Milli Məşğulluq strategiyası

Ölkələrin sosio-iqtisadi vəziyyətinə görə fərqli nisbətlərdə olan işsizlik yalnız az inkişaf etmiş ölkələrdə deyil, eyni zamanda, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə də problem olaraq ortaya çıxır.

Milli Məşğulluq strategiyası

Ölkələrin sosio-iqtisadi vəziyyətinə görə fərqli nisbətlərdə olan işsizlik yalnız az inkişaf etmiş ölkələrdə deyil, eyni zamanda, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə də problem olaraq ortaya çıxır. İnkişaf etməkdə olan ölkələr arasında olan Türkiyənin yüksək gəlirli ölkə iqtisadiyyatları siyahısına daxil olmaq üçün sağlam iş qüvvəsinə və güclü strategiyalara ehtiyacı vardır.

Bu çərçivədə tətbiq olunacaq məşğulluq strategiyaları çox böyük əhəmiyyət daşıyır. Türkiyədə iş qüvvəsi bazarının ehtiyac və qayğıları nəzərə alınaraq 2014-2023-cü illəri əhatə edən Milli Məşğulluq Strategiyası hazırlanmışdır.

Bu strategiyanın ilk fəaliyyət planı 2014-2016-cı illəri , ikincisi 2017-2019-cu illəri əhatə edir. 2016-cı ildən etibarən ilk fəaliyyət planı həyata keçirilmiş və qarşımızdakı dövr üçün də illik fəaliyyət planı gündəmə alınmışdır. 2017-2019-cu illəri əhatə edən bu fəaliyyət planı 4 siyasi istiqamət və 7 sektorda tətbiq olunacaq.

Sözü gedən siyasi istiqamət təhsil-məşğulluq əlaqəsinin gücləndirilməsi, iş qüvvəsi bazarında sosial müdafiə və çevikliyin təmin olunması, xüsusi siyasət tələb edən qruplar üçün iş yerlərinin artırılması və məşğulluq-sosial müdafiə əlaqəsinin gücləndirilməsi, Türkiyədə kvalifikasiyalı iş qüvvəsinin yetişdirilməsi və məhsuldar iş qüvvəsi bazarının yaradılması baxımından əhəmiyyətli bir məsələdir.

Lakin Türkiyədə təhsil səviyyələrinə görə işsizlik nisbətləri araşdırılarkən təhsilli iş qüvvəsinin işsizlik nisbətlərinin ümumi işsizlik nisbətlərinə görə daha yüksək bir səviyyədə olduğu müşahidə olunub. Bundan başqa təhsilli insanlar daha çox dövlət sektorunda işlə təmin olunurlar,  özəl sektor bu məsələdə qənaətbəxş deyil . Bununla əlaqədar birinci istiqamət olan təhsil-məşğulluq əlaqəsi çərçivəsində təhsil və iş qüvvəsi bazarı arasında tarazlığın yaradılması, ümumi və ixtisas təhsilinin keyfiyyətinin artırılması kimi siyasətlər müəyyən olunub.

İkinci siyasi istiqamət iş qüvvəsi bazarında sığorta və çevikliyin təmin olunması ilə bağlı Türkiyədə 2016-cı ilə qədər əhəmiyyətli addımlar atılıb. Bu strategiyanın məqsədlərindən biri çevik iş növlərinin sosial müdafiə ilə dəstəklənməsidir. Yəni çevik işlə sosial müdafiə sistemi arasındaki tarazlıq artırıldığı təqdirdə bu strategiyanın məşğulluq üzərindəki müsbət təsirləri müşahidə olunacaq.

2017-2019-cu illəri əhatə edən fəaliyyət planının üçüncü istiqamətində isə xüsusi siyasət tələb edən qrupların iş yerlərinin artırılmasına, qadın, gənc və  əlillərə aid tənzimləmələr vardır. Qadınların iş qüvvəsinə qatılma nisbətinin yüksəldilməsinə, gənclar arasında işsizliyin azaldılmasına, əlillərin iş imkanlarının inkişaf etdirilməsinə aid təklif və təşviqlər müəyyən olunan siasətlərə daxildir. Eyni zamanda, bu siyasət çərçivəsində gənclərə aid iş yeri qarantlı iş qüvvəsi yetişdirmə kurslarına və qadınların iş fürsətlərini artıran layihələrə və təşəbbüslərə də əhəmiyyət verilir.

Son istiqamət olan məşğulluq-sosial müdafiə əlaqəsinin gücləndirilməsinə isə sosial xərclərin obyektiv meyarlara görə təqdim edilməsi, sosial təminat xidmətinin işləməyi təbliğ etməsi kimi siyasətlər daxildir. Bu siyasətin əsas məqsədi sosial müdafiə ilə təmin olunan insanların işləməsinə maneə törədəcək halları aradan qaldırmaq və bu insanları işləməyə cəlb etməkdir

 Milli Məşğulluq Strategiyası informasiya, maliyyə, tikinti, səhiyyə, kənd təsərrüfatı, tekstil və hazır geyim və turizm olmaqla yeddi sektoru əhatə edir. Ən çox iş potensialına malik olan bu sektorların məşğulluq imkanları da olduqca genişdir. İstiqamət və sektorlarda tətbiq olunacaq bu strategiyalar 2023-cü il hədəfləri istiqamətində Türkiyə iqtisadiyyatında işsizlik hallarının azaldılmasına və məşğulluğun artmasına mühüm töhfə verəcəkdir. Bu çərçivədə ilk növbədə, keyfiyyətli iş qüvvəsi ortaya çıxacaq, davamlı və əhatəli böyümə təmin olunacaqdır.

 Ən son açıqlanan aprel ayı işsizlik nisbətində əvvəlki aya nisbətən azalma müşahidə olunub. Məşğulluq səfərbərliyi başda olmaqla, müəyyən olunan strategiyalar əsasında işsizlik rəqəmlərinin qarşıdakı dövrdə daha da aşağı düşməsi mümkün gözləntilər arasındadır.



Әlaqәli Xәbәrlәr