Həyata Keçirilir

       6 aprel 2017-ci il tarixində “Güclü İqtisadiyyat və Milli Təhlükəsizlik” mövzusu ilə ictimaiyyətə təqdim olunan Milli Enerji və Mədən Siyasəti çərçivəsində yaradılan layihələrə hər gün yenisi əlavə olunur. Günəş enerjisi ilə başlayan yenilənə bilən enerji yatırımları keçən həftələrdə keçirilən Külək enerjisi Tenderi ilə davam edir. Bununla yanaşı, kömür kimi yerli enerji mənbələrinə aid layihələr də diqqət çəkir. Bu istiqamətdə idxal kömür yerinə yerli kömürdən istifadəni artıran təşviq mexanizmlərinin gedərək yayıldığı müşahidə olunur.

Enerji Təchizatının Təhlükəsizliyi, Yerliləşdirmə və Proqnozlaşdırılan Bazar Meylləri ətrafında formalaşan Milli Enerji və Mədən Siyasəti Türkiyənin gələcək enerji strategiyasının müəyyən olunması baxımından son dərəcə əhəmiyyətlidir. Türkiyənin enerji məsələsində xaricdən asılılığının azaldılması üçün yerliləşdirmə və təhcizat təhlükəsizliyi ilə bağlı layihələrlə birlikdə enerjidə mərkəz ölkə olma hədəfini dəstəkləyən proqnozlaşdırılan bazar modelini həyata keçirmək yönündə də son dərəcə əhəmiyyətli işlərə imza atılır.

Fasiləsiz və davamlı enerji təminatını təşkil edə bilmə məsələsində təbii qaz ehtiyatı təsisləri ilə başlayan fəaliyyətlər Qara dəniz və Aralıq dənizində neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı işləri ilə davam etdirilir.

Enerji təchizatının təhlükəsizliyi ilə bağlı riskləri minimuma endirməyi hədəfləyən Türkiyə “enerji idxalında ölkə fərqliliyi” taktikasını həyata keçirməyi nəzərdə tutur. Bu məqamda Türkiyə üzərindən nəql edilməsi planlaşdırılan neft  və təbii qaz boru kəməri layihələri son dərəcə əhəmiyyətlidir.

2018-ci ilin ortalarında fəaliyyətə başlaması gözlənilən TANAP və 2020-ci ildə hazır olacaq “Türk Axını” layihələri ilə Türkiyə qarşıdakı dövrdə həm təchizat təhlükəsiliyi, həm də qlobal enerjidəki yeri baxımından vacib bir mövqe və rol əldə edəcək.  Fosil enerji mənbələrindən məhrum olan Türkiyə bu çatışmazlığı coğrafi mövqeyinin üstünlüklərindən istifadə etməklə aradan qaldırmaq məqsədini güdür.

Bu səbəbdən başda Enerji və Təbii Ehtiyatlar Nazirliyi olmaqla, enerji sahəsində fəaliyyət göstərən digər qurum və təşkilatlar lazımi infrastruktur işləri həyata keçirirlər. Türkiyə bundan sonrakı prosesdə də enerji sahəsinə qoyulan sərmayələrə yenilərini əlavə etməlidir. Bu səbəblə Milli Enerji və Mədən Siyasəti Türkiyənin enerji məsləsi ilə bağlı gələcək hədəflərinə çatması baxımından yol xəritəsi rolunu oynayır.

Enerji sahəsində ümumi çərçivə bu şəkildə müəyyən edilmişdir.

Milli Enerji və Mədən Siyasətinin ikinci əsas başlığı olan mədən sahəsində indiyə qədər geciktirilmiş məqamlar üzərində dayanılır. Ölkənin böyük potensiala malik resurslarının iqtisadiyyata qazandırılması üçün mədənçilik sektorunun inkişaf etdirilməsi lazımdır. Bu mənada geofiziki və geokimyəvi xəritələrin hazırlanması mədənçilikdə mövcud olan mənbələrin tapılması baxımından olduqca mühümdür.

 Bütün bu potensial imkanların üzə çıxarılması ilə bərabər bu sahələrə texnoloji və humanitar yatırımlar da qoyulmalıdır. "Elmi Tədqiqat və İnkişaf" fəaliyyətlərinə qoyulan yatırımların  dəstəklənməsi nəticəsində enerji və mədən sektorları həm yerliləşəcək, həm də güclənəcək.

Ötən günlərdə Enerji və Təbii Ehtiyatlar Nazirliyi ilə Milli Təhsil Nazirliyi arasında imzalanan "Peşə Təhsili və Əməkdaşlıq" protokolu  enerji və mədən sektorundakı kadr problemini həll etmək məqsədini güdür. Bu protokol çərçivəsində 11 şəhərdə açılacaq 12 texniki peşə məktəbi  ilə enerji və mədən texnologiyaları sahəsinə aid professional işçilərin  hazırlanması məsələsində böyük bir boşluq dolduralacaq. Beləliklə, Türkiyə bir tərəfdən malik olduğu resurs potensialını qiymətləndirəcək, digər tərəfdən də yüksək səviyyəli işçi qüvvəsi ilə məşğulluğu artıraraq iqtisadi fayda əldə etmiş olacaq.

 Milli Enerji və Mədən Siyasəti çərçivəsində həyata keçirilən bu layihələrin Türkiyənin iqtisadiyyatından rifahına, təhlükəsizliyindən siyasətinə qədər bir çox sahəyə təsir edəcəyi unudulmamalıdır. Türkiyəni regional və qlobal miqyasda daha güclü bir aktyora çevirəcək bu strategiya  ölkənin öz resurslarından daha fəal və səmərəli istifadə etməsi baxımından yol göstərici olacaqdır.

 

 



Әlaqәli Xәbәrlәr