“Fitch” Türkiyənin iqtisadi inkişaf nisbətini yuxarı səviyyəyə doğru olmaqla dəyişdi

Beynəlxalq reytinq quruluşlarından “Fitch” agentiliyi Türkiyə iqtisadiyyatı ilə əlaqəli proqnozlarını müsbət istiqamətdə dəyişdi.

“Fitch” Türkiyənin iqtisadi inkişaf nisbətini yuxarı səviyyəyə doğru olmaqla dəyişdi

Türkiyə iqtisadiyyatı 2017-ci ilin ilk rübündə 5 faiz inkişafla proqnozların üzərində böyümə qeyd etdi. Açıqlanan inkişaf səviyyəsindən sonra iqtisadiyyatda gözlənilən ilk müsbət reaksiyanı bazarlar ortaya qoymuşdu. İndi isə beynəlxalq reytinq quruluşlarından “Fitch” agentiliyi Türkiyə iqtisadiyyatı ilə əlaqəli proqnozlarını müsbət istiqamətdə dəyişdi.

İyun ayına olan Qlobal İqtisadi Proqnoz hesabatında “Fitch” Türkiyənin iqtisadi inkişaf nisbətini yuxarı səviyyəyə doğru olmaqla dəyişdiyini açıqladı. Daha əvvəl yaydığı bəyanatlarda 2017 və 2018-ci il ərzində Türkiyəyə dair böyümə proqnozlarını 2,3 faiz kimi xeyli aşağı səviyyədə tutan agəntlik indi açıqladığı proqnozda bunu iki qatına çıxardı.

Bu qərarda əsas amil olaraq 2017-ci ilin ilk rübündə qeyd edilən 5 faiz nisbətindəki böyümə göstərilə bilər.  İlk proqnozlarda Türkiyənin 2017-ci il üçün iqtisadi böyümə təxminini 2,3 faiz olaraq nəzərdə tutan “Fitch” yaxşı yolda irəliləyən iqtisadi göstəricilərlə birlikdə bu proqnozunu 4,7 faizə çıxardı. İlin sonrakı rübündəki böyümə üçün gözlənilən rəqəmlər “Fitch”in bundan sonrakı reytinqini yüksəltməsini vacib hala gətirir.

2017-ci ilin ilk rübünə məxsus böyümə rəqəmləri hələ açıqlanmadan əvvəl Türkiyənin böyümə proqnozuna dair Dünya Bankı tərəfindən də dəyişiklik ədilmişdi. Dünya Bankı və “Fitch”in Türkiyə lehinə etdikləri deyişikliklər gələcək prosesdə bu böyümənin davam etdirilə biləcək hala gələcəyinin göstəricisidir.

Məlum olduğu kimi 15 iyul tarixindəki uğursuz çevriliş cəhdindən sonra “Fitch” və digər kredit reytinq agentlikləri addım ataraq Türkiyənin reytinqini aşağı salmışdı. Beynəlxalq bazarlarda imic zədələmə cəhdləri ilə qarşı-qarşıya qalan Türkiyə iqtisadiyyatı davamlılığını mühafizə edərək güclü dinamikaları ilə bu maneələri aradan qaldırmağı bacardı. Güclü mövqeyi və iqtisadiyyata təmin etdiyi təşviqlərlə Türkiyə hökumətinin bu prosesdəki səyləri önəmli rol götürdü. Siyasət və iqtisadiyyatda həyata keçirilən və hədəf götürülən islahatların, beynəlxalq qurumların Türkiyə ilə əlaqəli dəyərləndirmələrində xeyli təsirli olduğu “Fitch”in açıqladığı son qərərla görüldü. Həmçinin proqnozların üzərində iqtisadi böyümə göstərən Türkiyənin G20 və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında əldə etdiyi nailiyyət də bu prosesdə nəzərdə tutulmalıdır. G20 ölkələri arasında Çin və Hindistandan sonra üçüncü yeri tutan Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında isə ən sürətli inkişaf edən ikinci ölkə oldu.

Qarşı-qarşıya qaldığı uğursuz çevriliş cehdindən sonra dünyanın qabaqcıl iqtisadiyyatları arasında yüksək böyümə səviyyəsinə çatan və bu ölkələrlə rəqabət səviyyəsini əldə etmək üçün cəhd göstərən Türkiyənin bu barədəki səyləri təqdirə layiqdir. Bu çərçivədə 2017-ci ilin ilk rübündə əldə edilən iqtisadi inkişaf Türkiyə iqtisadiyyatına qarşı ortaya qoyulmağa cəhd edilən mənfi düşüncələrə qarşı cavab xüsusiyətindədir.

Türkiyə 16 Aprel referendumu ilə yeni dövrə girərək, siyasi qeyri-müəyyənliklərin  keçmişdə buraxıldığı və sabitliyin əsas götürüldüyü prosesin qapılarını açmağa başladı. Hal-hazırda həm siyasətdə həm də iqtisadiyyatda görülən tədbirlər və nizamlanmaların təsirilə ölkə miqyasında etimad  mühiti hökm sürür. Bu çərçivədə tətbiq ediləcək yeni sistem siyasətdə və iqtisadiyyatda sabitliyi əsas götürən bürokratik maneələri ortadan qaldıracaq yol xəritəsi təqdim edəcəkdir. 

2019-cu ilə qədər olan prosesdə hər hansı seçkinin keçirilməməsi də iqtisadiyyatda müəyyən tarazlıqların daha da güclənməsinə imkan yaradacaqdır. Misal üçün etimad və sabitliyin hökm sürdüyü bu prosesdə yerli və xarici sərmayədarlar rahat şəkildə yatırımlarını  qoya biləcəklər. Daxili və xarici tələbdə yaranacaq artım birbaşa iqtisadi inkişafa müsbət təsirini göstərəcəkdir.

Türkiyə iqtisadiyyatının ilin ilk rübündə ortaya qoyduğu iqtisadi inkişaf gücünü öncül göstərici kimi qiymətləndirə bilərik. Hal-hazırda davamlı və əhatəli böyümə hədəflərinə nail olmağa, beynəlxalq bazarlarda rəqabət səviyyəsinə çatmağa xeyli yaxın bir Türkiyə var. Beynəlxalq iqtisadi reyting agentliklərinin proqnozlarını müsbət cəhətdən dəyişməsinə və dünyanın qabaqcıl iqtisadiyyatları arasında yuxarlarda yer tutan Türkiyə iqtisadiyyatı qarşıdan gələn dövrdə də həyata keçirəcəyi islahatlarla daha da güclənərək inkişafını davam etdirəcəkdir.



Әlaqәli Xәbәrlәr