Yeni enerji xəttləri və yeni böhranlar

Bu mövzu sabah enerji bazarının ən ciddi rəqabət sahəsi olacaq.

Yeni enerji xəttləri və yeni böhranlar

Aylardır Misirə məxsus olan Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsi məsələsindən söhbət gedir. Adaların təhvil verilməsi xuntaçı Sisinin tərəfdarları arasında belə ciddi müzakirələrə gətirib çıxardı.

Çox maraqlıdır Qərb dünyasında bu mövzuda deməli bir dənə də məqalə yazılmadı, bundan əlavə Orta Şərqdə də səsini ucaldan olmadı.

Aralıq dənizi ilə Orta Şərqin və münasibətilə bütün dünyanın üzərində çox böyük təsiri olacaq Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına təhvil verilməsi məsələsini ciddi mənada təhlil etməmiz lazımdır. Şübhəsiz ki, bu mövzu sabah enerji bazarının ən ciddi rəqabət sahəsi olacaq.

Bu adalar Akabe körfəzini Qırmızı dənizə bağlamaqdadır. Sinay yarım adası ilə Tiranın arası 8 4,3 dəniz milidir.  Misirdə olduğu müddətdə beynəlxalq hüquq normlarına görə Sinay yarımadası ilə Tiran adası arası Misirin daxili daxili suları sayılırdı. Adaların Ərəbistana keçməsi ilə isə bu status dəyişməkdədir. Adalar Misirdə olduğu müddətdə beynəlxalq ticarət gəmiləri Sinay-Tiran arası dəniz yolundan Misirin daxili suları olduğuna görə keçə bilmirdi. Ərəbistana verildikdən sonra isə artıq Sinay-Tiran arası beynəlxalq sular statusuna keçmişdir. Bu yeni status başda körfəzə sahili olan və dəyişən status ilə birlikdə mənfəətlərində mənfi istiqamətdə dəyişiklik olacaq bütün ölkələrə yeni problem doğurur. Heç bir maddi qiyməti olmayan, üzərində ot belə bitməyən, altında bir qram hər hansı madən olmayan bu iki ada nə üçün Səudiyyə Ərəbistana vərildi? Bu suala cavab verdiyimiz zaman bu tapmaca tamamlanacaq. Misirin adaları Ərəbistana təhvil verməsi nəticəsində Körfəzin firişi artıq “beynəlxalq su yolu” oldu. Yəni bütün ölkələrin gəmiləri Akabe Körfəzinə azad sərbəst şəkildə girə biləcək. Beləliklə Misirin körfəz yərindəki tam hakimiyyəti tamamilə başa çatır. Körfəzə giriş-çıxışlar artıq nəzarətsiz olacaq. Belə olduğu halda İsrailin Eilat limanı beynəlxalq liman statusunu qazanaraq Süveyş kanalına alternativ rəqib olacaq. Bu rəqabət nəticəsində İsrail, Aralıq dənizindəki Aşdod və Akabe körfəzindəki Eliat limanları arasında quracağı kanal və ya dəmir yolu planı ilə Süveyş kanalının verdiyi payı əlinə keçirərək həm Misir iqtisadiyyatına zərbə vuracaq həm də dünya ticarətində söz sahibi olacaq.

Bunlardan daha əhəmiyyətlisi İsrail ordusuna Qırmızı dənizin qapıları sonuna qədər açılacaq. Artıq İsrail hərbi gəmilərinin Somali, Yəmən və yaxud da  dənizə sahili olan hər hansı İslam ölkəsinin sahillərində lövbər saldığı üçün baş verən böhranlarla əlaqədar xəbərlər qarşıdan gələn illərdə sıxlıqla yayılacaq.

Yeni statunun İsrailə digər üstünlüyü isə enerji xəttlərinə yeni bir altednativ yol açmasıdır. Beləliklə Rusiya və Körfəz ölkələrinin Aralıq dənizi ilə Türkiyə üzərindən qurmağı planlaşdırdıqları enerji nəql xəttlərinə ciddi zərbə vuracaq. Enerji ixracından asılı olaraq Rusiya iqtisadiyyatı  ciddi səviyyədə sarsılacaq.

