Əsasən qatilin barmaq izi hadisədən əvvəl...

Ümid edirik və diləyirik ki, yeni istehsal və istehlak modelinə keçid qansız olar...

Əsasən qatilin barmaq izi hadisədən əvvəl...

ABŞ-ın sabiq  prezidenti Barack Obama vəzifədən ayrılmadan bir neçə ay öncə Avropanın şimali və Balkanların qərbində çox maraqlı siyasi və hərbi böhranlar baş verdi.

Yıldırım Bəyazid Universitetində vəzifəli tarixçi müəllim Ərdal Şimşəkin mövzuya dair dəyərləndirməsi...

Bir anda rusların hərb və ya hərbi kəşfiyyat uçuşlarının NATO üzvü olan Şimali Avropa ölkələrinin hava məkanını pozduğu xəbərləri yayıldı. Bu xəbərlərdən sonra ABŞ və NATO sərt diplomatik bəyanatlar yayımladılar. Qısa müddət sonra isə ABŞ Avropaya silah göndərmə işini ara yerə gətirdi. Bu mövzu mübahisə olunarkən rus təyyarələri bu dəfə Şərqi Avropa və Balkanlarda yerləşən NATO və Avropa İttifaqına üzv ölkələrin hava məkanını pozduğuna dair xəbərlər beynəlxalq informasiya vasitələrində öz yerini tutdu. Ancaq bəzi xəbər agentliklərinin keçmişində buna oxşar manipulyasiyalı xəbərlər yayması səbəbindən belə xəbərlərə şübhə ilə yanaşıldı. Lakin həmin zamanda dünyanın ən etibarlı xəbər agentliklərindən olan Türkiyənin rəsmi xəbər agentliyi Anadolu agentliyi də həmin xəbərləri daha təfərruatlı şəkildə oxuçularına çatdırdı. Anadolu xəbər agentliyi bu xəbərlərdən sonra Balkanların yenidən silahların anbarına çevriləcəyinə dair hərb və beynəlxalq münasibətlərlə əlaqəli mövzularla maraqlanan jurnalistlər həm ictimaiyyətə təqdim olunan KİV-də həm qrup ə-maillərində ciddi mübahisələr apardı. Bu mübahisələrin nəticəsində Balkanların və Şərqi Avropanın yenidən silahların anbarına çevriləcəyi fikri ortaya çıxdı. Bu fikirdə nə qədər haqlı olunduğu məlumdur. ABŞ Şərqi Avropaya minlərlə ton silah-sursat və hərbi vəsait yığınağı etdi.

Bu silah yığınağından dərhal sonra bir anda rus qırıcılarının həm Fransa həm də Birləşmiş Krallığın hava məkanını pozduğu xəbərləri yayıldı. İngiltərə çox sərt reaksiya göstərdi və dərhal Dəniz və Hava Qüvvələrinə “əvvəldən qarşısını alacaq” tədbirlər görülməsinə dair göstəriş verdi. Aylardır ingilis hava və dəniz qüvvələri ölkələrinin həm dənizdibi ərazisi həm də hava məkanını qorumaq üçün hazır gözləyir.

Dünya bu hadisələrlə məşğul olarkən ABŞ qırıcı gəmilərinin Çinin sahili sularını, Çin qırıcı gəmilərinin Yapon sahili sularını, Yapon qırıcı gəmilərinin Çin və Rus sahili sularını pozduğu məlumatları yayıldı. Həmin ölkələr ən güclü silahlarla təchiz olunmuş  hərb gəmilərini Çin dənizi, yapon dənizi və Sakit Okeana göndərdi. Ruslar, Çin və Yaponlarla kəsişən sahili sularının sərhədlərini zəmanət altına almaq üçün bir sıra tədbirlər gördü.

