Dünyaya bağlanmadan necə mənalı yaşaya bilərik?

Dövlət başçısının sözçüsü İbrahim Kalının “Daily Sabah” qəzetində avqustun 1-də dərc olunan məqaləsi

Dünyaya bağlanmadan necə mənalı yaşaya bilərik?

Qarşı-qarşıya olduğumuz intellektual və əxlaqi baxımdan meydan oxumaq belədir: dünyada yaşamaq amma, onun mənasını itirməmək. Yəni dünyanın nə mövcudluğunu inkar etmək nə də ona təslim olmaq. Deməli dünyadakı varlığımızın məqsədini əsla unutmadan həyatdan bütün cəhətlərilə zövq almaq.

Qərbli dini və şərqşünas dairlərdə İslama istiqamətli tənqidlərdən biri də İslamın Xristianlıqla müqayisə edildiyi zaman bir din kimi həddindən artıq dünyəvi olduğu barədəki iddiasıdır. Xristianla bağlı mübahisə aparanlar Məhəmməd peyğəmbərin İsa peyğəmbərin əksinə dünyəvi ictimai və siyasi əlaqələrlə çox maraqlandığını vurğulayırlar. Bundan əlavə İslamın bir din olmadığını irəli sürürlər və onu bir ideologiya kimi ittiham edirlər. Bu iddialar səhv və yalan məfhumlara, saxta müqayisələrə əsaslanır. İslam dünyanın varlığını inkar etməz, ancaq dünyaya qarşı elə çox məhəbbətlə yanaşmayan, elə çox əlaqədə olmayan bir mövqe ortaya qoyur. Nəzərdə tutulan həssas tarazlıq isə dünyanın xidmətinə girmədən, bu dünyada mənalı şəkildə yaşamaqdır.

Cisimlərə haq etdikləri səviyyədə dərin ciddiliklə yanaşmaq və qiymət verərək, ancaq nəticədə Allahın yaradılış planındakı kiçik və əhəmiyyətsiz yerlərini və bizim də onun içindəki yerimizi bilərək rəftar etmək zehin, alimlik və hünər tələb edir. Dünya bir örtükdür və bir əyləncə yeridir; heç bir insan onda özünü itirməməlidir. İnsan ağlı və şərəfi bu dünyanın müvəqqəti olduğuna əsaslanır. Ancaq Allahın bir sənət əsəri olaraq dünya bir tərəfdən də onun ehtişamını, dizaynını və mərhəmətini göz önünə gətirir.

Dünya öz fiziki / maddi xüsusiyyətlərinin cəmindən daha da geniş və daha mənalı bir şeyi göstərən bir işarə olaraq xidmət edir. Dünya kədərin, əziyyətin və şiddətin mənbəyi ola bilər, ancaq bir tərəfdən də müdrikliyin, eşqin, dostluğun, şəfqət və mərhəmətin də qaynağıdır. Bu da bizi hər daim özümüzə sual etməyimiz vacib olan bu kritik suala gətirir: həyatımızı dünyaya təslim olmadan, necə ciddi və mənalı bir şəkildə yaşaya bilərik?

Bu sadəcə konseptual bir sual deyil. Ətrafımızdakı dünya ilə əlaqə saxlayacağımızı da formalaşdırır. Dünyanı abadlıq ya da məhv etmə yollarını formalaşdırır. Bu bütün mədəniyyətlərin ürəyində yatan sualdır - elə bir sual ki, müasir dünya necə cavab verəcəyini bilmir.

Klassik müsəlman alimlər və elm xadimləri dünyanın fiziki reallığına ciddi şəkildə yanaşıblar, ancaq heç vaxt onu öz içində və özündən əmələ gələn, onu gerçəkləşdirən bir məna sahibi kimi düşünməyiblər. Kainatın fiziki mövcudluğunun təfərruatlı şəkildə analizini təmin edən inkişaf etmiş və xeyli elmi təbiət məlumatları ortaya qoyublar. Ancaq yenə də üzərində təkidlə dayanaraq işlədikləri bu “dünya” öz özünü izah edən və əsasında yaranma səbəbi bir reallıq deyildi. Fiziki dünyanı Quranın “həyat al dünya”/ “bu dünyanın həyatı” yaxud da “dünyəvi həyat” deyə təsvir etdiyi daha geniş çərçivədə  tədqiq ediblər. Bu həssas təsvir “dünya həyatı” olaraq daha düzgün şəkildə ifadə edilə bilər.

“Dünya həyatı” deyəndə bu başa düşülür ki, ona dəyərlər verilib, yaxşı və pis əsaslar var. Maddi varlıqların mövcud olduğu fizik və riyaziyyat prinsiplərinə görə daha çox önəm qazandığı varlıq sahəsi və bir əlaqələr konteksidir. Dünya sahədə öz başına bir “obyekt” yaxud da insanların yaşamaq üçün gəldiyi bir “yer” deyildir. Hər şeydən əvvəl əxlaqi bir sahə, insanlıq durumunu formalaşdıran bir inanclar və mövqelər konteksidir. Dünyaya qarşı mövqeyimiz bu sahənin və uğruna yaşadığımız məqsədlərin bir-biri ilə olan ahəngi, qarşılıqlı məna qazanması ilə təşkil tapır.

Bu ucbatdan “dünyəvi həyata” dünyanın maddi mövcudluğunu rədd etməyərək, əxlaqi və mənəvi bir meydan oxuma kimi baxmalıyıq. İnsandan bu dünyaya haqqını düzgün və xoşbəxt şəkildə, sevinc içində verməsi gözlənir, ancaq bir tərəfdən də Məhəmməd peyğəmbərin bu sözlərinin də hər zaman xatırlanması istənir: bu dünyada bir yad olun və ona əsla bağlanmayın. Yolda yeriyin və gözəllikləri görüb xoşbəxt olun, amma axırın burada olmadığını bilin.

Bir tərəfdən dünyaya bağlanmamaq digər tərəfdən isə dünyaya haqqını verməkdən ibarət olan bu iki istiqamətli mövqe əslində İslamın hər durumda təqib etdiyi orta yolu təqib etmək və bütün ifratçılıqlardan imtina etmək tövsiyəsinin davamıdır. İslam elə bu zəmin üzərində insanlıq tarixinin ən davamlı mədəniyyətlərindən birini yaradıb.  Müsəlman elm xadimləri, alimlər, sənətçilər, idarəçilər, kəndlilər və digərləri dünyanı, kainatın nizamı və gözəlliyi ilə ahəng içində işləməyin yollarını axtarıblar. Əldə etdikləri böyük maddi və elmi uğurlar onları heç bir şəkildə materializm və dünyaya pərəstiş etməyə istiqamətləndirməyib.  Ancaq dünyanın reallığını keşiş kimi redd etməyiblər. Dünyaya müvəqqəti və nisbi şəkildə baxıblar, amma onu daha gözəl və ədalətli yerə çevirmək üçün də cəhd ediblər. Qurana əsasən bütün kainat bizə bir “əmanət” kimi verilib və bu əmanətə layiq görülən kəs də etibarlı “əmin” olmaq məcburiyyətindədir. Ancaq bu şəkildə dünya bütün insanlar üçün təhlükəsiz və etibarlı yer olacaqdır.



Әlaqәli Xәbәrlәr