Anadolu saz ustaları: Aşıq Veysəl və Neşet Ertaş, Musa Eroğlu

Təkcə sənətində deyil, həyat yolunda da mənəviyyatın zirvəsinə ucalan bu şəxslərin yaradıcılıqları ilə yanaşı ömür yollarına da nəzər salmaq çox önəmlidir bizim üçün.

Anadolu saz ustaları: Aşıq Veysəl və Neşet Ertaş, Musa Eroğlu

Türk Avazı 4/2017

Aşıq Veysəl

  Türkün yaddaşı qədər tarixi olan saz sənəti Anadoluda da özünəməxsus inkişaf dövrü keçmişdir. Mənəvi ruhumuzun qidası olan saz sənətinin inkişafında misilsiz xidmətləri olan Aşıq Veysəl və onun ardıcılları - XX əsrin söz ustaları Neşat Ərtaş və Musa Əroglu yaradıcılığından bəhs etmək istəyirik. Təkcə sənətində deyil, həyat yolunda da mənəviyyatın zirvəsinə ucalan bu şəxslərin yaradıcılıqları ilə yanaşı ömür yollarına da nəzər salmaq çox önəmlidir bizim üçün. Onların mənəvi ucalığı bir örnəkdir hər birimizə.

1894-cü ildə Türkiyənin Sivasın Sivrialan kəndində zəhmətkeş bir əkinçi ailəsində dünyaya göz açdı Aşıq Veysəl Şatır oğlu. O yeddi yaşında olarkən çiçək xəstəlinə tutularaq iki gözünü də itirir.

Aşıq Veysəl bu illəri belə xatırlayırdı: “Çiçək xəstəliyinə yoluxmadan əvvəl anam mənə gözəl bir qaftan tikmişdi. Bunu geyib məni çox sevən Möhsinə xalagilə qonaq getmişdik. O gün yağışlı bir gün idi. Evə qayıdarkən ayağım sürüşdü, yere yıxıldım və bir daha qalxa bilmədim. Çiçəyə yoluxmuşdum. Sol gözümü kor edən çiçəyin nəticəsində sağ gözümə də pərdə endi. Həmin gündən dünya başıma zindan oldu”.

Atası Əhməd sıxılmaması üçün Veysələ aldığı sazla gələcəyin dahi söz ustadının yolunu açmış oldu. Əvvəllər başqa ozanların nəzğmələrini çalan Aşıq Veysəl bir qədər sonra özü də saz havaları bəstələməyə başladı:

        Sen bir ceylan olsan, ben de bir avcı

        Avlasam çöllerde saz ile seni.

        Bulunmaz dermanı, yoxdur ilacı,

        Vursam, yaralasam söz ile seni.

        Veysəl der ismini koymam dilimden

        Ayrı düştüm vatanımdan, ilimden

        Kuş olsan da kurtulmazdin elimden

        Eğer görsem idi göz ile seni.

        Aşıq ənənəsinin son böyük təmsilçilərindən olan Aşıq Veysəl yurdu qarış - qariş gəzərək kənd məktəblərində müəllimlik edir. El şənliklərində, toy-düyündə hər zaman xalqın yanında olaraq bədahətən söylədiyi parçalarla, ibrətamiz kəlamlarla yaddaşlarda qalır. Yetmişinci illərdə Selda Bağcan, Güldan Qaraböcek, Hümeyra, Fikrət Kızılok kimi musiqiçilər Aşıq Veysəlin deyişmələrini sistemə salaraq yaymış oldular. Yüksək poetik özəlliyə malik seirlərində yaşama sevinciylə hüzün, ümüdlə ümudsizlik bir arada idi Aşıq Veysəlin.

Təbiətin tərənnümü və elə bağlılığın əksini tapdığı şeirlərilə yanaşı yaradıcılığında dövrlə səsləşən incə satira da sezilməkdədir:.

        Anlatamam derdimi dertsiz insana.

        Dert çekmeyen dert kiymetin bilemez.

        Derdim bana derman imiş bilmedim.