Həmin dövrdə Rus qırıcı təyyarələri başda Türkiyə olmaqla Qara dənizə sərhədi olan ölkələrin hava məkanını pozmağa cəhd göstərdi. Rusiyanın sərhəd məkanını pozduğu ölkələrin hamısı NATO üzvü və həmin zamanda ABŞ imlə müttəfiq olması diqqətləri cəlb edirdi.

Rusların Qara dənizdəki bu təşəbbüslərinə qarşı ABŞ Qara dənizdəki hərb gücünü daha da artıracaq tədbirlər gördü. NATO Türkiyə torpaqları üzərində Rusiyaya qarşı baza qurmağı təklif etdi. Ancaq Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu çılğın təklifi qəbul etmədi. Əks təqdirdə Türkiyə də bu çılğın oyunun bir hissəsi olacaq idi.

Daha sonra Şimali Koreyanın raket sınaqları və ABŞ-ın Koreya dənizinə hərbi yığınaq etməsi hadisələri baş verdi. Sonra Filippin, Arakan boğazı, Hindistan-Pakistan münaqişəsi və hind okeanı bir anda qızışdı. Bölgə ölkələri əsgərlərini “həyəcan” siqnalına keçirdi. Bütün bu addımlar ölkə büdcələrinə xeyli bahaya başa gəlir. Bunlar baş verən zaman insan Şərq Blokunun dağılmasından əvvəlki vəziyyəti xatırlayır. Dövrün ABŞ prezidenti Regan ilə Sovet İttifaqının rəhbəri Leonid Brejnevin axmaq “Ulduzlar hərbi” layihəsini xatırlayır insan. O dövrlərdə məşğulluqda azalma var idi. Texnologiya inkişaf etmiş və insan gücünə  olan tələbdə azalma müşahidə olunurdu. Yeni yeni sərmayə mərkəzləri yaranmışdı. Lakin həmkarlar ittifaqları və təşkilatları bu dəyişmə və yənilik qarşısında müqavimət göstərirdi. Lakin bu məcburi dəyişmə qarşısında yeni həll yolları tapılmırdı. Həmkarlar ittifaqlarının tətil qərarları Qərbin ən güclü iki dövləti ABŞ və İngiltərə ilə kommunist blokun kritik ölkəsi olan Polşada tətil qərarlarının qəbuluna gətirib çıxardı.

Həmkarlıq İttifaqının sədri Lech Walesanın Polşada başlatdığı tətil ilə Afqanıstanda məğlub olan Rusiyadakı kommunist rejimi dağıldı.

İngiltərənin baş naziri “dəmir ledi” ləqəbli Margareth Thatcher ilə ABŞ prezidenti Regan ordu arxalarında tətilə müdaxilə etdilər və bunda da uğurlu oldular.

Beləliklə 1947 istehsal modelinə son qoyulmuş, texnologiyanın hakim olduğu istehsal modelinə üz tutulmuşdu. Hal-hazırda isə dünyada cəmi sərmayə miqdarı inanılmaz səviyyədədir. Yaponiya, ABŞ və Avropa sərmayəsinə qarşı Çin, Rus, Koreya və hətta sərhədləri ötən Türkiyədə sərmayə toplandı. Bu sərmayənin istehsal modelinə hazırdaki bazar şərtləri və qanunları kifayət etmir. İstehsal və paylaşma anlayışını yeniləyən sərmayə dünyanın yenidən dizaynı üçün bir qurğuda elə bil bizi aktyor kimi oynadır. Çünki xüsusilə ABŞ və Aİ dövlət iqtisadiyyatları müflis olub. ABŞ-ın sadəcə dövlət borçları 20 trilyona yaxındır. Aİ üzvü ölkələr Almaniyanı çıxmaqla çoxu  ya müflis olub yaxud da buna az qalıb. Ümid edirik və diləyirik ki, yeni istehsal və istehlak modelinə keçid qansız olar. Əsasən qatilin barmaq izi hadisədən əvvəl ortaya çıxıb…

 



Әlaqәli Xәbәrlәr