Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və bölgəyə təsirləri

Qara dəniz bölgəsi potensialı, coğrafi yaxınlığı, iqtisadiyyatı ilə bir-birini tamamlayıcı xüsusiyyətlərə malikdir. Bundan faydalanaraq aralarında ikitərəfli və çox tərəfli iqtisadi, texnoloji və ictimai əlaqələri növlərə bölərək daha da inkişaf etdirmə

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və bölgəyə təsirləri

Türkiyə və Avrasiya gündəmi_27 (06.07.2017)

  Yaxınlarda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası İstanbulda toplandı. “Türkiyə və Avrasiya gündəmi” verilişinin bugünkü 28-ci buraxılışında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun bölgəyə təsirləri barədə danışacağıq. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  2017-ci ilin 29 iyun tarixində İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 36-cı toplantısı keçirildi. Toplantıda əsasən bölgədəki son proseslər və dünyanın aktual problemləri müzakirə edildi. Sonda Türkiyə dövri sərdliyi Ukraynaya təhvil verdi. Ukraynanın Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik dövrü 1 iyuldan 1 dekabra qədər sürəcək. Ukrayna Xarici İşlər naziri Pavlo Klimkin Ukraynanın dövri sədrliyi dövründə əsas gündəm maddəsinin Qara dəniz bölgəsində təhlükəsizlik böhranı şəraitində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi mövzusu olacağını bildirdi.

  Türkiyə 2017-ci ilin ilk yarısında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik etdi. Dövri sədrliyi dövründə "Daimi inkişaf üçün ortaqlığın artırılması" mövzusunu işlədi.

  22 mayda İstanbulda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 25 yaşı münasibətilə toplantı təşkil edildi. İqtisadiyyat Nazirləri (İstanbul, 11 may) və Kənd Təsərrüfatı Nazirləri (İstanbul, 16-17 may) iclasları mühüm toplantılarından oldu.

  Qara dəniz bölgəsi potensialı, coğrafi yaxınlığı, iqtisadiyyatı ilə bir-birini tamamlayıcı xüsusiyyətlərə malikdir. Bundan faydalanaraq aralarında ikitərəfli və çox tərəfli iqtisadi, texnoloji və ictimai əlaqələri növlərə bölərək daha da inkişaf etdirmək lazımdır.

  Qara dəniz hövzəsi sülh, sabitlik və rifah bölgəsi olmaq üçün iqtisadi əməkdaşlığı genişləndirməlidir.

  Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ilk məqsədi Qara dəniz sahillərində olan ölkələr arasında mərhələli olaraq sərbəst ticarət zonası qurulması idisə, sonrakı yığıncaqlarda təşkilatın fəaliyyəti iqtisadi əməkdaşlıq çərçivəsində formalaşmağa başladı.

  Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucu üzvləri Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Ukrayna, Bolqarıstan və Rumıniyadır, sonradan daxil olan ölkələr isə Albaniya, Serbiya və Yunanıstandır.

  Qara dəniz bölgəsi Türkiyə xarici siyasətinin prioritet maraq sahələrindən biridir, Qafqaz və Balkanlar arasında körpü xarakteri daşıyır. Bu səbəbdən bölgə tarix boyu və bu gün ətrafındakı ölkələr üçün böyük əhəmiyyətə malikdir və beynəlxalq maraqla çevrələnib.

  Türkiyə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurulmasında və fəaliyyətlərinə aktiv rol oynayıb və oynayır. Təşkilatın Katibliyində konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün çox böyük səy göstərir və çalışır.

  Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş katibinin birinci müavini daim Türkiyədəndir. 2015-ci ilin iyun ayından bu vəzifəni təqaüddə olan səfir Tahsin Burcuoğlu icra edir.

  Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tək qərar orqanı ildə iki dəfə toplanan Xarici İşlər Nazirləri Şurasıdır. Üzv ölkələrin xarici işlər nazirlərini təmsil edən və onların adından hərəkət edən Ali Səviyyəli Məmurlar Komitəsi də var ki,

onun əsas vəzifəsi Şuranın qəbul etdiyi qərar və tövsiyələrin həyata keçirilməsini təmin etmək və Şuraya tövsiyələr verməkdir.

  İnşasına 2011-ci ildə başlanılan və 2020-ci ildə tamamlanması nəzərdə tutulan Qaradəniz Çevrə Şose Yolu  Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ən əhəmiyyətli layihələri arasındadır. Layihə çərçivəsində Türkiyənin Qara dəniz sahil zolağının tikintisi təxminən 10 il əvvəl sona çatdı. Rusiya hissəsi isə Soçi 2014 Qış Olimpiadalarından əvvəl tamamlandı.

  Avropa İttifaqı ilə əlaqələrin gərginləşdiyi bir dövrdə  Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyə üçün əhəmiyyətli alternatiflərdən biridir. İqtisadi böyüklük mənasında təşkilat Avropa İttifaqı ilə müqayisə ediləcək mövqedə olmasa da, qurulduğu 25 ildə o modelə bənzər, təsiredici bir qurum olaraq inkişaf etməyi bacarıb.

  Bu gün Qara dəniz bölgəsi ölkələri arasında bir sıra siyasi, hətta hərbi problemlər var. Amma Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı bu problemlərin həllində təsiredici imkana malik olmaq, məhsuldar çalışmaq, siyasi müzakirələrə girmədən müştərək əlaqələr qurmaq üstündə köklənib.

  Ticarət və sərmayənin sağlam zəmin üzərində yürüyə bilməsinin əsas şərti dinclik və sabitlikdir. Bu səbəbdən həssas Qara dəniz coğrafiyasının sülh, sabitlik və rifah içində inkişafı üzv ölkələrin ortaq məqsədi olmalıdır.



Әlaqәli Xәbәrlәr