Türkiyənin hava müdafiə sistemini Rusiyadan alma səbəbləri

Qonşu coğrafyalarındakı yüksək risklər nüvə-raket sistemlərilə kimyəvi silahlara qarşı Türkiyənin möhkəm tədbirlər görməsini labüd edib.

Türkiyənin hava müdafiə sistemini Rusiyadan alma səbəbləri

Türkiyə və Avrasiya gündəmi_32 / 2017

  Türkiyə hava müdafiə sistemini gücləndirmək üçün Rusıyadan S-400 raket-müdafiə sistemlərini Rusiyadan satın almağı düşünür. Bu vəziyyət Türkiyənin qərbli müttəfiqləri tərəfindən təpki ilə qarşılanıb. Hörmətli dinləyicilər, biz “Türkiyə və Avrasiya gündəmi” verilişinin bugünkü buraxılışında Türkiyənin S-400 seçimi, Qərbin etirazı və bölgəyə təsirləri barədə danışacağıq. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Suriyadakı qarışıqlıq və qarşıdurmaların vətəndaş müharibəsinə çevrilməsi, İraq və Suriyada DAEŞ və PKK kimi terror təşkilatlarının təhdidi, qonşu coğrafyalarda böhran problemləri Türkiyənin hava müdafiə sistemini gücləndiməyi sürətləndirməsinə səbəb olub. Qonşu coğrafyalarındakı yüksək risklər nüvə-raket sistemlərilə kimyəvi silahlara qarşı Türkiyənin möhkəm tədbirlər görməsini labüd edib.

  Bu gün Türkiyənin müdafiə siyasəti ilk növbədə bu narahatlıqla bağlıdır. Suriya böhranına görə NATO üzvü Türkiyə raket təhdidi altında olmasına baxmayaraq, NATO tərəfindən “Patriot” hava-müdafiə sistemləri Türkiyəyə çox gec gətirildi. İspaniya və İtaliyadan başqa, digər Qərb ölkələri ilk fürsətdə hərbi avadanlıqlarını da söküb apardılar.

   Bu gün PKK, PYD, YPG-nin əlində NATO-nun ağır silahları gəzir. NATO inventarında olan partlayıcılar İstanbulun mərkəzindəki terror olayı yerindən çıxır. Qərb FETÖ tərəfindən 15 İyul qanlı çevriliş cəhdinə çox da əhəmiyyət vermir. Bütün bunlar Türkiyəni alternativlər axtarmağa məcbur edir.

  Rusiyanın təklif qiymətini aşağı çəkməsi, Türkiyə-Rusiya arasında münasibətlərin yaxşılaşması və Türkiyənin Qərb müttəfiqlərindən ortaq mövzularda dəstək ala bilməməsi kimi səbəblər üzündən Rusiyanın S-400 raket sistemi Türkiyə üçün ilk alternativdir. Türkiyənin Rusiyadan S-400 alma planlarıyla əlaqədar qərbli müttəfiqlərdən gələn sərt tənqid və xəbərdarlıqlar son həftələr daha da artıb. Bənzər vəziyyət bir neçə il əvvəl Türkiyənin bir Çin firmasıyla hava müdafiə sistemi tədarüküylə bağlı da ortaya çıxmışdı.

  Türkiyəli səlahiyyətlilər tərəfindən təmin edilən texniki şərtlər S-400 sisteminin NATO üçün təhlükəsizlik mənbəyi olmayacağı istiqamətindədir. Amma Türkiyənin qərbli müttəfiqlərinin etirazlarının əsas səbəbi texniki deyil, siyasidir. Yunanıstan Rusiyanın S-300-ünü öz milli hava müdafiə sisteminə inteqrasiya etmə qərarı verdiyi və “Ağ Qartal-2013” hərbi manevri zamanı bu raket sistemindən istifadə etdiyi zaman Qərb heç bir etiraz bildirmədi.

  Son vaxtlar Türkiyənin NATO və xüsusilə ABŞ-la xarici siyasət və hərbi təhlükəsizlik maraqları üst-üstə düşmür. Türkiyə Rusiya ilə yaxşılaşan münasibətləri də onlara görə pisləşdirmək fikrində deyil. Bu səbəbdən Türkiyə müdafiə sistemi alternativləri və müttəfiqlərini ayıraraq hər birini öz yerinə qoymaq kimi səmərəli cəhdlər göstərir. Çünki Türkiyə qonşu bölgələrdən gələn gizli və açıq təhdidlərə laqeyd qala bilməz. Özünü hava müdafiə sistemi ilə təchiz etmək istəməsi Türkiyə üçün normal hal kimi qəbul edilməlidir. Bu da qısa müddətdə yalnız əsas təchizatçılardan hava müdafiə sistemlərinin alınması yolu ilə mümkün ola bilər. Sayı çox da artıq olmayan böyük tədarükçülərdən olan Qərb Türkiyə ilə texnologiya transferi təsdiqəmir. Bu halda Türkiyənin əlində Rusiya və Çindən başqa alternativ qalmır. Əlbəttə, bu qısa müddətli həlldir. Türkiyə müdafiə sənayesinin uzun vədəli həlli ölkədə müasir elmi-texnoloji nailiyyət qazanmaq və istehsal səviyyəsinə çıxarmaqdan keçir.

  Türkiyənin S-400 nüvə-raket hava müdafiə sistemi alması fikri NATO-nun reaksiyasına səbəb olub. Təbii ki, NATO S-400-ü öz sisteminə inteqrasiya etməklə razılaşmır. Amma Türkiyə ən azı NATO sistemindən asılı olmayaraq öz yerini qorumaq fürsəti əldə edəcək.

  Bu gün Türkiyənin bütün hava müdafiə sistemi NATO-ya uyğun olduğu üçün ilkin mərhələdə ciddi problemlər yaşana bilər. Əgər NATO və ABŞ Türkiyənin bu cür alternativ axtarışlarından narahat olursa, bölgədə qəbul edilə bilən bir güc tarazlığı qura bilmək üçün Türkiyənin qayğılarını anlamalı və Türkiyə ilə birlikdə çalışmalıdır.

  Türkiyənin qonşu olduğu Qafqaz, Balkan və Yaxın Şərq kimi coğrafiyalarda son əsrdə çox qarşıdurma, böhran və müharibə yaşanıb. Bunlara dövlətlərarası və hibrid müharibələr də daxildir. Bu gün Türkiyə geniş bir coğrafi ərazidə müxtəlif təhlükələrə məruz qalır. Bu səbəbdən, xüsusilə də 15 İyul hadisəsindən sonra geniş və köklü müdafiə-təhlükəsizlik sistemi qurmağı hədəfə alıb.

Türkiyənin qərbli müttəfiqləri bu vəziyyəti anlamalı və ikitərəfli əlaqələrin gələcəyi üçün düşünməlidirlər.



Әlaqәli Xәbәrlәr