Misir prezidenti Sisinin bu adaları satış işinə Misir ordusu və məhkəməsi belə çox ciddi reaksiya göstərdi. Ancaq Sisinin formalaşdırdığı Misir Məclisi sazişi təsdiqlədi. Saziş təsdiqləndiyi anda qüvvəyə mindi. Bütün dünyanı bu səviyyədə maraqlandıran bu satışın dünya mediası tərəfindən gözdən yayındırılması başa düşülən şey deyil.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi krallıqlarda hakimiyyətin media üzərindəki təsiri və gücü mübahisə olunmazdır. Bütün bu hadisələr baş verdiyi bir vaxtda “Əl-Cəzirə” telekanalının sahibi Qətər dövləti isə çox ciddi mühasirə və diplomatiya böhranı ilə qarşı-qarşıyadır. Bir mənalı olaraq öz canının dərdinə düşüb. Səudiyyə Ərəbistanı və tərəfdaşı olan digər krallıqlarının “Qətər ilə dialoq üçün ilk şərt “Əl-Cəzirə”nin bağlanmasıdır” maddəsini indi başa düşdükmü?

“Əl-Cəzirə” Orta Şərqdə oynanan oyunların üstünü açıb Ərəb ictimaiyyətini oyadırdı. Və bu krallıkların ilk hədəfi təəssüf ki, bu yayım quruluşu oldu.

ABŞ Qətəri terrora dəstək verməkdə ittiham etdikdən beş gün sonra bu ölkəyə 10 milyard dollardan artıq pul müqabilində silah satması dünyanı təəccübləndirdi. ABŞ Suriyada PYD/YPG terror təşkilatı ilə müttəfiq olduqdan sonra terrora dəstək verən bir ölkə ilə də ticarət əlaqələri quracaq sualının doğmasına səbəb oldu. Ancaq ortaya çıxan həqiqət budur ki, Qətər qətiyyətlə terrora dəstək vermir, hətta DEAŞ terror təşkilatına qarşı ən sərt mübarizə aparan Türkiyədən sonra ikinci yeri tutur. Qətər Suriyada dinc vətəndaşlara milyardlarla dollarlıq köməklik göstərən bir ölkə idi. ABŞ Qətərə milyardlarca dollarlıq silah satışından sonra bu ölkənin terrora dəstək vermədiyini başa düşdü. Bu hadisə çox maraqlı bir diplomatik taktika kimi tarixdə öz yerini tutdu. Sanafir və Tiran adalarının Səudiyyə Ərəbistanına təhvil vərilməsindən sonra Avropa və dünya bazarlarına gedib çıxacaq enerji yoluna daha bir yenisi əlavə olundu. İsrailin qeyri-qanuni olan Cənubi Kıbrıs Rum İdarəsi ilə Aralıq dənizində neft və qaz axtarışı işini də bu çərçivədə izah etmək lazımdır.

ABŞ və İsrail Rusiyanın enerji koridoru qarşısında yeni bir koridor yaratmaq üçün cəhd edir. Bu cəhdlərdən sonra Rusiyanın Əsədə məxsus bir təyyarənin düşürülməsini bəhanə gətirərək Suriya hava məkanını koalisiya qüvvələrinə bağladığını açıqlaması yeni bir soyuq diplomatiya dalğasına gətirib çıxardı. İnsanın ağlına belə bir sial gəlir süni olaraq ortaya çıxarılmış Qətər böhranı görəsən Misirin nəzarətində olan bu adaların Səudiyyə Ərəbistanına satışının üzərinə örtmək üçünmü yaradıldı. Əlbəttə ki, sadəcə yeni böhranlara səbəb olacaq bu ada satışı işini gizlətmək üçün Qətər böhranı yaradılmadı. Mütləq bunun bir çox səbəbi vardır.



Әlaqәli Xәbәrlәr