        Hiç bir zaman gül dikensiz olamaz.

        Veysel, günlər geçti, yaş altmış oldu,

        Döküldü yaprağım, güllərim soldu,

        Gemi yükün aldı qəm ilən doldu

        Harekete kimse mane olamaz.

Yazdığı seirlər 1944-cü ildə çapdan çıxan “Deyişler”, 1950-ci ildə nəşr olunmuş “Sazımdan səslər” və 1970-ci ildə “Dostlar məni xatırlasın” kitablarında toplanmışdır.

Türk dünyasının əvəzsiz söz ustadlarından olan, söz xəzinəsinin incisi Aşıq Veysəl 1973-cü ildə ağ ciyər xərçəngindən vəfat etmişdir. Ölümündən sonra 1984-cü ildə “Bütün şeirləri” adı altında əsərləri təkrar nəşr olunmuşdur.

Neşet Ertaş

   Aşıq Veysəl irsinin davamçılarından olan, türk dinləyicisinin ruhunu oxşayan Neşet Ertaş yaradıcılığı da XX əsr saz sənətinin və türk xalq musiqi mədəniyyətinin sirvəsi sayıla bilər.

  Neşet Ertaş 1938-ci ildə Türkiyənin Kırşehir rayonunda bağlama ustası Muarrem Ertaşın ailəsində dünyaya göz açmışdır. Ertaş hələ orta məktəbdə oxudugu illərdə öncə kaman, sonra bağlama çalmagı öyrəndi. Atası ilə bərabər el şənliklərində, kənd toylarında  türkülər söyləməyə başladı. Atasını özünün tək müəllimi hesab edən Neşet Ertaş bu haqda belə söyləyib: ”Babamla (atamla) mən eyni ruhun insanlarıyıq”.

        Neşet Ertaş səhnə fəaliyyətinə İstanbulda 1957-ci ildə çıxardığı ilk albomla başlamışdır. Xalq tərəfinden çox sevilən bu albomu sonra digər sənət əsərləri və xalq konsertləri əvəz etdi. İki il İstanbulda çalışdıqdan sonra Neşet Ankarada yerleşir və səhnə həyatına burada davam edir.

  O, əsl xalq ozanı, xalq sənətkarı idi. Türkiyə Respublikasının əvvəlki dövlət başçısı Süleyman Dəmirəl tərəfindən ona unvanlanmış “Dövlət sənətçisi adını qəbul etməmiş və bunu belə izah etmişdi: “Hər birimiz bu dövlətin sənətçisiyik. Buna görə “Dövlət sənətçisi” titulu mənə başqalarından fərqləndirilmək təsiri bağışlayır. Mən xalqın sənətçisi olaraq qalsam, mənim için ən böyük xoşbəxtliyim budur.” Xalqin sevgisini qazanan və bu sevgiyə çox böyük dəyər verən Neşet Ertaşın bu sözlərini xalq da məhəbbətlə qarşılamış, ona dəstək vermiş, ustad qəlblərdə yaşayan bir əfsanə olmuşdur.

Musa Eroğlu

        1944-cü ildə Mersinin Kumaçukuru kəndində doguldu Musa Eroglu. Orta məktəbi yarıda buraxaraq xalq oyunları oynamağa başladı. 1969-cu ildə “İkimiz toprağa girelim, Elif” adlı ilk albomunu buraxdı. 1970-71-ci illərdə artik musiqi aləmində tanınmaga başladı. Həmin illərdə radioda tar, kaman, qoltuq davulu, bağlama, divan sazı çalğılarıyla bağlı imtahana girdi və qazandı.

  Musa Eroglu, eyni zamanda, musiqi müəllimliyi edib. Ustad sənəntkar türk xalq musiqisinin geniş şəkildə təbliğində önəmli rol oynamışdır.

        “Dövlət sənətçisi” adı verilən Musa Eroğlu bu gun də çalışmalarına davam edərək musiqi mədəniyyəti sahəsində bilik və təcrübəsini gənc nəslə  yorulmadan öyrədir.



Әlaqәli Xәbәrlәr