11-ci İnkişaf Planı

Bu ana qədər on İnkişaf Planının tətbiq olunduğu Türkiyə iqtisadiyyatının 2014-2018-ci illərı əhatə edən 10-cu inkişaf dövrünün bitməsinə çox az qaldı. İndi gündəmdə 2019-2023-cü illər üçün nəzərdə tutulmuş 11-ci İnkişaf Planı vardır.

11-ci İnkişaf Planı

Bu ana qədər on İnkişaf Planının tətbiq olunduğu Türkiyə iqtisadiyyatının 2014-2018-ci illərı əhatə edən 10-cu inkişaf dövrünün bitməsinə çox az qaldı. İndi gündəmdə 2019-2023-cü illər üçün nəzərdə tutulmuş 11-ci İnkişaf Planı vardır.

10-cu İnkişaf Planının Türkiyə iqtisadiyyatına təkanverici təsiri oldu, bu prosesdə struktur dəyişikliklər sürətli bir şəkildə həyata keçirilməyə başladı.

Lakin bu dövrdə baş verəən bir sıra daxili və xarici müdaxilələrlə dəyişiklik və transformasiya prosesi dayandırılmağa çalışıldı. Müdaxilələrin məqsədi Türkiyənin iqtisadi göstəricilərindəki müsbət irəliləyişləri dayandırmaq, regional və qlobal səviyyədə həyata keçirdiyi əməkdaşlıq əlaqələrini pozmaq idi.

 15 iyul uğursuz çevriliş cəhdi isə bu müdaxilələrin ən bariz nümunələrindən biri oldu. 15 iyuldan sonra Türkiyə iqtisadiyyatını daxili və xarici bazarlarda təzyiqlərə məruz qoymaq təşəbbüsləri göstərildi. Sonra bəzi kredit reytinqi təşkilatları Türkiyənin reytinqini saldılar və ölkə bir neçə beynəlxalq iqtisadi təşkilatın hesabatlarında tənqidlərə məruz qaldı.

 Bütün bu mənfi amillərə baxmayaraq, bu prosesdə Türkiyə iqtisadiyyatının  makroiqtisadi göstəricilərində heç bir pozuntu qeydə alınmadı. Əksinə, ölkə böyümədə sabitliyini davam etdirərək daha dinamik bir quruluş əldə etdi.

 

 Bu baxımdan, növbəti beş il üçün nəzərdə tutulan 11-ci İnkişaf Planının siyasi hədəfləri və strategiyaları Türkiyə iqtisadiyyatının uğurlu  gələcəyinin təmin olunmasında mühüm rol oynayacaq.

 11-ci İnkişaf Planının ən mühüm cəhətlərindən birini hazırlıq mərhələsində olan Xüsusi İxtisas Komissiyaları təşkil edir . 43 sahədə yaradılacaq  bu komissiyalar dövlət, özəl sektor, vətəndaş cəmiyyəti nümayəndələrini və alimləri bir dam altında toplayacaq. Beləliklə, 11-ci İnkişaf Planının ana çərçivəsini cəmiyyətin müxtəlif təbəqələrinin qəbul edəcəyi ortaq qərarlar müəyyən edəcəkdir.

Böyümə Dinamikləri, İnflyasiya ilə Mübarizə kimi ixtisas komissiyaları makroiqtisadi göstəricilərə birbaşa təsir edən sahələrlə işləyəcək. “Maliyyə Xidmətlərinin İnkişaf Etdirilməsi”, “İnformasiya və Kommunikasiya Texnologiyaları”, “Emal Sənayesi Siyasəti”, “Enerji Təhlükəsizliyi və Səmərəliliyi” kimi mövzuların müzakirə olunduğu komissiyalarda isə inkişaf potensialına dair məsələlər həll olunacaq. Bununla yanaşı, “Gəlir Bölgüsü və Yoxsulluq”, “İş Qüvvəsi Bazarı və Gənclərin Məşğulluğu” kimi başlıqlar da vardır. Bu komissiyalarda sosial və iqtisadi rifah məsələsində atılacaq mühüm addımlara hazırlıq işləri aparılacadır.

Komissiyalarla birlikdə mütəxəssislərin bir araya gətiriləcəyi 32 maddəlik işçi qrupları yaradılacaq. Məsələn,  metal sənayesi, kimya sənayesi, maşınqayırma sənayesi, avtomobil və elektronika sənayesi sahəsinə aid işçi qrupları Türkiyədə bu sektorların inkişafı üzrə qiymətləndirmələr aparacaq və siyasət və startegilar təklif edəcəklər.

Sənaye istehsalının Ümumi Daxili Məhsul daxilindəki payının son 15 il ərzindəki artımının növbəti beş ildə davam etdirilməsi İnkişaf Planı çərçivəsində müəyyənləşdiriləcək hədəflərə bağlıdır. Bu baxımdan dayanaqlı inkişafın təmin olunması üçün plan çərçivəsində sənaye sektorunda baş verəcək proseslər həlledici əhəmiyyətə malikdir.

“Enerji Texnologiyalarında Yerli İstehsal” sahəsində isə enerji təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan texnologiyaların tədarükünə diqqət yetiriləcəkdir. Türkiyədə yüksək cari kəsir rəqəmlərini ortaya qoyan amillərdən biri enerjinin idaxalıdır. Bu səbəbdən yerli enerji istehsalına olan ehtiyac hər gün artır. Bu plan çərçivəsində enerji texnologiyalarının yerli istehsalı ilə əlaqədar növbəti beş ilə aid konstruktiv qərarlar qəbul olunduğu təqdirdə cari kəsir rəqəmlərində müsbət dəyişikliklər ola  bilər.

 Beləliklə, 2019-2023-cü illəri nəzərdə tutan11-ci İnkişaf Planı çərçivəsində xüsusi ixtisas komissiyaları və işçi qrupları tərəfindən ortaya qoyulacaq strategiyalar Türkiyənin 2023-cü il hədəflərinə işıq tutacaqdır. Türkiyənin sabit və tam böyüməni, cari kəsir rəqəmlərini ən aşağı səviyyələrdə saxlaması və yüksək gəlirli ölkələr qrupuna girə bilmə hədəflərinin reallaşdırması üçün 11-ci İnkişaf Planına ən səmərəli şəkildə hazırlanması lazımdır. Türkiyə iqtisadiyyatının və siyasi nüfuzunun sabitliyi fonunda bürokratik maneələrdən xilas olacağı bu prosesdə həyata keçiriləcək inkişaf planı, konstruktiv və uzunmüddətli siyasətin yer alacağı yeni bir dövrün pərdəsini də açır.



Әlaqәli Xәbәrlәr